• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

E-ticarət nəhənglərinin Wuhan qələbəsi

Wuhanın karantin günlərindəki təcrübələri bütün ölkə və şirkətlərə yol göstərə bilər!

Məhəmmədəli İsmayılov Məhəmmədəli İsmayılov
Aprel 6, 2020
A A
E-ticarət nəhənglərinin Wuhan qələbəsi

Bütün dünyanı öz təsiri altına alan koronavirus pandemiyası həyatımız üzərindəki təsirini gün keçdikcə artırır. Bu səbəblə də virusun ilk görüldüyü və 23 yanvar-25 mart tarixləri arasında karantin rejimi tətbiq olunan Wuhan şəhərinə nəzər salaq. Orada e-ticarət şirkətlərinin həyatın davam etməsi üçün attığı addımlara yaxından göz gəzdirməkdə fayda var. Strategiyalar üzrə professor Chengyi Linin məsələni texnologiya, qabiliyyət, proses və kateqoriya başlıqları ilə formalaşdırdığı “In the Face of Lockdown, China’s E-Commerce Giants Deliver” yazısı var. Bu yazıdakı məlumatlar e-ticarət nəhənglərinin karantin rejimindəki Wuhan şəhərində gerçəkləşdirdiklərini detalları ilə anlamağımıza kömək edir.

Karantin qarşısında Çinin e-ticarət nəhəngləri

23 yanvar Çinin Hubei əyalətində yerləşən Wuhan şəhərinə karantin rejimi tətbiq edildi. 11 milyon əhalisi ilə şəhərə gedən bütün əsas yollar bağlanıldı. Həmin vaxtlarda isə kimsə təsəvvür belə etməzdi ki, karantin müddəti 2 ay davam edəcək. (25 mart)

Qida və gündəlik istehlak mallarının pərakəndə satışı da mövcud vəziyyətlə əlaqədar öz nəsibini almışdı. Karantin rejimi pərakəndə sisteminin əsasının ani və sərt əngəllərlə qarşılaşmasına səbəb oldu. Təşvişə düşmüş əhali alış-verişləri edərək mağaza rəflərini boşaltmış, koronavirus riskindən qorunmaq üçün evlərinə çəkilmişdi.

Bəs karantin vəziyyətində şəhərdə iki ay ərzində tədarükün təsir görməməsi üçün çinli e-ticarət nəhəngləri nə kimi həmlələr etdilər?

Texnologiya

Alibaba rəqəmsal logistika platformasını gücləndirərək addım atdı. Çinin yeni il tətili müddətində 58 şəhərdəki müsəssisələrini yenidən faaliyyətə keçirərək N95 maska və digər tibbi məhsullar istehsalına başlayan bütün istehsalçılar 48 saat içərisində müəyyənləşdirildi və onlar ilə əlaqə yaradıldı. Eyni zamanda rəqəmsal ödəniş sistemi Alipay də bütün ölkə miqyasında onlayn yardım toplanması məqsədi ilə gücləndirildi. İlk səkkiz saat içərisində isə 1 milyon dollar toplanıldı.

Alibaba-nın rəqibləri Cainiao Network və JD.com da qərbli rəqibləri Amazon və Alphabet ilə rəqabət məsələsində özlərini gücləndirmək adıyla avtomatik texnologiyalarda xeyli sayda yeniliyi yoxlamışdılar. Məsələn, 2018-ci ildə JD.com Pekinin Haidian bölgəsinə sürücüsüz nəqliyyatlarla çatdırılma sınaqları etmişdi.

Sonra…

Wuhan şəhərindəki karantin müddətində rəqəmsal pərakəndəçilərin qarşısında duran ən böyük problem şəhərdəki çatdırılma xidmətinin qabiliyyətini işçilərin sayını artırmadan necə yüksəldəcəyi idi. Qüsursuz bir həll yolu olmasa da JD.com və digər pərakəndəçilər yeni avtomatik texnologiyalarını şəhərə köçürdülər.

Wuhan şəhərinə gətirilən yerli xəritələrlə təchiz edilmiş ağıllı cihazlar Pekindən kontrol edilərək istifadə edildi. Satılan məhsulların öz ünvanlarına, yardım məqsədli məhsulların isə xəstəxanalara çatdırılması ağıllı cihazlarla təmin edildi. Çatdırılmalar dövlətin təyin etdiyi məhdudlaşdırmalara rəğmən öz fəaliyyətini davam etdirə bilirdi.

Əsas yol və avtoyolların qapalı olmağı da koronavirus pandemiyasından təsirlənən bölgələrə məhsul çatdırılmasını çətinləşdirirdi. Məsələn, Baiyangdian ətrafındakı kəndlərə əsas ehtiyac olan məhsulların dar yollar, ya da bərələrlə çatdırılması ən az 6 saata başa gəlirdi. JD.com isə bu vəziyyətdə 20 dəqiqə çatdırılma həyata keçirə bilən dronlardan istifadə etdi.

Qabiliyyət

Karantin tətbiq edilməsinə görə düyü, un, yağ, meyvə, tərəvəz, dəniz məhsulları kimi gündəlik qida məhsullarına tələb xeyli yüksəlmişdi. Gündəlik qida alış-verişlərini offlaynda həyata keçirən müştərilər, necə deyərlər, bir gecədə onlayna keçən kimi Çinin e-ticarət tədarük zənciri də anidən işçi çatışmazlığı ilə qarşı-qarşıya qalmış oldu.

Alibabanın market alış-veriş platforması işçi çatışmazlığını fəaliyyətini dayandıran şirkətlərin işçilərini işə qəbul edərək həll etməyə çalışdı. Eyni üsulu JD.com tabeliyindəki 7Fresh də davam etdirdi. Yeni işçilərə e-ticarətə uyğunlaşmaları üçün lazımlı məlumatlar müəyyən qədər az da olsa öyrədildi.

Karantin vaxtı 7Fresh müəyyən mərhələlərdən keçmiş, bişirilməyə hazır məhsulların istehsalını ciddi şəkildə artırdı. Beləcə, bağlanan restoranlardan transfer edilən müvəqqəti işçinin qabiliyyətlərindən maksimum dərəcədə yararlandılar.

Restoran çatdırılma platforması MTDP də 7 min supermarketlə müqavilə bağlayaraq ünvanlara digər məhsulların da çatdırılmasını təmin etdi.

Proses

Hər gün yüzlərlə müştəri ilə təmasda olan kuryerlərin sağlamlıqlarının təsir görməsi və virusun yayılmasında rol oynamaqları riskini azaltmaq üçün Alibaba və JD.com işçilərini maska, əlcək və dezinfeksiyaedici maddə ilə təmin etdi. İşçilərin hərarəti hər gün ölçüldü, hər çatdırılmadan əvvəl və sonra özlərini dezinfeksiya etmək məcburi oldu.

Çatdırılma müddəti də analiz edildi. Məsələn, çatdırılmalarda müştərinin imza çəkmə məcburiyyəti var idi. Lakin həsas müştərilər bu üsula virusa görə maraq göstərmirdilər. Bunun nəticəsində e-ticarət şirkətləri çatdırılma problemi ilə qarşılaşmış və maliyyə sərf etmək məcburiyyətində qalmışdılar.

Çarə…

JD.com bu problemi aradan qaldırmaq adıyla çatdırılma qutusu sayını artırdı. Çatdırılacaq məhsullar qutulara yerləşdirilərkən mobil tətbiq vasitəsilə müştəriyə bir barkod göndərilir, bununla da müştəri məhsulunu istədiyi vaxt ala bilirdi. JD.com eyni zamanda könüllülərlə də işləyirdi və bu yolla evlərindən çıxa bilməyənlərin məhsullarını da çatdırırdılar. Könüllülərdən təşkil olunmuş çatdırılma şəbəkəsinin idarəsi də mobil tətbiqetmələrlə yerinə yetirildi.

Kateqoriya

Karantin müddəti bəzi kateqoriyalarda rəqabət tənzimlənməsində dəyişikliklərə də səbəb oldu. Məsələn, JD.com-a aid olan tibbi sistem PingAn-ın Good Doctor və Alibaba-nın AliHealth sistemlərindən uzun müddətdir ki, geridə qalırdı. Ancaq karantinin yaratdığı fürsətlərlə birlikdə bu vəziyyət dəyişmiş oldu. JD.com öz şəbəkəsinə tez bir müddətdə yeni həkimlər əlavə etdi və tibbi sistem dərman satışı, həmçinin digər xüsusiyyətləri ilə vacib bir kanala çevrildi.

Sistem eyni zamanda müayinə işində ölkə ərazisində vacib bir xidmətə çevrilmiş oldu. Müəyyənləşdirilən bir sıra suallar vasitəsi ilə bu sistemdən istifadə edən həkimlər özlərinə zəng edənlərin koronavirusa yoluxub-yoluxmadığını təxmin edə bilirdilər və vəziyyətinin riskli olduğu hiss olunanlar isə yenidən müayinə üçün xəstaxanalara yönləndirilirdi. JD.com-un istifadə etdiyi ağıllı assistent isə virus haqqında rəsmi məlumatlar paylaşır və onlayn psixoloji dəstək göstərirdi.

AloHealth

AloHealth də karantin müddətində Taobao və Alipay üzərindən virusla bağlı bilgi paylaşımları edirdi. Virusun ölkə miqyasında yayılması ilə birlikdə hər iki platforma vasitəsilə ödənişsiz onlayn konsultasiya xidməti təqdim edildi. MTDP-də təqdim olunan universitet tədris proqramı hazırlayıb kiçik şirkətlərə qabiliyyətlərini inkişaf etdirməkləri üçün onlara onlayn dərslər təqdim etdi.

Dünya miqyasında şirkət və hökumətlər koronavirus böhranı ilə mübarizəyə davam edərkən Çinli e-ticarət nəhəngləri qısa müddətdə böyük işlər həyata keçirdilər. Bütün bu işlər Avropa və ABŞ kimi böyük bazarlarda ediləbiləcəklər mövzusunda yolgöstərici xüsusiyyətə sahibdir. Çindəki təcrübələr bu mövzudakı ən böyük köməkçilərin, rəqəmsal-logistik platformaların və sahib olduqları yüksək texnologiyalı çatdırılma qabiliyyətlərinin gözdən keçirilməsini vurğulayır və digər sektorlardan transfer edilən işçilərin mövcud qabiliyyətlərindən sürətli formada yararlanmağın faydalı olduğunu göstərir.

 

Mənbələr:

MediaCat  

Harvard Business Review 

 

Milyarder Bill Gates-in koronavirusla bağlı fikirlərini öyrənmək üçün buraya daxil olun.

Paylaş
Öncəki yazı

EQ – Emosional Zəkanın Qurumlarda Əhəmiyyəti

Növbəti yazı

Biznes Plan Nədir? Və Nə Üçün Lazımdır?

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol