Oyun oynadığınız anda ağlınızda bir şey qalırsa (qismən yaxşı) o oyunun sizə təsir etdiyini deyə bilərik. Bu, bəzən bir personaj, bəzən oyundakı bir səhnə ya da oyundakı effektlər ola bilər. Təbii ki, vəziyyət təkcə belə olmalı deyil. Bəzən sizə təsir edən ən böyük vasitə oyunun içərisində olan oyun musiqiləri ola bilər.
Fikir verməsək belə oyundakı musiqilər oyunun tamlığına görə çox mühüm bir rola sahibdir. Oyunun atmosferinə uyğun bir musiqi oyunun içində olduğu zaman oyundan aldığınız həzzin dəfələrlə artdığına şahid oluruq. Biz də sizlər üçün oyunlarda bizlərə ən çox təsir musiqiləri yığmağa çalışdıq.
15. Super Mario Bros.
Bəlkə də bütün zamanların ən çox oynanılan oyunlarından biri olan Mario, təbii olaraq ən çox dinlənilən oyun musiqilərindən birinə də sahibdir. Bəzilərinin xoşuna gəlməsə də bu əfsanə musiqini siyahımıza əlavə etməsək olmazdı.
14. Call of Duty: Modern Warfare 2 – Extraction Point.
Hans Zimmerin imzasını daşıyan bu unudulmaz oyun Call of Duty: Modern Warfare 2 – Extraction Point-nin havasını mükəmməl bir şəkildə çatdıra bilir deyə bilərik. Təbii ki, oyun içərisində eşitdiyimiz zaman üzə çıxan hislər xeyli fərqlidir.
13. World of Warcraft – Arthas My Son
MMORPG deyiləndə ağıla gələn ilk oyunlardan olan World of Warcraft – Arthas My Son, təsiredici musiqiləri ilə üzə çıxır. Bu da oyunçuların sıxılmadan oyunun içində daha çox vaxt keçirməsində böyük bir rol oynayır.
12. Death Stranding – I’ll Keep Coming..
Hideo Kojima-nın keçən il çıxartdığı və atmosferi ilə oyunçuları içinə çəkən oyun. Təkcə qrafiklər mövzusunda yox, eyni zamanda musiqilər mövzusunda da oyunçuların rəğbətini qazandı.
11. The Legend of Zelda
Nintendo-nun ən uğurlu oyunlarından biri olan The Legend of Zelda, oyunun içində keçən dünyadan əlavə, musiqiləri ilə də son dərəcə önə çıxan bir oyun olması ilə bilinir.
10. Undertale – Megalovania
Son dövrlərdə özündən tez-tez söz etdirməyi bacaran və ölkə xaricində “meme” musiqisi halına gələn Undertale – Megalovania oyunun havasını dəyişdirən musiqilər arasında yer alır.
9. League of Legends – Warriors
İmagine Dragons-un 2014-cü ildə əfsanəvi MMORPG oyunu üçün hazırladığı musiqi, oyunu oynamayanlar tərəfindən də sevilməsi səbəbi ilə böyük səs gətirdi. Bu da musiqinin siyahımızda yer almasına yol açdı deyə bilərik.
8. GTA: San Andreas
Bir dövrün daha başlanğıcındakı sprey boya səsindən tanıdığı unudulmaz musiqiyə sahib olan San Andreas yazımızın əvvəlində qeyd etdiyimiz bütün xüsusiyyətləri özündə birləşdirir. Təkcə musiqiləri ilə deyil, eyni zamanda hekayəsi ilə və oynamaq tərzi ilə də heyrətləndirən oyunun musiqisini siyahımıza daxil etməsəydik olmazdı.
7. DOTA 2
Ən qarışıq MMORPG oyunlarından biri olan DOTA 2, minlərcə oyunçunu təkcə özü ilə yox, eyni zamanda musiqiləri ilə də təəccübləndirməyi bacarmış bir oyun olaraq bilinir. Oyunun ana tema musiqisi isə demək olar ki, bir çox insanın oxutma siyahısında yer alır.
6. Need for Speed: Underground 2 – Riders on the Storm
Bir çox insanın ilk maşın sürmə təcrübəsini sınadığı oyunun əfsanəvi musiqilərindən olan Riders on the Storm, orginal musiqiyə çox daha fərqli bir hava qataraq qarşımıza çıxdı. Orginalında The Doors-un səsləndirdiyi musiqi, oyun üçün Snoop Dogg ilə yenidən yazıldı. Nəticə olaraq gələcək nəsillərə çatdıra biləcəyimiz möhtəşəm bir oyun musiqisi bizlərə qaldı deyə bilərik.
5. The Last of Us
Bir çox PlayStation oyunçusuna görə PlayStation-a gəlmiş ən yaxşı oyunlardan biri olan The Last of Us çox ciddi bir azərkeş kütləsi qazandı. Playstation 3-də cığır açan oyun, hekayəsi ilə də oyunçuları heyran etdi. Təbii ki, oyunçuların heyran olduğu tək nöqtə oyunun hekayəsi yox, eyni zamanda musiqiləri idi.
4. The Elder Scrolls V: Skyrim – Dovahkiin (Dragonborn)
Skyrim-i başladarkən təkcə oyun oynamaq yox, eyni zamanda musiqi dinləməyi də planlaşdırmısınızsa ya da hal-hazırda planlaşdırırsınızsa tək olmadığınızı söyləyə bilərik. Oyun, onlarca mükəmməl musiqiyə sahib olsa da bu musiqi çox daha ayrı bir nöqtəyə sahibdir.
3. GTA IV – Soviet Connection
Grand Theft Auto: San Andreas-ın musiqisi son dərəcə əfsanəvi və ikonik olsa da GTA IV-ün Soviet Connection adlı musiqisi oyunçuları təkrar-təkrar GTA IV’ə başlatmaq üçün kifayətdir. Bu səbəblə də dinləyələndə diqqətli olmağınızı istəyirik.
2. The Witcher 3: Wild Hunt
Əvvəlcə bunu qeyd etmək də fayda var. Siyahıda gördüyünüz bütün oyunlardan çətin də olsa tək musiqi seçə bildik, ancaq Witcher 3’ün musiqiləri içərisindən belə bir seçim etmək mümkün olmadı. Bu səbəblə də biz də sizin üçün bütün OST-ı bura yerləşdiririk. İndidən xoş əyləncələr.
1. DOOM (2016) – BFG Division
Ətrafınız onlarca məxluqla əhatələnmişkən adrenaliniz yüksək deyilmiş kimi əlavə olaraq bir də bu musiqinin girməsi ilə birlikdə adrenalin səviyyənizin təxminən 5 qat daha artığını deyə bilərik. Təbii ki, bu vəziyyətin bir əngəl yox, əksinə kömək olduğunu qeyd etmək də fayda var.
Doom ilə birlikdə siyahımızın sonuna gəldik. Sizin də məsləhət görəcəyiniz ya da “siyahıda bu da olmalı idi” dediyiniz bir musiqi varsa şərhlər bölümündən bizlərə bu musiqiləri bildirməyi umutmayın.
Koronavirus dövründə sosial qalmağınıza zəmanət verən oyunlarla tanış olmaq üçün linkə keçid edin.