Koronavirus pandemiyası ortaya çıxdıqdan sonra həyat tərzimiz xeyli dəyişdi. Dünyanı gəzib başqa şəhərlərə səyahət etmək artıq uzaq xatirələr kimidir. Bəs yaxşı, bəşəriyyətin bir müddət Yer planetindən çıxıb kosmosda bir az tətil etməsi üçün bir yolu olsaydı?
Bu fikir olduqca xəyalpərəst səslənsə də, Hotels.com insanların kosmosa səyahət edə biləcəyi və qalaktikalararası otellərdə dincələ biləcəyi bir kosmik səyahətlərin gələcəyinə əmindir. Otel rezervasiya platforması “gələcəkdə kosmosda otel rezervasiyalarını təklif edən ilk onlayn səyahət veb-saytı” olmağa çalışır. Hətta qalaktikalardakı tətillərin necə görünə biləcəyini əks etdirən görüntüləri olan bir sayt belə yaratdı.
Sayt, süni intellektli otel işçilərinin potensial görünüşünü, ay çəkmələrini, kosmik geyimlərini, meteor mini barını və daha çoxunu nümayiş etdirir. Otaqlar “Supernova Wake-Up Call” yuxu kapsulaları ilə təchiz olunmuş şəkildə sərgilənir.
Bununla birlikdə, Hotels.com, səyahətçilərə sıfır cazibə qüvvəsi olan “Hotel Life”-ın potensial olaraq necə görünə biləcəyinə dair bir fikir verən www.onesmallstepforhotels.com veb-saytını yaradaraq öz missiyasına sadiq olduğunu göstərdi. Saytda, lobbi, hovuz, mini bar və digər ümumi otel imkanlarının potensial bir kosmik oteldə necə görünəcəyini göstərən nümunələrə baxa bilərsiniz.
Hotels.com Global Brand-in vitse-prezidenti Josh Belkin, “Hotels.com Yer planetində ən yaxşı xüsusiyyətlərə malik otelləri təklif etməkdən qürur duyur. 2020-ci ildə işlərin gedişi, bu təklifi qalaktikada genişləndirə bilib-biləcəyimizi düşünməyə ilham verdi. Kosmik turizm konsepsiyasını təşviq etmək və irəli aparmaq ümidimizdir” dedi.
Bu kosmik otel, rahatladıcı bir səyahət kimi səslənə bilər, lakin hələ belə bir otel mövcud deyil. Bununla birlikdə, Hotels.com gələcəkdə bunun gerçəkləşəcəyindən əmindir; belə ki, adlarında və ya soyadlarında səkkiz planetdən birinin adını daşıdığını sübut edə bilən ilk 20 qalaktik səyahətçiyə 250 dollar dəyərində bir hədiyyə kartı təqdim edir. Hədiyyə kartları gələcəkdə Aydakı mərkəzlərdə və xaricində istifadə edilə bilər. O gün gələnə qədər bu hədiyyə kartları Yer planetində etibarlıdır.
“Hər Yaşa Xitab Edən Kitablar” haqqında məqaləni oxumaq üçün buraya klikləyin.