• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

“Ən Kreativ işimiz hələ olmayıb” – Fərhad Şabanov

Dizayner xarici valyutalar üzərinə maska qoyaraq insanlara nağd pullardan istifadəni azaltmağa çağırmışdır. Bu kreativ dizayn xarici mediada da sürətlə yayılmağa başlayıb. Bu barədə Sostav.ru, The Brand age, Marketing.ge, Ads of the world saytlarında xəbərlər dərc olunmuşdur.

Natavan Həsənli Natavan Həsənli
May 2, 2020
A A
3D qapı tutqacları

Pulun tez-tez əl dəyişdirdiyi və hər növdə bakteriya, virus və bunun kimi şeyləri daşıyabiləcəyini bilirik. World Health Organization daxil olmaqla səhiyyə təşkilatları insanlara xüsusilə koronavirus pandemiyası dövründə nağdsız ödənişlər etməyi, kartdan istifadə etmələri olduğunu tövsiyə etdi. Azərbaycanda isə bu dalğaya Endorphin reklam agentliyi qoşularaq RabitəBank üçün kreativ və anlamlı layihə hazırladı. Dizayner xarici valyutalar üzərinə maska qoyaraq insanlara nağd pullardan istifadəni azaltmağa çağırmışdır. Bu kreativ dizayn xarici mediada da sürətlə yayılmağa başlayıb. Bu barədə Sostav.ru, The Brand age, Marketing.ge, Ads of the world saytlarında xəbərlər dərc olunmuşdur.

Bu barədə Fərhad Şabanov bizim üçün müsahibə verdi.

Bu dizaynda məqsədiniz nə idi? Nə fikir, nə ideya daşıyır? İlk başdanmı məqsədiniz  insanların nağd puldan istifadəsini azaltmaq düşüncəsi idi?

Bildiyiniz kimi, dünyanın inkişaf etmiş ölkələrində insanlar adətən nağdsız ödəmələr həyata keçirirlər. Bizdə isə hələ də bu məsələ vərdiş halını ala bilmir. Ödənişlərin nağdsız edilməsi iqtisadi inkişafa birbaşa təsir etməklə yanaşı, insanların bakteriya və viruslarla təmasını da minimuma endirir. Bu insayt üzrə kreativ həllər düşündük. Əskinasların üzərindəki simalara maska taxmaqla insanları bu məsələdə məlumatlandırmağa çalışdıq və bu kifayət qədər uğurlu alındı.

Bu postların xarici mediaya yayılması üçün təşəbbüs göstərmisiz?

Xeyr, göstərməmişik. İş yaxşı olmadıqdan sonra heç bir təşəbbüs fayda verməz. Biz adətən xarici işlərə baxıb həsəd aparmağı sevirik və bizim işlərimizin digər ölkələrdə danışılmasına öyrəşməmişik. Buna artıq öyrəşmək lazımdır. Əgər McCann Zimbabwe reklam agentliyinin art direktoru mənə yazıb təbrik edirsə, deməli işimiz kifayət qədər sərhədləri aşıb.

Koronavirusla bağlı başqa hansısa kreativ postunuz olub?

Son bir ayda mövzu ancaq koronavirus olduğuna görə işlərimizin də əksəriyyəti bu mövzu ilə bağlıdır. Məsələyə post, poster və ya video çarx olaraq baxmayaq. Layihə olaraq bir nümunə vermək lazımdırsa, Kapital Bank üçün “Hər şey gözəldir həyatda” layihəsini etdik və kifayət qədər danışılan iş oldu. 

Rabitəbank sizdən belə bir ideya daşıyan dizayn tələb etmişdi, yoxsa bu Endorphin-in öz ideyası idi?

Xeyr, bizə bir tələb daxil olmadı. Bu tamamilə bizim öz təşəbbüsümüz idi. Endorphin proaktiv agentlikdir. Bu kimi kreativ hücumlar (yaradıcı mənada) etməyi sevirik.

Bu dizayndan sonra başqa banklardan təklif gəlib, yoxsa yox?

Azərbaycan reklam sferasında maraqlı bir tendensiya var. Danışılan bir layihə etdikdə, işi görən kreativ agentliyi tapıb analoqu olmayan bir müraciət ünvanlayırlar. Biz də bundan istəyirik, neçəyə edərsiz? Heç bir peşəkar brif, şirkətin marketinq strategiyası və s. nəzərə alınmadan.

Koronavirus üçün edilən hansı xarici və ya yerli dizaynerlərin etdiyi işləri bəyənmisiniz? Həmin o işlərə baxanda fikrinizdən “Kaş mən edərdim fikri” keçdimi?

Təbii ki, bəyəndiklərimiz və komanda daxili müzakirələrimiz olur. “Kaş mən edərdim” fikrinə münasibətim müsbət deyil. Çünki yaradıcılıqda limit yoxdur. Hər zaman daha yaxşısı mümkündür.

İndiyə qədər ən kreativ işiniz hansı olub?

Bu nisbi anlayışdır. İndi verəcəyim cavab bir saat sonra dəyişə bilər. Ona görə də, ən kreativ işimiz hələ olmayıb. Mənə görə yaradıcılığın dinamikası məhz bu fikirdir.

 

Epidemiya dövründə kreativ kampaniyalar adlı yazımızı oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Brad Pitt Trump’ı lağa qoydu

Növbəti yazı

Satışın sirri: Duyğu

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol