Sürətli tərcümələr etməyi bacaran xidmət, təkcə mətn tərcüməsində deyil, hətta səsli tərcümədə də işimizi görə bilir. Ən son gələn yeniləmə ilə tətbiq turistlərin daha çox işinə yarayacaq. Eyni zamanda tərcümə funksiyasını inkişaf etdirən tətbiq daha sürətli nəticə verəcək. Bunlardan biri də Google Translate xidmətidir.
Google Translate eyni zamanlı tərcümə funksiyası ilə qarşımızda!
Tətbiqə danışılan dildə tərcümə edə bilən xidmət, yeni irəliləyişlər daha dəqiq və sürətli nəticələr verəcək. Google Translate istifadəçiləri sözləri sürətli tərcümə edə bilsə də cümlələri çevirmək istədiklərində daha qərarsız nəticə ala bilirlər. Bu da danışıqların tərcüməsində yalnış nəticələrə gətirir. Turistlərin çoxluqla üstünlük verdiyi səsli tərcümə funksiyası ən azından danışıqların təməlini izah etmək də uğurlu ola bilər.
Yeniləmənin daxilində səsli olaraq söylənilən kəlimələr tətbiqdə yazı olaraq əks etdirilə biləcək. Bu funksiya ölkə xaricinə çıxdığınızda o dili danışan insanın danışıq sürətini tutmağa imkan verə bilər. Online tərcümə tətbiqi üçün yenilənmə Android istifadəçiləri üçün mövcud vəziyyətdədir. Əgər bir Android istifadəçisisinizsə Play Store-dən yeniləyə bilərsiniz.
İOS istifadəçilərinin də bu yeniləməni edə bilmələri biraz vaxtlarını ala bilər. Çünki Google xidmətlərini yeniləyəndə ilk olaraq yenilənməni öz rabitə sisteminin istifadəçilərinə təqdim edir.
Mənbə: shiftdelete.net
Google Android Studio nədir və necə istifadə edilir? adlı yazımızı oxumaq üçün bura daxil olun.