Fintech, ingilis dilində maliyyə (financial) və texnologiya (technology) sözlərinin birləşməsindən əmələ gəlib. Adından da bəlli olaraq fintech, maliyyə sektorundakı fəaliyyətləri asanlaşdırmaq üçün yaradılan texnologiyalardır. Fintech, şirkət sahiblərinə və istehlakçılara, kompüter və telefonlardakı xüsusi proqram və alqoritmlərdən istifadə edərək maliyyə əməliyyatlarını daha yaxşı idarə etməyə kömək edir. Fintech, mobil bankçılıq, sığorta və investisiya idarəetmə kimi müxtəlif sektorlarını, həmçinin, bitcoin kimi kriptovalyutaların inkişaf və istifadəsini də əhatə edir.
Fintechin yaranış və inkişafı
Texnologiya 1950-ci illərdə bankomatlar və kredit kartlarının tətbiqi ilə maliyyə dünyasının bir hissəsinə çevrilmişdir. Fintech sözü ilk dəfə “Sunday Times” qəzetində Peter Knight tərəfindən işlədilimişdir. 2008-ci il maliyyə böhranı maliyyə sisteminin dəyişməsinə təkan verən əsas faktor oldu. İnsanlar köhnə formatdakı banklara etibar etməməyə başladı. Müştərilərin ehtiyaclarını və artan tələblərini qarşılaya biləcək yeni biznes modelləri meydana çıxmağı zəruri hal aldı. Beləliklə, iri korporasiyalar diqqəti fintech-ə çevirdilər və bu sahəyə investisiya qoymağa başladılar.
Fintech xidmətləri
Pul köçürmələri – bu sahədəki startaplar istifadəçilərə bankların iştirakı olmadan pul köçürməyə imkan verir. İşlərində mobil platformalardan və sadə identifikasiyadan istifadə edirlər.
Bankçılıq – mobil bankçılıq fintech sənayesinin böyük bir hissəsini təşkil edir. Şəxsi maliyyə qərarlarını vermək üçün istehlakçılar bank hesablarına mobil cihazdan asanlıqla rəqəmsal çıxışı tələb edirlər. Ölkəmizdəki banklar da mobil bankçılığa meyil göstərir.
Neobanklar – klassik bank xidmətlərini əvəz edən mobil tətbiqlərdir. Neobanklar, əslində fiziki filial yeri olmayan banklardır, müştərilərinə tamamilə mobil və rəqəmsal xidmət göstərir. Bu xidmətlərə kredit, ödəniş, əmanət qoyuluşu və.s aiddir.
Sığorta – “Insuretech” olaraq müstəqilləşsə də, fintechin təsiri altındadır. Sığorta sahəsində fəaliyyət göstərən bir çox mobil tətbiqlər mövcuddur. Məsələn : ABŞ avtosığorta şirkətləri “telematik” sığorta tətbiq edir. Bu, müştərinin idarəetmə tərzini müəyyən etmək üçün smartfonundan və ya avtomobilin özündə quraşdırılmış “qara qutudan” istifadə etməklə idarə olunur. Avtomobili idarəetmə tərzinə görə növbəti müqavilədə qiymət azala və ya çoxala bilər.
Kriptovalyuta və Blockchain – hər ikisi tam olaraq maliyyə texnologiyalarının təsiri deyil. Lakin, kriptovalyuta, blockchain və fintechin maliyyə xidmətləri göstərmək üçün birlikdə işləyə biləcəyi pulsuz tətbiqlər mövcuddur.
Crowdfunding – kollektiv maliyyələşdirmə üçün platformalar yaradır, məhsulun yaradıcılarına və investorlara gələcək əməkdaşlıq üçün görüşməyə imkan verir.
İnvestisiya platformaları – həmçinin Wealthtech adlanır. Son illərdə bu xidməti göstərən tətbiqlərin sayında kəskin artış hiss olunur. Proqnoz təhlili və robotlaşma investorlar tərəfindən yüksək qiymətləndirilir.
Süni intellekt – alqoritmə əsaslanan sistemlər daha ucuz və daha sürətli olan investisiya idarəçiliyini yerinə yetirməyə imkan verir. Ancaq bu sahədə kifayət qədər inkişaf yoxdur. 2014-cü ildə Amazon şirkəti təsadüfi işçi seçmək üçün bir alqoritm tətbiq etdi. Lakin, 2015-ci ildə alqoritmin qadın işçilərə qarşı ayrı-seçkilik etdiyi bəlli oldu və alqoritmin tətbiqi dayandırıldı.
Texnologiyanın inkişafı ilə müştərilərin də gözləntiləri mütləq dərəcədə artır. Həyatımızda artıq bir ehtiyac halını alan fintechdəki inkişafı birlikdə müşahidə edəcəyik.
Mənbə: builtin.com , finacademy.net