Güclü yaddaşın olması və yaddaşın saxlanması, istənilən dili tez bir şəkildə öyrənmə, cəld şəkildə oxuma və yazma qabiliyyəti, Tesla maşının sürmə və s. kimi fikirlər artıq heç də uzaq görünmür. Elon Musk yenə də yeniliklərlə qarşımızdadır.
Uzun müddətdir ki, gözlənilən Neuralink təqdimatı cümə günü keçirildi. Elon Musk demoya başlayarkən təqdimat məqsədinin investisiya və ya pul yığmaqdan ziyadə birlikdə işləyəbiləcəyi elm insanlarını tapmaq olduğunu bildirdi. Bundan əlavə bildirək ki, Neuralink komandasında işləyən mütəxəssislərin bəziləri komandadan ayrılıb. Ümumilikdə PR və gündəm yaratma məsələsində çox bacarıqlı olan Elon Musk, investisiyaya ehtiyacının olmadığını və bununla birlikdə mütəxəssislərə ehtiyac olduğunu da vurğulamış oldu.
“Pul yığmağa və ya başqa birşey etməyə çalışmırıq. Bizim əsas məqsədimiz möhtəşəm insanları Neuralink layihəsində işləməyə gəlməyə razı salmaq və məhsulu bazara çıxarmağımız üçün bizə kömək olmalarını istəyirik. Bununla da çalışırıq ki, Neuralink elə bir qiymətə və güvənə sahib olsun ki, hərkəs bu məhsulu əldə edə bilsin.” – Elon Musk
Elon Musk istəyir ki, Neuralink hərkəs tərəfindən alınan bir məhsul olsun. Bunun da səbəbi odur ki, nevroloji problemləri olan insanlar bu məhsulu çox asanlıqla əldə edə bilsin. Nevroloji xəstəliklər arasında yaddaş itməsi, narahatlıq, beyin zədələnməsi və depressiya kimi xəstəliklər yer alır.
Bunu da bildirək ki, hələ ki, Neuralink texnologiyasının bu xəstəlikləri müalicə edə biləcəyinə dair bir sübut yoxdur. Sadəcə gələcəyə doğru bir plan olaraq, bu məqsədləri özündə daşıyır.
Detallar
Təqdim olunan məhsul isə sadaladığımız həllərdən hələ ki, çox uzaqdır. Elon Musk həmçinin bildirdi ki, keçən il təqdim olunan məhsulun dizaynı da dəyişib. Məhsul kəllə sümüyünə yerləşdirildikdən sonra saçın altında gizlədilə bilinəcək dərəcədə kiçikdir.
Məhsulun dizaynından bəhs etdikdən sonra isə Elon Musk izləyənlərə testlərdə istifadə olunan 3 ədəd donuzu təqdim etdi. Donuzlardan birincinin adı Joyce-dur və Joyce-un nevroloji xəstəliyi olduğunu və Neuralink istifadə etmədiyini vurğuladı. İkinci donuzdan danışmazdan öncə üçüncü donuzdan bəhs edək. Üçüncü donuzun adı isə Dorothy-dir. Dorothy üzərində əvvəlcədən Neuralink istifadə olunub ancaq sonradan implant geri çıxarılıb. Bunu göstərməyin bir məqsədi var idi. Elon Musk bunu göstərərək bildirdi ki, kimlərki Neuralink istifadə edəcək, istədiyi zaman çıxarda biləcək və ya Neuralink məhsulunun daha yüksək versiyaları ilə dəyişdirmə imkanı olacaq. Həmçinin deyilmək istənir ki, əgər Neuralink istifadə edib sonradan imtina edəcəksinizsə bu sizin sağlamlığınıza da zərər etməyəcək. Üçüncü donuzun heç bir problem yaşamadan həyatına davam etməsi kimi.
İndi gələk ikinci donuza. İkinci donuzun adı Gethrude-dur. Gethrude təqdimatda Neuralink cihazından istifadə edirdi. İstifadə edildiyi əsnada isə, donuzun neyron hərəkətləri ekranda göstərilirdi. Gethrude yemək axtararkən və yemək üçün burnunu bir yerlərə sürtdüyündə, izləyicilər rahat və açıq şəkildə donuzun neyron hərəkətlərini izləyə bilirdilər. Gethrude müddət olaraq 2 aydır ki, Neuralink texnologiyasından istifadə edir.
Aparılan araşdırmalarda donuzların beyin fəaliyyətləri oxunur və bu fəaliyyətlərdə beynin oynaqlarla olan əlaqəsi də təxmin edilməyə çalışılır. Mütəxəssislər neyronlardakı hərəkətlərlə, oynaqlardakı hərəkətliliyi proqnozlaşdırmağa çalışırlar. Bundan əldə edilən data və məlumat çox önəmli bir rol oynayır. Simsiz implant, donuzun bədənində yer alan bütün üzvlərdəki hərəkətləri yüksək doğruluq payı ilə proqnozlaşdıra bilir.
Cihaz hər zaman telefona bağlı olacaq. Elon Musk bildirdi ki, “ilk cihaz təxminən 1024 kanal ilə hər kanalda oxuya və yaza bilir, gecə boyunca enerji yığa bilən cihazın batareya ömrü tam bir gün davam edə bilir və cihaz çox uzaq məsafədən də idarə oluna bilinir. Beləliklə, tətbiq telefonunuzda olacaq və link başınızdakı cihaz ilə Bluetooth vasitəsilə əlaqə quracaq.”
FDA-nın Breakthrough Devices proqramından müsbət geri dönüş əldə etdiyini bildirən Elon Musk, önəmli olan təsdiqlənmələri və təhlükəsizlik testlərini etdikdən sonra çox yaxın zamanda insanlara da implant yerləşdirə biləcəklərini açıqladı.
Donuzlarda olan cihazın sadəcə oxuma qabiliyyətinə sahib olduğunu da bildirməkdə yarar var. Oxumadan əlavə yazma qabiliyyətinin də olması planlaşdırılır. Bununla da, cihaz neyron axışındakı xətaları düzəldərək insanların neyronlararası siqnal pozğunluqları səbəbi ilə yaşadıqları sağlamlıq problemlərini həll edə biləcək. Bəs insanlar üzərində test? İlk testlər boyun nahiyəsində olan onurğa sümüyü zədələnməsi nəticəsində ortaya çıxan onurğa iflici və ya qol, ayaq və bədən iflici keçirən az sayda insan üzərində keçiriləcək.
Qiymət olaraq isə Neuralink üçün nəzərdə tutulan qiymət 1000 dollar səviyyəsindədir. Cihazın ən aşağı qiymətli məhsulunun müasir texnologiyalarla eyni səviyyədə olması planlaşdırılır.
Mənbə: Canlı
Elon Musk meydan oxudu başlıqlı məqaləyə nəzər yetirmək üçün buraya klikləyə bilərsiniz.