FOMO marketinqi, Marketinq strateqi Dan Herman tərəfindən dilə gətirilən bu termin özəlliklə Y nəsil və sonrakı nəslin beynində, hadisənin, əşyanın, vəziyyətin yoxluğunda meydana gələ biləcək sonsuz “əgər” ehtimallarını düşünərək yaratdığı “psixoloji narahatlıq” halını ifadə edir.
Dövrümüzün “xəstəliyi”- FOMO
Facebook, İnstagram, Twitter və Snapchat kimi sosial platformalar həyatımıza girdiyindən bəri yaşamaq formamız tamamilə dəyişdi. Özəlliklə Snapchatın 24 saat içində itən məzmunlarının İnstagram kimi digər populyar platformlara yayılmasıyla, olub bitəni qaçırmaq təzyiqini yaxşıdan yaxşıya hiss etməyə başladıq. Hamımız anı gerçəkdə qaçırmaq bahasına eqzotik günəş batımını, sevimli restoranlarımızdakı iştah açıcı yeməkləri və dostlarımızla əyləndiyimiz gecələri sosial media hesablarımıza yükləməyin və izləməyin həyəcanı içərisindəyik. Təbii olaraq, hamımız sosial media hesablarımızı ideal məzmunlarla doldurmaq istəyindəyik. Hər gün hesablarımızı yeniləyərkən (scroll down) qarşımıza çıxan möhtəşəm tətilləri, lüks mətbəxləri, fit bədənləri, qüsursuz selfiləri gördükçə özümüzü daha da yetərsizmiş kimi hiss edirik. Niyə biz bu möhtəşəm anlardan geri qalaq ki? Qalmayaq. Buna görə də daha çox alaq, daha çox istehlak edək, daha çox təcrübədən keçirək hətta ən çox biz təcrübədən keçirdək!
Əslində psixoterapevtlərə görə FOMO, ibtidai həyatda qalmaq hərəkətlərimizə dayanır. Digər insanların bizdən daha çox həyatı yaşadığını qəbul etdiyimizdə beynimizə güvənsizlik və təhdid altında olduğumuzu hiss elətdirən siqnallar göndərilir. Kiçik qruplar halında yaşadığımız ibtidai zamanlarda “bilinənin içində olmaq” həyatda qalmağa kömək olurdu. Məsələn; yeni bir qida mənbəyinin fərqində olmaq ölüm və yaşam arasındaki xətti təmsil edirdi. Buna görə təkamül prosesində homo sapienslər olaraq, doğru zamanda doğru yerdə olmayan və hətta dedi-qoduların içində olmağa proqramlanmışıq. Bəlkə bu günlərdə dostumuzun ad günü partisini qaçırmağımız ölüm-qalım məsələsi deyil ancaq atalarımızın “savaş ya da qaç” reaksiyasının genetik kodlarımızdakı müasir təsiri, “FOMO”nun mənbəyi olmağa yetərlidir. Bu durumda həyatımızın idarəsini hiss etməyə və plansız almaq kimi irrasional davranışlarda görülməyə başlıyırıq.
FOMO marketinqi niyə uğurludur?
Qıtlıq Prinsipi
Çox sadə, ala bilməyəcəyimizdən qorxduğumuz üçün hər şeyi istəyirik. Əslində təcili olaraq almaq fikrindən istifadə etmək marketoloqlar üçün hər zaman dəyərli bir taktika olub. Ancaq olan bitəndən əksik qalmaq qorxusu “xəstəlik” halına gələndən bəri marketoloqlar bu vəziyyəti daha da təsirli şəkildə istifadə etməyə başladılar. Hamımız son bir ədəd qalan o çantanı, limitli sayda kolleksiya mallarını və yaxud yalnız müəyyən zaman çərçivəsində satışda olan konsert biletini almağa daha çox itələnirik. Məsələn;
Dünyaca məşhur sürətli moda pərakəndəçisi ZARA, iki həftədə bir yenilədiyi kolleksiyalarında mağazada görüb çox bəyəndiyiniz pencəyin növbəti həftədə qarşınıza çıxmayacağı fikrini zehnimizə yerləşdirərək, bütün dünyada geyim sektorunun birincilərindən biri olma durumuna gəldi.
Sosial Sübut
İnsan olduğu sosial çevrədəkilərlə oxşar davranışlarda olmaq və bunu sübut etmək hərəkətindədirlər. Balaca olanda hər kəs getdiyi üçün geri qalmaq istəmədiyimiz məktəb gəzintisinə icazə almaq üçün valideynlərimizə “amma hamı gedir axı” arqumentini istifadə etdiyimiz zaman “FOMO”nun sosial sübut təsirini çoxdan təsdiqləmişdik. Dostlarımız “GOT”, “Narcos”, “Black Mirror” ya da “Breaking Bad” kimi son zamanların populyar seriallardan bəhs edərkən, söhbətin bir parçası olmaq istəyirik. Bu vəziyyətin fərqində olan Netflix, ağızdan ağıza marketinqin gücündən də yararlanaraq hər kəsin izlədiyi serialların bir parçası olmağımız üçün əlindən gələni edir.
İmtiyazlı (Ayrıcalıqlı) Hiss Etdirmə
İnsanlar özlərinə özəl mal almaqda və ya özəl xidmətlər göstərilməsindən öyünərək özlərini digərlərindən imtiyazlı hiss edərlər. Məsələn; Pinterest ilk açıldığı zaman yalnız bir dostun dəvəti ilə giriş etmək mümkün idi. Bu vəziyyətdə, markanın yaratdığı ayrıcalıq hissi populyar və trend olmasına yol açdı.
Son olaraq, təcrübələrimizi başqası ilə paylaşmağın yanlış tərəfi yoxdur. İnternet və sosial media sayəsində bütün dünyanı bağlaya bilər və başqaları ilə paylaşa bilərik. Sosial media bütün bu səbəblərlə bu qədər güclüdür. Ancaq unutmamağımız lazım olan tək şey, hamımız fərqliyik. Hamımız fərqli istəklərə, ehtiyaclara, motivasiyalara və uğurlara sahibik. Buna görə də yalnız başqaları edir deyə siz də nəyisə etməyə çalışmayın!
“LC Waikiki”dən zamanın nəbzinə uyğun kombinasiyalar adlı yazımızı oxumaq üçün bura daxil olun.