• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Böyük şirkətlərin iflasına icazə verməyəcək teorem – “Too big to fail” nədir?

"Too big to fail" teoremi, bazarda həddən artıq böyük gücə sahib olması və bazarın böyük bir hissəsi ilə əlaqədə olması səbəbilə iflası bütün bazarı böhrana sürükləyəcək şirkətlərin iflasına mane olunmasının vacibliyini göstərən teoremdir.

Məzahir Musayev Məzahir Musayev
Avqust 24, 2020
A A
Böyük şirkətlərin iflasına icazə verməyəcək teorem – “Too big to fail” nədir?

Teorem

“Too big to fail” ifadəsi artıq beynəlxalq səviyyədə qəbul edilib işlədildiyindən, digər dünya dilləri kimi bizim də dilimizdə dəqiq qarşılığı yoxdur. Lakin mexaniki tərcümə etsək, “iflas üçün çox böyük” birləşməsini alırıq ki, bu da əslində teoremin əsas mahiyyətini izah edəcək gücdədir. Teorem başlıca olaraq xarakter etibarilə bir-birinə çox bağlı institutlardan ibarət olan maliyyə sahəsi, xüsusilə də bank sektoru üçün işlənir.

Həddən artıq böyük gücə sahib şirkətlərin müflis olma riskinin dövlət tərəfindən üstlənməsi fikrinin tarixi çox keçmişə gedib çıxsa da, sözügedən teorem və onun adı 1984-cü ildə ABŞ-da meydana çıxmışdır. Teorem 2008 böhranı zamanı gündəmi zəbt etmiş, məşhur iqtisadçılar bəzi bankların bu teoremə əsasən xilas olunmasının vacibliyini bildirmişdir.

Böyük Depressiya sonrası yaranan yeni baxış

Böyük Depressiya sonrasında bankların iflasdan xilas olunması əvəzinə əmanətlərin sığortalanması fikri daha çox rəğbət görürdü. Bu səbəblə də, 1933-cü ildə qəbul olunan Banklar Aktında Federal Əmanətlərin Sığortlanması Korporasiyası adlı dövlət sığorta qurumu yaradıldı. Dövlətin bankları sığortalaması qarşılığında isə bankların nizamlanması və müşahidəsi daha da artırıldı.

Akt, həmçinin depozit bankçılığı (əmanətlərin qəbul olunması və kredit verilməsi) ilə investisiya bankçılığını (investorlara müxtəlif maliyyə məsələləri ilə bağlı məsləhət/yardım və s. ilə məşğul olan bankçılıq) bir-birindən ayırır və yuxarıdakı müddəaları yalnızca depozit bankçılığına aid edirdi. Bu isə öz növbəsində investisiya bankçılığının daha az nizamlanmasına və müşahidəsinə gətirib çıxarırdı. Bununla da, müxtəlif dövrlərdə bu banklarla bağlı ciddi problemlər yarandı.

2008 böhranı

Akt 1999-cu ildə qüvvədən düşsə də, öz təsirini 2008 böhranında göstərə bildi. Böhran zamanı iflasın eşiyinə gələn ən tanınmış 5 bank məhz investisiya bankları idi. Bu banklardan “Bear Stearns” və “Merrill Lynch” çox ucuz qiymətə satılsa da, “Goldman Sachs” və “Morgan Stanley”  “Too big to fail” teoremi gərəyincə iflasları həddən artıq təhlükəli hesab edildi. Federal yardımlar alaraq və idarəetmə strukturuna müəyyən dəyişikliklər edilərək ayaqda saxlanıldı.

Digər bank “Lehman Brothers” isə həddən artıq böyük olmasına baxmayaraq, iflasına icazə verildi. Bu bankın 639 milyard dollarlıq aktivlərinin 619 milyard dolları borcdan ibarət idi ki, bunun da böyük bir qismi toksik borclar idi. Bankın aktivləri 2008-ci ildə bir anda 73 % dəyər itirdi. Bütün bunlardan sonra bəzi iqtisadçılara görə bankın xilasının mümkünsüzlüyü səbəbilə, bəzilərinə görə xilası çətin proses olacağından, bəzilərinə görə isə sırf günah keçisi seçilərək “Lehman Brothers” xilas edilmədi. Bu da “Too big to fail” teoreminin heç də həmişə keçərli olmadığını isbatlayır.

Walmart effekti nədir? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Blackberry geri dönür!

Növbəti yazı

Böyük Liderlərin 10 ünsiyyət sirri

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol