İnternet dünyasındakı bilinməyənləri fərqli formatlarla oxucularımıza çatdırırıq. Bu dəfə də çoxumuz üçün faydalı olacaq və məqaləni oxuduqdan sonra yaddaşımızda bəlli bir yerə sahib olacaq veb saytlar ilə bağlı tövsiyələri sadaladıq. İnternet dünyası insanın zehninin sərhədlərini daha da genişləndirmək üçün kifayət qədər məlumatlı bir yerdir. Eyni zamanda həyatımızı asanlaşdıran bir ixtiradır desək yanılmarıq. 10 saniyəlik bir axtarışla saatlarla axtarmalı olduğumuz məlumatları tapan hərtərəfli bir ixtiradır, bəzən bir kliklə lazımi arxivləri ayaqlarımıza gətirir.
Bu yazını oxumazdan öncə ağlınıza gəlməyən, lakin oxuduqdan sonra gündəlik həyatınızda faydalı olacaq saytların siyahısını hazırladıq. Siyahıda “kaş ki, olsaydı” dediyiniz bir çox veb saytı tapa bilərsiniz.
Müxtəlif şəhərlərin iqtisadi səviyyələrini öyrənmək üçün Numbeo:
Əlbəttə, səyahət edərkən cibimizdəki pul barədə düşünməli olduğumuz anlar az olmur. Bu vəziyyətdə gedəcəyimiz yerin qiymətini yaşadığımız şəhərin qiyməti ilə müqayisə edirik. Numbeo yalnız belə vəziyyətlər üçün qurulmuş veb saytlardandır. Xərclər baxımından iki şəhəri müqayisə etmək istifadəçilər üçün olduqca faydalı hesab olunur. Su qiymətlərindən tutmuş orta kirayə, meyvə və tərəvəz qiymətlərinə qədər bir çox müqayisə mövzusu tapa bilərsiniz.
Bu saytda edəcəyiniz müqayisə ilə təyinatınıza uyğun bir büdcə təyin edə bilərsiniz. Xərclərinizi bu istiqamətdə həyata keçirə və sürpriz olmadan səyahətə davam edə bilərsiniz. Bu baxımdan, Numbeo, ən sevdiyiniz saytlar sırasında görünür. Əlbəttə ki, səyahətlərin əvvəlki kimi davam etməsi üçün ilk növbədə pandemiya dövrünün başa çatmağını gözləmək məcburiyyətindəyik.
Otağınızı yenidən yaratmaq üçün Homestyler:
Dizayn mövzusunda fikri tez-tez dəyişən insanlar üçün uyğun olan bu saytda otağınızdakı əşyaları 3D formatnda harada yerləşdirə biləcəyinizi görə bilərsiniz. Beləliklə, otağınızdakı əşyaları dəyişdirmədən əvvəl bir fikir əldə edə bilərsiniz. Bundan əlavə, Homestylerin Android və iOS cihazlarına uyğun bir tətbiqi var.
Spotifydan daha yaxşı mahnılar təklif edən Forgotify:
Spotifyda olan mahnıları dinləmək istəyənlər üçün yaxşı hiss etdirəcək bir saytdır. Gələcəkdə hit olacaq bir mahnını ilk dinləyən ola bilərsiniz.
Cibimizdəki pulun keçmiş dəyəri haqqında məlumat əldə etmək üçün in2013dolllars:
Bu sayt cari valyutanı istədiyimiz ilin valyuta dəyəri ilə müqayisə edir. Misal üçün; Bu saytda 1980-ci ildə 100 ekvivalentində nə qədər pulumuz olduğunu öyrənə bilərik. Eyni şəkildə, saytdakı müxtəlif ölkələrin valyutaları sayəsində keçmiş dəyərlərinə görə müəyyən məlumatlara rast gələ bilərik.
Axtardığınız kitabı tapmaq üçün Whichbook:
Bir çox insan düşündükləri və xəyallarında yaşadığı romanı oxumaq istəyir, amma ədəbiyyatda həmin kitabı tapmaq o qədər asan görülmür. Kitabın sonunu özümüz təyin edərmiş kimi bəzi xüsusiyyətləri təqdim edən sayt bizə fərqli axtarış metodlarını təqdim edir. Sayt istifadəçilərinə oxumaq istədikləri kitabın meyarlarına uyğun seçimlərini təklif edir. Məsələn, bir romanın sonu xoşbəxtdir və sürprizlərə qapalıdır, qısa səhifəli kitab və bu kimi meyarlara uyğun olaraq hansı kitabı istəsəniz saytından axtara bilərsiniz. Kitabları istədikləri üslubda oxumaq istəyən kitabsevərlər üçün çox faydalı platforma sayılır.
Tarixin istənilən vaxtlarında insanların necə yaşadıqlarını öyrənmək üçün Chronas:
Bu saytda rastlaşdığınız dünya xəritəsindən istədiyimiz vaxt dövlətlər və bölgələri axtarış etdikdən sonra dövrün demoqrafik quruluşunu, xəritədə istifadəçilərə həmin ərazilərdə yaşanan müharibələri gətirən bu sayt tarix və coğrafiya həvəskarları üçün əvəzolunmazdır.
Soyuducunuzda olanlara uyğun yemək reseptləri tapmaq üçün MtFridgeFood:
Soyuducuda qurumuş, bərkimiş bir çörəkdən dadlı bir pizza edə bilərsiniz. Soyuducuda olan məhsulları seçdiyiniz zaman bu sayt bu məhsullarla növbəti yemək üçün nələr hazırlaya biləcəyinizi təsvir edir. Soyuducuda bir-biri ilə əlaqəsi olmayan məhsullarla xüsusi təamlar hazırlaya bilərsiniz.
Film zövqünüzə əsasən film tapmaq üçün Taste Dive
Eyni mövzuda film izləyənlər üçün zövqlü bir sayt desək yanılmarıq. Taste dive saytında izlədiyiniz filmlərə bənzər bütün filmlərin siyahısını bir kliklə əldə edə bilərsiniz.
Hər hansı bir saytın oxşarını tapmaq üçün Similar Sites
Gündəlik həyatda ən çox istifadə etdiyiniz saytların bir nüsxəsini tapmaq həmişə ağlımızda olan fikirdir. Bənzər funksiyaları olan və oxşar saytlar tapan bu sayt, tez-tez istifadə etdiyimiz saytlar arasında alternativ yaratmaq üçün ideal sayılır.
Xəritədə kliklədiyiniz yerin dilini və ya ləhcəsini dərhal dinləmək üçün sayt Locallingual:
Locallingual saytı istifadəçilərinə fərqli və əyləncəli bir konsepsiya təqdim edib. Bu saytda dünyada seçdiyiniz yerlərdə fərqli dildə danışan insanların səs yazılarını dinləyə biləcəksiniz.
Film ssenarilərini oxumaq üçün IMSDb:
Dünyada çəkilən məşhur filmlərin ssenarilərini oxuya bilərsiniz, eyni zamanda sayta öz şərhlərinizi əlavə edə bilərsiniz. Bu aspektdə, IMSDb saytı ssenari ilə maraqlanan dostları müzakirə mühitinə sürükləyir.
Çempionlar Liqası daxil olmaqla 7 əsas liqanın oyunlarını izləmək üçün Futbol Fullmatch
Azarkeşi olduğu komandanın hər matçını izlədiyini və ya hətta 90 dəqiqə bəyənmədiyi komandanın oyununu izlədiyini söyləyənlər üçün bu sayt da əlverişli sayılır. Beləliklə, cansıxıcı bir həftə sonunu daha rəngli etməklə zövq ala bilərsiniz.
Öz vasitələrinizin təmirini etmək üçün iFixit:
Bu sayt sizə servis qədər təmir etməyin maraqlı və düzgün yollarını öyrədir. Geyim, telefon kimi mövzularda həll yolları təklif edir və onları video ilə dəstəkləyir.
Real həyatdan uyğunlaşdırılan filmlərin gerçək hekayələrinə çatmaq üçün History vs Hollywood:
Historyvshollywood saytı real həyatda hekayələri özündə cəmləşdirən filmlərdəki bir çox qəhrəmanların həqiqi dünya adını təqdim edir. Real həyatda olan personajla filmdəki personaj arasındakı fərqi ortaya qoyur və onu fotoşəkillərlə dəstəkləyir. Film izləyənlərin maraqlandığı saytlardan biri olmağa əsas namizəddir.
İstədiyiniz ölkədə avtomobil ilə səyahət edərkən həmin ölkənin radiosuna qulaq asmaq üçün Drive and Listen:
Bu saytla evdə oturduğunuz yerdən, dünya üzərində seçdiyiniz bir şəhərin küçələrini maşında radyo açıqkən turlaya bilərsiniz.
Dünyanın harasında insanların nə qədər xoşbəxt olduğunu öyrənmək üçün How is The World:
Zaman-zaman ölkələrin vətəndaşlarının xoşbəxtlik nisbətlərinin siyahısı açıqlanır. Ancaq bu sayt hadisəni yalnız bir ölkə bazasında əhatə etmir; istifadəçilərə ölkənin bütün şəhərlərində xoşbəxt/bədbəxt olmaq dərəcələrini təqdim edir. Əhvalınızı bildirdikdən sonra bu siyahıdakı şəxslərdən biri də ola bilərsiniz.
Adi fotoları sənət əsərlərinə çevirmək üçün:
Şəkillərinizdə Michelangelo effekti yaradaraq seçdiyiniz şəkillərinizi İntibah dövrünə uyğunlaşdıran saytlardan biridir. Bu saytdan istifadə etməklə özünüzü o dövrdən hiss edə və sənət əsərlərinə çevrilə bilərsiniz.
Evdə idmanı asanlaşdırmaq üçün Musclewiki:
İdman zalları bağlandığı bu dövrdə bədən formalarını saxlamaq istəyən izləyicilərimiz üçün faydalı bir saytdır. Azad olmaq istədiyiniz bölgənizi seçirsiniz və həmin bölgəyə uyğun hərəkətləri video təlimatla tanış olaraq edirsiniz. Evdə idman dediyiniz zaman ağlınıza gələcək saytlar arasında real namizəddir.
Yaşamaq istədiyiniz şəhərin küçələrini seyr etmək üçün Skyline:
Bu proqram şəhərin küçə və prospektlərini seyr etmək imkanı təqdim edir. Sadəcə etməli olduğunuz, istədiyiniz şəhəri seçib onun küçələrini gəzməkdir.
Məşhur filmlərdən səhnələrin çəkildiyi yerləri görmək üçün Movie Locations:
Film izləməyə və istehsalına maraq göstərən insanlar üçün favoritlərinə əlavə edəcəkləri daha bir platforma. Bu saytda sevdiyiniz filmlərdəki səhnələrin harada və necə çəkildiyini hekayələri ilə birlikdə öyrənə bilərsiniz.
Menecer olmağın çətinlikləri nələrdir? haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.