• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Gələcəyin texnologiyası – süni intellektin qaranlıq tərəfi

1950-ci illərin ortalarında ABŞ-da elmi konfransda John McCarthy tərəfindən konseptləşdirilmiş və müəyyən edilmiş süni intellekt diqqət cəlb etməyə və 2010-dan sonrakı illərdə dərin öyrənmə konsepsiyasının inkişafı ilə yadda qalmışdır.

Gülnar Qasımova Gülnar Qasımova
Mart 28, 2020
A A
Gələcəyin texnologiyası – süni intellektin qaranlıq tərəfi

1950-ci illərin ortalarında ABŞ-da elmi konfransda John McCarthy tərəfindən konseptləşdirilmiş və müəyyən edilmiş süni intellekt diqqət cəlb etməyə və 2010-dan sonrakı illərdə dərin öyrənmə konsepsiyasının inkişafı ilə yadda qalmışdır. Təəccüblü deyil ki, süni intellekt və dərin öyrənmə texnologiyaları 2018 və 2019-cu illərdə ən çox müzakirə olunan mövzulardan biridir.

Bu gün Yandex dəstəyi olmadan İstanbul nəqliyyatında  bir avtomobil idarə etmək, Netflix-in şəxsə özəl  film təkliflərinə baxmamaq və Siri ilə məsləhətləşməmək demək olar ki, mümkünsüz görünür. Gələcəkdə süni intellektin həyatımızın ayrılmaz hissəsi olacağı gözlənilir. Problemlərimizi belə dili, vurğusu, tələffüzü hətta səs tonu da bizim seçimlərimizə uyğun olaraq quraşdırılan bir sistemlə necə deyərlər yaşamağa davam edəcəyik. Hətta absurd səslənsə də edəcəyimiz hər hansı iş, əlaqə quracağımız insanlar, geyinəcəyimiz geyimləri belə bizi bizdən daha yaxşı tanıyan süni intellekt tərəfindən müəyyən ediləcəyi də artıq heç birimizə yad fikir olaraq qalmayacaq. Başqa sözlə, bu gün imkansız adlandırdığımız və ya xəyal edə bilmədiyimiz bir çox şey həyatımıza gələcəkdə sürətlə daxil ola bilər.

Süni intellekt zəkanın üstünə çıxa bilərmi?

Süni intellekt müştəri xidməti, insan resurslarının idarə edilməsi, genetika və tibb elmində olduqca əhəmiyyətli hesab olunur. Təqdiqatlar göstərir ki, bir çox tanınmış firma süni intellekt vasitəsilə məhsul o cümlədən, xidmətlərini istehlakçılara uyğun formada təqdim etməyə çalışır. Bir çoxumuz həyat şəraitimizin yaxşılaşacağını düşündüyümüz üçün süni intellektə can atırıq. Ancaq  bir şeyi unuduruq, süni intellektin yüksək sürətlə inkişafı, 2045-ci ildə insan zəkasının üstünə çıxacağı o cümlədən, təklik fərziyyəsinin yaşanacağını da qeyd edənlər də az deyil. Buna misal olaraq, insan beyninin süni intellektlə birləşməsinin dəhşət nəticələrinin olacağından bəhs edən “Transcendence” filmi (2014) yayımlandı. Daha sonra Stephen Hawking “Süni intellektin tam potensiala çatması, insanlığın sonun çatmasının xəbərçisi ola bilər” fikrini irəli sürmüşdür.

Süni intellektin yaratdığı bəzi risklər hər gün sürətlə inkişaf edən bu texnologiyanın narahat və hətta qaranlıq cəhətlərinə toxunmağın vacibliyini göstərir.

Məlumat təhlükəsizliyi və mülkiyyət

İnternet istifadəçisi olan hər kəsə artıq məlumdur ki, sosial şəbəkələrdəki hər axtarış, bəyənmə, izləmə kimi funksiyalar insanların tələbatını ölçməyə kömək edir. Süni intellektin burdakı rolu toplanan datalar arasında bağlantı qurmaq, istehlakçı davranışları ilə bağlı bəzi təxminlər irəli sürməkdir. Gördüyünüz kimi, bu intellekt növü o qədər də saf, təmiz işlərə xidmət etmir. Buna əlavə olaraq Netflix sənədli filmi olan “ The Great Hack” də Cambridge Analyticanın ABŞ-da hər seçicinin 5000-dən çox məlumat bazasının toplanması, onların davranışlarını təxmin edərək 2016 cı ildə prezident seçkilərinin manipulyasiyaya uğratmasını qeyd edə bilərik. Gələcəkdə istifadəsinin daha çox yayılacağı təxmin edilən bu intellekt növündən öz şəxsi məlumatlarımızı sildirə və ya geri ala biləcəyikmi? sualına konkret bir cavab tapmaq hal-hazırda mümkünsüzdür.

Məlumatlarımızın güvənliyi bizim üçün nə qədər önəmlidirsə işimizi əlimizdən alacağı kimi fikirlər də hər birimizi düşündürən fikirlərdən biridir. Dünya İqtisadi formunun 2018-ci ildə açıqladığı məlumata görə süni intellektin iş dünyasına inteqrasiyası ilə bu işlərə illərini verən insanların işsiz qalma ehtimalları var. Xüsusən, satış təmsilçiliyi, müştəri xidmətləri kimi insan ünsiyyəti tələb olunan işlərdə belə robot və süni intellektdən istifadə ediləcəyi gözlənilir. Edilən daha bir araşdırmada, hissiyyat, empatiya tələb edən işlərin də süni intellektə transfer olunacağı görünür. Gələcəkdə “Ex Machina” filmindəki Ava obrazı kimi Turing testini keçəbiləcək bacarığa sahib insan formasında robotlarla yaşasaq bəlkə buna ehtiyac olmayacaq.

süni intellekt

Məhdudiyyətlər:

Son olaraq, süni intellektin həyatımıza müdaxilə edəcəyi sərhədləri də bilmək önəmlidir. İlk baxışda “bizi bizdən də yaxşı tanıyan” fikri qulağa xoş gəlsə də əslində çox narahatedici fikirdir. Bir növü Huxleyin məşhur romanı olan ”Cəsur yeni dünya”nı real həyata çevrilməsini müdafiə edən fikirdir desək yanılmarıq.

Dövlətlər və ya firmalar öz rəqabət avantajlarını insanların faydasını düşünmədən ön planda tutsalar süni intellektin qaranlıq üzünü  görmə ehtimalımız yüksəkdir. Bu səbəblə sadəcə onların üzərinə yüklənmək də doğru addım kimi görünmür. Fərd olaraq hər birimiz bu mövzularda məlumatlanmalı, yeni fikirlər irəli sürməli, ən əsası öz məlumatlarımızın qoruyucusu olmalıyıq. Yalnız o zaman süni intellektin əsiri yox, ağası ola bilərik.

süni intellekt

Mənbə:

Harvard Business Review Türkiye

Paylaş
Öncəki yazı

Koronavirus üçün seçmə SMM postlar

Növbəti yazı

Nike Çində rəqəmsal satışlara yönəlir

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol