Gün ərzində fərqli markalardan müxtəlif endirim, məlumatlandırma və təqdimatlar və s. məzmunlu maillər alırıq. Bəziləri gələn qutusunda bizi tutarkən, bəziləri isə spam qutusunda ilişib köhnəlir. Markaların müəyyən bir hədəf kütləyə çatmaq üzrə etdiyi təqdimat, məlumatlandırma, təbrik mesajlarında elektron post üsulundan istifadə edilməsinə Email Marketinq deyilir.
Email Marketinq, dövrün ünsiyyət texnologiyalarına uyğun olaraq reklam və təqdimat etməyi təmin edən ROİ və hədəf kütlə ilə qarşılıqlı əlaqəni ən yüksək olan digital marketinq üsullarından biridir.
Bütün gün mailləri tək-tək yazaraq vaxt itirmək əvəzinə, əsaslı bir yol xəritəsi üzərindən uyğun maliyyətlə maksimum gəliri əldə edə bilərsiniz.
Təqdiqatlara görə, elektron poçt ünvanına sahib hər 100 nəfərdən 35-i mütəmadi olaraq mail hesabını yoxlayır. Bu insanların alış-veriş qararları, mailing yolu ilə göndərilən elektron bülletenlərə görə dəyişir. E-ticarət firmaları da veb saytlarına gələn istifadəçilərin demoqrafik məlumatlarını, istəklərini və daha əvvəl etdiyi alış-verişlərdən aldığı dataları dəyərləndirərək hədəfli e-poçt marketinqi edə bilər. Beləliklə istifadəçilərin istəklərinə, ehtiyacına və zövqlərinə görə fərqli məhsullar təqdim etmə şansı əldə edə bilərlər.
Bu gün istehlakçı, yalnız müştəri olaraq anılmaq istəmir. Bu nöqtədə də markalara böyük pay düşür. Markalar istehlakçıya müştəri hissiyatı vermədən onları marka haqqında danışdırmalı, məlumatlandırmalı və təcrübə prosesində şirkətin içinə daxil etməlidir. Yəni saytı ziyarət edən istifadəçini, alış-verişə başlamadan əvvəl sosial şəbəkələrdə tutaraq o istehlakçını bir müştəriyə çevirib alış-veriş prosesindən sonra da o müştərinin marka haqqında danışmasını təmin etməlidir. Bunun üçün də markalar, istehlakçıya yalnız satış istiqamətli yaxınlaşmaq yerinə, yeni trendlər və maraq dairələri və s. mövzularla yaxınlaşmalıdır.
Email Marketinq necə edilir?
E-Mail Marketinqin ən böyük problemlərindən biri istifadəçiyə e-poçtu açdıraraq məzmunun oxunmasını təmin etməkdir. Markaların göndərdikləri e-poçtlar, daha çox istifadəçiyə çata bilməsi üçün müxtəlif üsullar istifadə edərək e-poçt açılma nisbətini (Open Rate) yüksəltməsi lazımdır. Yaxşı bəs, effektiv E-Mail Marketinq necə edilir?
Doğru Mesaj: Mailin mövzu əhatəsindən giriş cümləsinə, məzmunundakı mesajın üslubundan mesajda istifadə olunan şəkillərə qədər hər şey qüsursuz planlanmalıdır. Eyni zamanda giflər, videolar geri dönüş nisbətlərini yüksəldən amillərdəndir.
Marka Adıyla Təqdimat E-poçt göndərərkən göndərən adam qismindən marka adının yazılması, marka tanınması səbəbi ilə istifadəçiyə sizi xatırladır. Ancaq fərqli bir adam adıyla e-poçt göndərdiyiniz zaman istifadəçilər o adamları tanımadıqları halda e-poçtu spam olaraq düşünə bilər. Göndərən adam qismində markanızın adından istifadə etməyi unutmayın.
Təsirli Başlıq: İstifadəçilər ilk olaraq e-poçtun başlığını görəcəkləri üçün güclü və diqqətçəkici bir başlıq seçilməlidir. Seçdiyiniz sözlər istifadəçinin gələn qutusundaki digər mesajlardan özünü fərqləndirərək önə çıxa bilməlidir. Bununla yanaşı e-poçt başlığında rəqəmlərə yer verilməsi, göz tərəfindən daha asan seçiləcəkdir.
Şəxsiləşdirin: İstehlakçıların çoxu şəxsi məlumatlarını markalarla paylaşır. Hər nə qədər bu məlumatların etibarlılığı müzakirə olunsa da, İngiltərədəki istifadəçilərin 28%-i daha yaxşı hədəflənmiş təkliflər ala bilmək üçün həqiqi adlarını markalarla paylaşdıqlarını bildirir. Şəxsi məzmunların dəyər qazandığı bu zamanda istifadəçilərin sosial şəbəkələrdəki üzvlükləri, etdikləri axtarışlar, səbətə atdığı və aldığı məhsullar dəyərləndirilərək daha çox şəxsi üslubda e-poçt bülletenləri hazırlana bilər.
Mobil Uyğunluq: Təqdiqatlara görə, e-poçtların mobil cihazlar üzərindən oxunma nisbəti gün keçdikcə artır. Mobildə açılmayan e-poçtlar da istifadəçilər tərəfindən silindiyi üçün e-poçtlar, mobilə uyğun şablonda hazırlanmalıdır.
Satışa Yönəlməyin: E-poçtlarında davamlı “indi al”, “kampaniya” və “endirim” kimi şüarları görən istifadəçilər bir müddət sonra sıxılmağa və maillərinizi görməməyə başlayacaq. Buna görə, dəyər qata biləcək how-to rəhbərləri, məhsullar haqqında məlumatlar, məhsulların istifadə sahələri kimi müxtəlif məlumatlandırıcı paylaşımları məzmununuza daxil etməlisiniz.
Müxtəliflik və tövsiyə istəsəniz ən sadə halı ilə e-poçt qutunuza girib, bəyəndiyiniz və həqiqətən oxuduğunuz elektron bülletenləri nəzərdən keçirməyərək öz iş modelinizə uyğunlaşdıra bilərsiniz. Əgər buradakı nümunələr sizə kiyafət etmədisə, bu işi edən şirkətləri araşdıraraq e-poçt listlərinə abunə olub, bu bülletenləri nəzərdən keçirə bilərsiniz.
Email Marketinq Nümunələri
Sosial mediada məzmun marketinqi dedikdə ilk ağıla gələn vasitələrdən biri E-Mail Marketinq olur. Digər marketinq vasitələri ilə müqayisədə böyük büdcələrə ehtiyac duymayan E-Mail Marketinq hələ də bir çox e-ticarət saytı üçün əsas vasitələrdən biridir. ABŞ-da edilən bir təqdiqata görə istehlakçıların 97%-i onlayn pərakəndəçilərdən e-bülleten alır və hər 3 istehlakçıdan biri gələn e-poçtlar üzərindən son 6 ayda ən az bir dəfə onlayn alış-veriş etmişdir.
Bəs markalar necə mailing edir?
Hər kəs pulsuz şeyləri sevər. Bunun fərqində olan e-ticarət saytlarından biri Idefix emoji istifadə edərək səmimiyət, “ Anında Endirim Fürsətini Əldən Vermə!” başlığı ilə mükafatlandırma üsulunu istifadə edərək istehlakçıyı hərəkətə keçirir. Endirim çekləri və birini alana biri pulsuz və s. kampaniyalar hələ də könhəlməyib.
Gittigidiyor və Morhipo isə mail sahibinə ‘‘sən’’ diliylə səslənir, təsir edici bir şəkildən istifadə edir və emoji səmimiyəti ilə istehlakçını alış-verişə dəvət edir.
Mailing nümunələrinin ortaq nöqtələri arasında qısa-diqqət çəkici başlıq, təsir edici şəkil, istehlakçıyı mükafatlandırma, şəxsiləşdirilmiş dil, göndərənlərdə markanın adının yazılması, “Alış-verişə Başla” düyməsi ilə markanın veb saytında keçid təmin etmə və istehlakçıyı hərəkətə keçirmək yer alır.
Email Marketinq Firmaları
Email Marketinq firmaları, məhsul və ya xidmətinizə görə müəyyən edilən hədəf kütləyə istiqamətlənən əlaqə səviyyəsi yüksək, tanıdıcı və məlumatlandırıcı mailing həyata keçirərək müştəri sədaqətini və potensial müştərilərinizi artırır. Həmçinin mailing yolu ilə edilən göndərmələr, veb saytınıza edəcəyiniz yönləndirmələr ilə səhifəyə girişi artırar. Beləliklə, etdiyiniz mailingin çalışması səhifənizin SEO dəyərini yüksəldər və Google axtarış nəticələrində daha yaxşı bir mövqeyə gəlməyinizi təmin edər.
Emailing programları hansı ünvanın doğru, kimin poçt qutusunun dolu olduğunu, kimlərin mailini açdığını, linkə daxil olduğunu göstərərək hesabat verir. Göndərəcəyiniz mailləri spam qutularına salmadan sizin smtp serverinizdən istifadə edərək hədəf kütlənizə çata biləcəyiniz firmalardan Mailchimp, Euromessage, Sendblaster, Smartmessage, Mailjet ve Mailgraf və s. misal olaraq verə bilərik.
Mənbə: pazarlamaturkiye.com