Google, “Play Movies & TV” də yer alan ödənişli filmlərini ödənişsiz təqdim etməyə hazırlaşır. Lakin bu yeniliyin mənfi tərəfi də var. Şirkət bu filmlər üçün heç bir ödəniş tələb etməsə də, reklam müqabilində bu xidməti izləyicilərinə təqdim edəcək.
Dünyaya böyük təsir göstərən koronavirus, milyardlarla insanın evdən çölə çıxmamasına səbəb oldu. Bu qədər geniş miqyaslı karantin insanların internet üzərindən ictimailəşməsinə səbəb olur. Firmalar, evdə darıxan insanları sevindirmək üçün yeni xüsusiyyətlər elan edir.
Google tərəfindən hələ rəsmi bir açıqlama olmasa da XDA, Google “Play Movies” V4.18.37 versiyasında reklamlı bir film sisteminə keçməsini nəzərdə tutan kod ardıcıllığını kəşf etdi. Bir çox insanın vaxt keçirmək üçün Netflix, Blu TV kimi platformalara yönəldiyi zamanda, “Google”un bu addımı izləyiciləri sevindirə bilər. Əlbəttə ki, “Google”un bu xidməti yalnız ABŞ üçün açacağı və ya açmayacağı hələlik məlum deyil.
Covid-19 pandemiyasının sürətlə davam etməsi, insanların uzun müddət evde qalacağını göstərir. Netflix, Apple və Google kimi şirkətlər evlərində qalan insanları əyləndirmək üçün yeni qərarlar qəbul etməyə davam edirlər.
Dünyada karantin prosesinin həyata keçirilməsi, daha öncə görünməmiş bir internet sıxlığını özü ilə bərabər gətirir. Xüsusilə Avropa bölgəsi, internetdə yaşanacaq problemlərin qarşısını almaq üçün Netflix, YouTube kimi platformalardan yayım keyfiyyətini aşağı salınmasını istədi. Bir çox insanın eyni anda internetdən istifadə etməsi, irəlidə bir çox problemə yol aça bilər.
mənbə: Cnnturk
Covid-19 virusu səbəbilər dünyanın böyük şəhərləri insansız mənzərələrə şahidlik edir. Daha ətraflı məlumat üçün bura daxil olun.