Son zamanlarda süni intellekt e-mail marketinq strategiyalarına təsir etməyə başladı. Gəlin süni intellektin e-mail marketinqdəki roluna nəzər yetirək.
1. Seqmentasiya
Qurulmuş bir e-mail siyahısına sahib olduqdan sonra abunəçiləri coğrafi yer və demoqrafiya kimi əsas parametrlərə görə seqmentlərə ayıra bilərsiniz. Süni intellekt, veb-formalar, CRM sistemləri və müştəri tərəfindən təqdim olunan digər məlumatların köməyi ilə əldə olunan ardıcıl alış qaydaları və abunəçi davranışlarını tanımaqla bu taktikanı növbəti səviyyəyə qaldıra bilər. Daha ətraflı məlumatla dinamik e-mail seqmentləşməsinə imkan verəcək və bununla da “fərdiləşdirmə” üçün yeni yollar açacaqdır.
2. Fərdiləşdirmə
E-mailin digər ucunda bir insanın olduğunu başa düşmək vacibdir. Süni intellektin köməyi ilə xüsusi e-mailler yarada bilərsiniz. Süni intellekt, e-mail marketinq çərçvəsində abunəçilərinizin davranışlarını qiymətləndirməyə və məlumatlara əsaslanan anlayışlar yaratmağa kömək edir. Məsələn: Netflix kimi platformalar istifadəçinin izlədiyi şouların növü haqqında məlumat yarada və həmin detallara əsaslanaraq müvafiq, yüksək fərdiləşdirilmiş e-mail göndərə bilər.
3. Göndərmə vaxtının optimallaşdırılması
Göndərmə vaxtının optimallaşdırılması çox vacibdir, çünki abunəçinin ən çox fəaliyyətə başlama zamanı e-maili lazımi vaxtda göndərməyə imkan verir. Süni intellekt, abunəçinin keçmiş e-mail əlaqələrini və davranışlarını nəzərə alan proqnozlaşdırıcı analitik modeli ilə bunu mümkün etdi. Bu məlumata görə, e-mailləri abunəçinin ən çox diqqətini çəkəcəyi bir anda göndərə bilərsiniz.
4. Doğru məhsullar üçün tövsiyələr
Müvafiq məhsul və xidmət tövsiyələrini göndərsəniz, müştəri loyallığını artırmaq və müştəri ilə əlaqənizi yaxşılaşdırmaq üçün şansınız daha çox olacaq. Süni intellekt abunəçilərə fərdi məhsul tövsiyələrini göndərməyə kömək edəcəkdir. Bunu etməklə abunəçilərə yanlış məhsul və ya təkliflər göndərməyi aradan qaldıra bilərsiniz.
5. Elektron poçtu yenidən təyin etmə
Neçə dəfə səbətdən imtina etdiniz? Bir neçə dəfə, elə deyilmi? Süni intellekt, səbətdən imtina edənləri yenidən tapmağa və satınalmanı başa çatdırmağa imkan verir. Soruşa bilərsiniz – Necə? Bəzi abunəçilərin alış-veriş səbətini tərk etdikləri anda səbətdən imtina e-maillərinə cavab verməsi olduqca təbiidir. Digərlərinin imtina etmə qərarını verməsi isə bir həftə çəkə bilər. Süni intellekt, bu abunəçiləri bir-birindən fərqləndirməyə və vaxtında e-mail göndərməyə kömək edir. Bununla da müştərilər qazanmağa kömək edir.
6. Daha yaxşı kanal optimallaşdırılması
Çox vaxt belə olur ki, abunəçiləriniz bir e-mailə deyil, bildiriş və ya Facebook Messenger-e cavab verirlər. Süni intellektin köməyi ilə istifadəçinin vərdişlərini, üstünlüklərini, keçmiş və proqnozlaşdırılan davranışlarını araşdıra bilərsiniz. Bu məlumatlara əsasən mesajı müvafiq kanal vasitəsilə göndərə bilərsiniz.
Şübhəsiz ki, süni intellekt, 61% marketoloqlar üçün məlumat strategiyasının ən kritik tərəfidir.
Mənbə: bigdata-madesimple.com