Texnologiyanın inkişafı ilə birlikdə robotların da həyatımıza daxil olması qaçınılmazdır. Müasir dünyada müşahidə edirik ki, robotlar artıq bəzi işləri insanların əlindən alıb. Ford da bu şirkətlərdən biridir. Ford artıq fabriklərində robotlardan istifadə etməyə qərar verib. Fiziki işləri daha tez görəcəyi gözləntisi ilə Ford robotları fabrikinə cəlb edərək, istehsal müddətini daha da endirməyə çalışacaq.
Ən məşhur robotlardan biri olan Boston Dynamics robotu Spot, dünyanın aparıcı avtomobil şirkətlərindən biri olan Ford üçün işə başlayır. Fabriklərdə daha çox görülməyə başlanılan robot sistemlər sayəsində istehsal prossesi daha asan hala gəlir.
Bu robotları öz istehsalına daxil etməyə hazırlaşan Ford, məhdud sayda olsa da, məşhur robotu öz fabrikində işlədəcək. Duruşu və hərəkətləriylə itə bənzəyən bu robotlat iş dünyasında öz gücünü göstərmiş olacaqlar.
Dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan Ford öz fabrikində istifadəyə veriləcək 2 məşhur robotu işə almağa hazırlaşır. Bu robotlar əvvəllər məlum olduğu kimi 4 ayaqlı bir dizayna sahibdirlər. Yeriş tərzinə görə itə bənzədilən Spot, təxminən 30 kq yük daşıya bilər. Bunun sayəsində robotların sürət qutusu istehsalında işləyə biləcəyi bildirilir.
Ford həmçinin planlar da qurmağa başlayıb. Ford, etdiyi işlərlə birlikdə Boston Dynamics-in robotu olan Spot üçün planlar qurulduğunu qeyd edib. Ancaq bu planların nə dərəcədə gerçəkləşcəyinin indidən təxmin edilmədiyi deyilir. Robotlardakı sensorlar sayəsində, ahəngdar şəkildə işləyə biləcəyi gözləntilər arasındadır.
Robotların Ford fabriklərində işləməsi şirkət üçün bir neçə üstünlüklər təmin edəcəyi gözlənilir. İlkin olaraq robotlar vasitəsilə edilən istehsal prossesinin apardığı vaxtın azalması öz sözünü deyir. Robotların daha yüksək hesablama qabiliyyətləri və iş görəndə sensorlardan istifadəsi fiziki gücə nəzərən işləri daha da tezləşdirdiyi qeyd edilir. Bu hardasa 50%-ə qədər azalma deməkdir.
İkinci faktor olaraq isə, robotlara 5 fərqli kamera yerləşdiriləcək. Lazer skanerləri ilə ətrafı gözləmləyə bilən robotlar heç bir fasilə olmadan 3 mil sürət ilə 2 saat hərəkət etmə qabiliyyətinə malik olacaqlar. Robotlar vasitəsilə əldə edilən məlumatlar isə istifadə edilməsi üçün saxlanılacaq. Əgər Ford şirkəti aldığı robotlardan razı qalarsa və həqiqətən gözlədiyi nəticəni əldə edərsə, işləyəcək olan robotların sayını artıracaq.
Mənbə: Techcrunch
Ford ilk Brend və Marketinq direktorunu təyin etdi başlıqlı məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.