• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Emosional zəka və empatiya

Emosional zəka dedikdə, bir insanın özünə və ya başqalarına aid olan duyğuları anlama, sezmə, idarə etmə və düzgün istiqamətləndirmə bacarığının ölçülməsi nəzərdə tutulur.

Nurlana Zeynalova Nurlana Zeynalova
İyul 14, 2020
A A
Emosional zəka və empatiya

Emosional zəka dedikdə, bir insanın özünə və ya başqalarına aid olan duyğuları anlama, sezmə, idarə etmə və düzgün istiqamətləndirmə bacarığının ölçülməsi nəzərdə tutulur. Bu anlayışı insanlar bəzən duyğusal olmaq kimi başa düşürlər. Lakin, bu düzgün deyildir. Tam tərsinə, emosional zəka – sahib olduğumuz duyğuların cilovlanma və düzgün idarə olunma bacarığıdır. Goleman Daniel-a görə, emosional zəka aşağıdakı elementləri özündə birləşdirir: empatiya, özünüdərk, münasibətləri idarə etmək, hissləri idarə etmək və motivasiya.

Empatiya nədir?

Həyatımıza ümumi bir nəzər yetirsək görərik ki, bizim duyğu və düşüncələrimizi nəzərə alan və pozitiv hiss etməyimizə şərait yaradan insanların varlığı bizi xoşbəxt edir. Həmçinin, onların olmaması bizi üzür. Çünki başqalarının duyğu və düşüncələrini, perspektivlərini dərk edə bilən insanlar ətrafdakıların ehtiyaclarını çox yaxşı başa düşür və qarşılayırlar. Bununla əlaqədar olaraq, uğurlu və məhsuldar münasibətlər qura bilən insanların,  həyatımız boyunca qurduğumuz dialoqların məhsuldar mübadilələrə çevrilməsini təmin etməsinə, problemlərimizin həllini tapmasına və sehrli bir fərq yaratmasına kömək edən qüvvə həmişə bu anlayışlı yanaşma tərzi olmuşdur. Bu yanaşma tərzi “empatiya” nın mahiyyətini təşkil edir. Bu üslubdan uzaqlaşan münasibətlərdə gərginlik, hirs, uyğunsuzluq, durğunluq və ən əsası, səmərəsizlik hökm sürməyə başlayır.

Emosional zəka: empatiya

Empatiya sözünün mənşəyi 1880-ci illərə, Alman psixoloqu Teodor Lipps-in başqasının hisslərinin emosional qiymətləndirilməsini təsvir etmək üçün “einfuhlung” (“hiss olunan”) ifadəsini işlətdiyi vaxta təsadüf edir. Empatiya, bir insanın dialoq zamanı qarşı tərəfin hisslərini və düşüncələrini dərk etməsinə və beləliklə, vəziyyətə daha həssas bir tərzdə yanaşmasına imkan verən emosional zəka bacarığıdır. Başqa sözlə, empatiya başqalarının nə hiss etdiklərini anlamaq qabiliyyətidir. Bu zaman insan, özünü qarşı tərəfin yerinə qoyaraq, problemə onun pəncərəsindən baxmağa çalışır. Başqa bir tərifə görə, empatiya bir tərəfdən başqalarının hisslərini qavramaq, digər tərəfdən isə hissləri ötürmək bacarığı kimi qiymətləndirilir. Bu mənada empatiya bacarıqlarından yaxşı istifadə edə bilən insanlar yaxşı dinləyici olmaqla yanaşı, hətta qarşı tərəfin ifadə edə bilmədikləri fikirləri də anlaya bilərlər. Bu baxımdan, empatiya, fərqli və ya başqa mədəniyyətlərdən olan insanlarla yaxşı münasibət qurmağa da imkan verir.

Uğurlu ünsiyyətin güclü vasitəsi olan “empatiya” bəzən insanlar tərəfindən özünün əsl mənasında anlaşılmır. Belə halda, 3 səhv yanaşma müşahidə oluna bilər:

Emosional zəka: empatiya

  1. Empatiya “yaxşı insan olmaq” demək deyildir. Sadəcə yaxşı insan olmaq üçün düşüncələrimizi və hisslərimizi düzgün və açıq şəkildə ifadə edə bilmiriksə, bu, digər insanların duyğularını öz duyğularımız kimi mənimsəməyə və hər kəsin xoşuna gəlməyə çalışmaq olar. Bu, eyni zamanda bizim hərəkət azadlığımızı da məhdudlaşdırır.
  2. Empatiya qurmaq digər insanların hiss və düşüncələrini qeyd-şərtsiz qəbul etmək demək deyil. Bu mənada “empatiya” başqalarının hisslərini anlamaq və fikirlərinə hörmətlə yanaşmaq prosesi kimi qiymətləndirilməlidir.
  3. Empatiya çox vaxt “simpatiya” ilə qarışdırılır. Əslində bu iki anlayış bir-birindən çox fərqlidir. Simpatiya anlayışı, bir insanın sahib olduğu hiss və düşüncələrə rəğbət bəsləmək kimi başa düşülür. Empatiya isə qarşımızdakı şəxsin fikir və düşüncələrini anlamağa əsaslanır. Simpatiya hiss etdiyimiz şəxslərin duyğularını, fikirlərini paylaşdığımız halda, empatiya qurduğumuz insanların isə düşüncə və davranışlarını anlaya bilirik. Başqa sözlə, rəğbət bəslədiyimiz insanı anlamaq və özümüzü onun yerinə qoymaq məcburiyyətində deyilik. Bunlar yaxşı niyyətli yanaşmalar olsa da, qarşı tərəfə təsir göstərmək üçün yetərli deyil. Empatiya qurarkən isə qarşımızdakı insanla eyni hissləri və fikirləri bölüşməyə ehtiyac yoxdur, sadəcə onun hisslərini başa düşməyə çalışırıq.

Empatiya quran insanlar:

  • Digər insanlara çox kömək edirlər və onları maksimum dərəcədə anlamağa çalışırlar. Buna görə də ətrafları tərəfindən anlayışlı insan kimi qiymətləndirilirlər və sevilirlər.
  • Nə vaxt və nə qədər danışacaqlarını, nə vaxt kənara çəkilib və nə vaxt hərəkət edəcəklərini yaxşı bilirlər. Davranışları isə, hər iki tərəf üçün müsbət nəticələr verir.
  • Hadisələri və insanları müşahidə edir, əsaslı məlumatlar toplayır, vacib detalları tanıyır və hərəkətlərinə tətbiq edirlər. Buna görə də, maksimum təsir göstərə bilirlər.
  • Müxtəlif insanlara qarşı hansı strategiya və taktikadan istifadə etməli olduqlarını bilirlər və buna görə də, xüsusilə işgüzar münasibətlərdə uğur qazanırlar.

Emosional zəka: empatiya

EQ – Emosional Zəkanın Qurumlarda Əhəmiyyəti haqqında yazımıza buradan keçid edə bilərsiniz.

Paylaş
Öncəki yazı

Instagram TikTok qadağasını fürsətə çevirdi

Növbəti yazı

Ən böyük 10 Bank Soyğunu

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol