Bir şirkət çox dəyərli olmadan belə çox dəyər yarada bilər. Dəyər yaratmaq kifayət olmamaq ilə bərabər, yaradılan dəyəri görüb mənimsəmək də son dərəcə önəmlidir. Bu o deməkdir ki, hətta böyük şirkətlər də pis ola bilər.
Məsələn, U.S Hava Yolları hər il milyonlarla sərnişinə xidmət edir və yüz milyardlarla dəyər qazanır. Ancaq 2012-ci ildə ortalama uçuş qiyməti 178 dollar olduğu halda, hər bir sərnişin üçün 37 sent qazanırdılar. Müqayisə üçün, Google daha az dəyər yaratmaqla daha çox şey əldə etmişdi. Google, 2012-ci ildə 50 milyard (hava yolları üçün 160 dollara bərabər) gəlir əldə edərək, gəlirlərinin 21%-ni mənfəətə çevirmişdir. U.S hava yolları ilə müqayisədə (həmin il hava yolu sənayesinin qazanc marjasının 100 qatından çox), Google hər il pulunun 3 qatı qədər pul qazanır.
Hava yolu şirkətləri bir-biri ilə rəqabət aparır, ancaq Google tək dayanır.
İqtisadçılar bu iki modeldəki fərqi izah etmək üçün mükəmməl rəqabət və inhisarçılığı tərif edirlər. Mükəmməl rəqabət şəraitində istehsalçı tədarükü istehlakçı tələbatını qarşılayarkən tarazlığı təmin edir. Rəqabət bazarındakı hər şirkət eyni homojen məhsulları satır. Qazanılacaq pul varsa, yeni firmalar bazara girir, tədarükü artırır, qiymətləri endirir. Beləliklə, ilk növbədə onları özlərinə cəlb edən qazanclar yox olur. Çox sayda firma bazara girərsə, bəziləri mübarizə aparacaq, bəziləri geri çəkiləcək və qiymətlər yenidən normal səviyyəyə qalxacaq. Heç bir firma mükəmməl rəqabət şəraitində uzun müddətdə iqtisadi qazanc əldə edə bilməz.
Bir iqtisadçıya görə, hər monopoliya eynidir. Burada, monopoliyaya gəldikdə, elə bir şirkətdən bəhs edirik ki, başqa heç bir şirkət oxşar məhsul təklif edə bilməz. Google, 0-dan 1-ə yüksələn şirkətlərin ən yaxşı nümunəsidir. 2000-ci illərin əvvəllərindən bəri şirkət, Microsoft və Yahoo-dan ayrıldıqda axtarışda rəqabət etmirdi. Sahibkarlar üçün dərs aydındır: Qalıcı bir dəyər yaratmaq və əldə etmək istəyirsinizsə, məhsul və ya xidmət baxımından fərqlənmədiyiniz bir işə başlamayın!
Monopoliyaçılar özlərini qorumaq üçün yalan danışırlar.
Google nümunəsinə baxdıqda, Google açıq şəkildə monopoliyaçı olduğunu iddia etmir. Lakin 2014-cü ilin may ayından etibarən axtarış bazarına sahib idi. Microsoft və Yahoo-nun səhmləri 19% və 10%-dir. Bunun yetərli olmadığını düşünürsənsə, “Google” sözü Oksford İngilis dili Lüğətində rəsmi bir fel kimi daxil edilmişdir.
Biznesmenlər tez-tez rəqabət ortalamasını aşağı salmağa çalışırlar. Ancaq bu bir başlanğıc üçün edilə biləcək ən böyük səhvlərdən biridir. Palo Alto-da bir İngilis restoranı açmağı düşünənlərə nəzər yetirək. Oradakı ümumi bazar Palo Alto restoranlarından ibarətdirsə və bu əraziyə yaxın bütün restoranlar da bu bazarın bir hissəsidirsə? Bir neçə il ərzində bağlanacaq bir çox yeni restoranla niyə başqalarından fərqli olduğunuzu özünüzə inandırmağa çalışa bilərsiniz. Belə bir vəziyyətdə bir az vaxt ayırıb Palo Alto-da İngilis mətbəxi ilə maraqlanan birinin olub olmadığını düşünməlisən. Həqiqi rəqabət nöqtəsini itirirsinizsə və lazımsız fərqlər üzərində cəmləşirsinizsə, işiniz çox uzun sürməyəcəkdir.
Monopoliyaçı olmayan şirkətlər, bazarlarını müxtəlif kiçik bazarların kəsişməsi olaraq təyin edərək fərqlərini şişirtdirirlər.
Öz xidmətiniz və ya məhsullarınız başqaları ilə eyni olduqda, mübarizə aparmaq məcburiyyətində qalacaqsınız. Bu rəqabətli anlayış insanları kobud və amansız edir. Ancaq, Google kimi inhisarlarla iş fərqlidir. Rəqabət etmək üçün, bir çox seçim olmadığı üçün məhsullara və işçilərə daha çox diqqət yetirilir. “Şeytan olmayın” Google-un şüarıdır. Bu, etik dəyərləri nəzərə alaraq Google-un uğurunun vacib bir hissəsidir.
Ticarətdə pul ya vacib bir şeydir, ya da hər şey. İnhisarçılar pul qazanmaqdan başqa digər dəyərləri düşünə bilsə də, inhisarçı olmayan şəxslər yalnız pul qazanmağı düşünə bilərlər. Mükəmməl rəqabətdə gündəlik qazanclara o qədər çox diqqət yetirilir ki, uzunmüddətli bir gələcək planı edilə bilməz. Bu çətinliklərdən xilas olmaq üçün yalnız bir həll yolu qalmışdır:
Monopoliya içəridəki hər kəs üçün yaxşıdır, amma kənar insanlar üçün də mi yaxşıdır ?
Dəyişkən dünyada inhisarçı olmaq yalnız icarə toplayıcısı kimi təyin edilə bilər. Ancaq dinamik bir dünyada yaşayırıq və yeni, daha yaxşı şeylər yarada bilərik. Yaradıcı monopollar xidmətlərinə və məhsullarına yeni kateqoriyalar və xüsusiyyətlər əlavə edərək müştərilərinə daha çox seçim təklif edirlər. Nümunə olaraq, Apple-ın iPhone telefonunu verə bilərik. Nəticədə, müştərilər yalnız yüksək qiymətli Iphone-dan işləyən bir telefona sahib olduqları üçün deyil, həm də dizaynı və digər xüsusiyyətlərindən məmnun qalırlar.
Tarixən mövcud monopollar daha yaxşı bir inhisar gəldikdə yerlərindən qovulmuşdular.
Yeni inhisarçılığın dinamikliyi, köhnə inhisarçıların yeniliklə boğulmadığını izah edir. Apple-ın iOS-a icat edməsi və mobil proqram təminatının yüksəlməsi ilə Microsoft-un uzun illərdəki hakimiyyəti sona çatdı. Bundan əvvəl Microsoft IBM mövqeyini tutmuşdu. Monopolların inkişafı ilə yenilik prosesləri davam edə bilər və beləliklə inhisarlar qazandıqları qazanc sayəsində uzunmüddətli planlar qura bilirlər. Bunun sayəsində xəyallarına belə gətirə bilmədikləri layihələr və maliyyə qaynaqları ortaya çıxdı.Tarixən mövcud monopollar daha yaxşı bir inhisar gəldikdə yerlərindən qovulmuşdular. Yeni inhisarçılığın dinamikliyi, köhnə inhisarçıların yeniliklə boğulmadığını izah edir. Apple-ın iOS-a icat edməsi və mobil proqram təminatının yüksəlməsi ilə Microsoft-un uzun illərdəki hakimiyyəti sona çatdı. Bundan əvvəl Microsoft IBM mövqeyini tutmuşdu. Monopolların inkişafı ilə yenilik prosesləri davam edə bilər və beləliklə inhisarlar qazandıqları qazanc sayəsində uzunmüddətli planlar qura bilirlər. Bunun sayəsində xəyallarına belə gətirə bilmədikləri layihələr və maliyyə qaynaqları ortaya çıxdı.
Hər hansı bir uğurlu iş üçün monopoliya vacibdir. Tolstoy Anna Karanina-nın əvvəlində deyir: “Bütün xoşbəxt ailələr eynidir və hər bədbəxt ailənin öz bədbəxtliyi var.” İş həyatında bunun əksi olur. Bütün xoşbəxt şirkətlər fərqlidir: Hər biri bir problemi həll edərək inhisar qazanır. Bütün uğursuz şirkətlər eynidir. Hamısı rəqabətdən qaça bilmədi.
Mənbə: Peter Thiel “Zero to one”