• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Fobiya və onun növləri – 2

Bir öncəki yazımızda Fobiya sözünün mənşəyinin, nə məna ifadə etdiyinin və təsnifatının geniş izahını vermişdik. Bugün, həmin yazımızın davamı olaraq fobiyaların digər növləri haqqında danışacağıq.

Nurlana Zeynalova Nurlana Zeynalova
Avqust 19, 2020
A A
Fobiya və onun növləri – 2

Məlumdur ki, uşaqlıqda yaşadığımız hər hansı bir qorxu hissi olduqca adi və gözlənilən hesab edilir. Ancaq bəzi uşaqlar və yeniyetmələrdə qorxular zaman keçdikcə çox ağırlaşa bilər və hətta bir fobiya halına gələ bilər. Fobiya, müəyyən bir obyektə və ya vəziyyətə qarşı sıx və əsassız qorxu hissidir. Bu, hər hansı təhlükəyə səbəb olmayan bir şeyə qarşı həddindən artıq narahatlıq hissi keçirmək kimi də izah edilir. Fobiya irrasional bir qorxu reaksiyasıdır. Ümumi narahatlıq hallarından fərqli olaraq, fobiya konkret bir şeyə bağlı olur. Məsələn, kimdəsə itlərə, hörümçəklərə və ya liftlərə qarşı fobiya ola bilər.

Fobiyalar haqqında bəzi faktlarla tanış olaq:

  • Fobiyalara əsasən uşaqlıq və ya yeniyetməlik dövründə rast gəlinir;
  • Psixi Sağlamlıq İnstitutunun verdiyi məlumata görə, hər hansı bir fobiyası olan qadınların sayı, kişilərə nisbətən 2dəfə çoxdur;
  • Fobiyalar adətən yetkinlik yaşına qədər davam edir, daha sonra ya zəifləyir ya da tamamilə yox olur;
  • Müxtəlif qorxu hissi yaşayan insanlardan böyük bir hissəsi depressiyadan əziyyət çəkən insanlardır;
  • Boston Universitetinin Psixoloji Problemlərlə Mübarizə mərkəzinin apardığı tədqiqatlara əsasən belə bir nəticəyə gəlinmişdir ki, hər 10 gəncdən birində fobiyanın hansısa bir növünə rast gəlinir;
  • Sadəcə ABŞ-da 19.2 milyon yetkin fobiyanın xüsusi formalarından əziyyət çəkir.

Fobiyanın növlərinə aşağıdakıları misal göstərmək olar:

Aerofobiya

Fobiya və onun növləriAerofobiyanı uçuş qorxusu və ya uçan bir şeyin içində olmaqdan qorxmaq kimi izah edə bilərik.  Digər adı aviofobiya olan bu qorxu növü, əsasən vertolyot və təyyarənin içərisində olan zaman baş verir. Hətta bəzi hallarda uçuş günü yaxınlaşdıqda yaxud təyyarənin içərisində və xaricində olmağından asılı olmayaraq, mövzu müzakirə olunduqda insanlarda simptomlar görülür. Bu fobiya müşahidə olunan insanlar əsasən təyyarənin özündən deyil, uçuş zamanı yaşana biləcək fəlakətlərdən qorxurlar. Düşünürlər ki, qapalı məkanda, səmada hər an hər şey baş verə bilər: təyyarə qəzaya uğraya bilər və bu zaman yaşanacaq hər hansı bir təhlükədə köməyə heçkim gəlməyəcək, fəlakətin qarşısını almaq qeyri-mümkün olacaq və s. Bütün bu düşüncələr onlarda təyyarə qorxusunun yaranmasına səbəb olur. Belə insanlar, uğurlu uçuş yaşamış şəxslərlə söhbətləşərkən nisbətən qorxuları azalır. Lakin, aerofobiyanın tamamilə keçməsi xeyli zaman və səy tələb edir.

Anatidaefobiya

Fobiya və onun növləriAnatidaefobiya hər zaman və hər yerdə ördəklər tərəfindən izlənilmək qorxusu kimi izah olunur. Fobiyanın bu növü müşahidə olunan insanlar qorxunun əsas səbəbi kimi demək olar ki, eyni hadisəni danışırlar: şəxs ördəklər tərəfindən qovalanır, qaçarkən ya suya düşür yada çıxılmaz bir yerə daxil olur. Yaşadıqlarını danışarkən: “ördəklərin hücumuna məruz qaldım” kimi ifadələrlə sözə başlayırlar. Bundan sonra həmin insanlar hər zaman və hər yerdə ördəklər tərəfindən izlənildiklərini, bir və ya bir neçə ördəyin onu izlədiyini düşünürlər. Bu insanlarda bir ördəklə qarşılaşdıqda ürək bulanması, çaxnaşma hissi, tərləmə, ürək çarpması, genişlənmiş gözlər, quru ağız, nəfəs darlığı və ağlama kimi ağır simptomlar görülür. Ördəklərin olması və səsləri bu şəxslər üçün ciddi bir təhdiddir. Buna görə də, belə insanlar ördəklərin onları izlədiyini düşündükləri üçün onların ola biləcəyi yerlərə getməkdən çəkinirlər. Məsələn, göl sahilində istirahət etməkdən daha çox qapalı məkanları seçirlər. Nə vaxtsa ördəklə qarşılaşsalar, başqalarını köməyə səsləyir yaxud qaçmağa başlayırlar.

Aqorafobiya

Fobiya və onun növləriAqorafobiya insanın özünü təhlükəsiz hiss etdiyi mühitdən – evindən kənarda olan zaman birdən meydana gələn narahatlıq növü kimi izah olunur. Belə insanlar, bağlı məkanlardan, xüsusilə də izdihamlı yerlərdən və vəziyyətlərdən uzaq dururlar. Ətraflarında çox insanın olması onları narahat edən başlıca səbəbdir. Buna görə də, ictimai mühitdən, sosial fəal olmaqdan qaçırlar. Aqorafobiyası olan insanlar stressli vəziyyətdə olduqları zaman sürətli ürək döyüntüsü və ürək bulanması kimi simptomları hiss edirlər. Lakin, bəzi hallarda qorxduqları vəziyyətə düşmədən əvvəl də bu simptomları hiss edə bilərlər. Hətta bəzi insanlarda bu fobiya o qədər ağır özünü göstərə bilər ki,  həmin insanlar gündəlik işlərdən, məsələn, banka və ya ərzaq mağazasına getməkdən çəkinib, məcbur qalmadıqca insan arasına çıxmamağa üstünlük verirlər.

Akrofobiya

Fobiya və onun növləriAkrofobiya yunan mənşəli söz olub, “akron” və “fobos” sözlərinin birləşməsindən yaranmışdır; yüksəklik qorxusu mənasını verir. Bu qorxunu yaşayan insanlar yüksək yerlərə qalxdıqda çaxnaşma, narahatlıq, sürətli ürək döyüntüsü, əl titrəməsi, tərləmə, ağlama və başgicəllənmə kimi simptomlar yaşayırlar. Fobiyanın bu növü tez-tez uçmaq qorxusu (aerofobiya) ilə qarışdırılır. Bu qorxunu yaşayan zaman insan əsasən tarazlıq duyğusuna etibar etmir və həmin situasiyada tutunacaq yer axtarır. Təbii ki, yüksək yerlərdə narahatlıq hiss etmək qeyri-adi bir hadisə deyil. Məsələn, bir göydələnin yuxarı mərtəbəsindən aşağı baxarkən başgicəllənmə və əsəbilik hiss edə bilərsiniz. Ancaq bu hisslər çaxnaşmaya səbəb ola bilməz.  Akrofobiya isə, olduqca güclü təsirlərə malikdir. Bu halda siz hətta bir körpüdən keçərkən yaxud bir dağ və ya hansına yüksəkliyin fotoşəklini görmək barədə düşünərkən yüksək qorxu hissi keçirə bilərsiniz. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, akrofobiya ən sıx rastlanılar qorxulardan biridir.

Ənənəyə sadiq qalaraq, son olaraq, fobiyanın böyük maraq kəsb edən digər növlərini də sizlərə təqdim edirik:

  • Pişiklərdən qorxmaq – aylurofobiya, qatofobiya;
  • Ulduzlu səma altında olmaqdan qorxmaq – astrofobiya;
  • Keçəllərdən qorxmaq – peladofobiya;
  • Əllərdən qorxmaq – xirofobiya;
  • Unutmaqdan və unudulmaqdan qorxmaq – atazaqorafobiya;
  • Məktəbdən qorxmaq – didaskaleynofobiya;
  • Mahnılardan qorxmaq – melofobiya;
  • Rənglərdən qorxmaq – xromatofobiya;
  • Hədiyyə almaqdan və verməkdən qorxmaq – dorofobiya;
  • 666 rəqəmindən qorxmaq – qeksakosioyqeksekontaqeksafobiya;
  • Yatmaqdan qorxmaq – gipnofobiya;
  • Ağacdan qorxmaq – dedrafobiya və s.

 

Fobiya və onun növləri haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.

Paylaş
Öncəki yazı

NVIDIA GeForce Now servisi – Chromebook

Növbəti yazı

Google 3D Swirl Reklam Formatı

Redaktorun seçimləri

böyük
Rəqəmsal

Ən Böyük Rəqəmsal Kitabxanalar

Yanvar 14, 2021
Alış-Veriş
Brend

Ən Yaxşı 10 Alış-Veriş Saytı

Yanvar 20, 2021
məşhur
manşet

Dünyasını dəyişdikdən sonra ən çox qazanan məşhurlar

Yanvar 21, 2021
startup
Xəbərlər

Yerli Startup-mız Qlobal Yarışmada!

Yanvar 11, 2021
Onlayn İş Görüşmələrində Tez-Tez Edilən Səhvlər
Biznes

Təsadüfən ortaya çıxan kəşflər

Yanvar 23, 2021
KIA loqosunun tarixi inkişafı
Brend

KIA loqosunun tarixi inkişafı

Yanvar 21, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol