Əməliyyatların Tədqiqi (Operations Research): Məhdud resursların olduğu vəziyyətdə müəyyənləşdirdiyimiz məqsədə uyğun olaraq əlimizdəki resurslarla ən uyğun həll yolunu tapmağa imkan verir.
Əməliyyatların tədqiqi necə ortaya çıxdı?
Sənaye inqilabından sonra ölkələrdə istehsal həcminin artması və təşkilatların artması xaos yaratmağa başladı. Artım olduğu üçün resurslar çatışmaz olmağa başladı. Bu mürəkkəbliyin həllini axtararkən müxtəlif elmlərə meyllər var idi. Sonra II Dünya Müharibəsində İngiltərə döyüş texnikalarının gəmilərə yükləmə və boşaltma müddətini qısaltmaq üçün əməliyyatların təqdiqi mövzusunda da araşdırmalar etmişdir.
Əməliyyatların Tədqiqinin məqsədi nədir?
Çox sayda texniki və elmi yanaşmanı özündə cəmləşdirən Əməliyyatların Tədqiqi, ümumiyyətlə, məhdud resursların paylaşıldığı sistemlərin ən yaxşı formada təşkili və istifadəsi üçün elmi yanaşmanı həll etmək məqsədi daşıyır.
Əməliyyatların Tədqiqinin ən vacib faydası bütün bir təşkilat üçün mümkün olan ən yaxşı qərarları tapmaqdır. Məsələn, o, aşağıdakı problemlərə və ona oxşarlara həll yolu tapır.
Nümunələr:
- Bir supermarketdə neçə kassir işləməlidir ki, həm müştərilər çox gözləmək məcburiyyətində qalmasınlar, həm də gəlirlər normal ölçüdə qalsın.
- Şəhərdə yeni bir xəstəxana hansı nöqtədə tikilməlidir ki, çox insan qısa müddətdə bundan bəhrələnsin?
Bu cür nümunələrə başqalarını da əlavə etmək olar. Ümumiyyətlə, müşahidə olunan vəziyyət odur ki, əməliyyatların tədqiqi imkan daxilində ən yaxşı nəticələr əldə etmək üçün istifadə olunan bir metoddur.
Əməliyyatların Tədqiqinin əhəmiyyəti
Sənaye Mühəndisliyi Bölməsində əsas kurs olaraq tədris olunan Əməliyyatların Tədqiqi şirkətlərə maksimum qazanc / minimum xərc yaratmaq üçün tətbiq olunur. Müəyyən edilmiş həllin şirkət üçün minimum xərc və ya maksimum qazanc təmin etməsi tələb olunur. Buna görə şirkətlər üçün əməliyyatları tədqiq etmək çox vacibdir.
Əməliyyatların tədqiqi üsulları uğurla istifadə edilərsə, lazım olan anda dəyişikliklər və ortaya çıxan problemlər müəyyən edilə bilər. Bundan əlavə, problemlərin düzgün, iqtisadi, etibarlı və çevik həlli tapılar. Bunun səbəbi, həmin üsulun daha yaxşı qərarlar qəbul etmək üçün qabaqcıl analitik metodları tətbiq etməsidir. Əməliyyatların tədqiqinin ən böyük faydası dəyişən şərtlərdə bütün təşkilatın ən yaxşı nəticələrinə səbəb olan qərarı müəyyən etməkdir.