Biznes Fəaliyyətinə görə biznesin növləri istehsal, kommersiya, maliyyə və konsultativ olaraq 4 cür qruplaşdırılır. Bütün bu növlər həm ayrılıqda həm də birlikdə fəaliyyət göstərə bilər.
1. İstehsal biznesi
Biznesin növləri siyahısında istehsal biznesini biznesin aparıcı növü adlandırmaq olar. Burada məhsul istehsalı həyata keçirilir. İnnovasiya və elmi-texniki fəaliyyət, mal və xidmətlərin istehsalı, həmçinin bu sahələrdə informasiya fəaliyyəti istehsal biznesinə aiddir. İstehsal fəaliyyəti ilə məşğul olmağı planlaşdıran biznesmen, hər şeydən əvvəl bilməlidir ki, konkret olaraq hansı əmtəəni yaradacaq, hansı xidmət növlərini göstərəcək, sonra isə marketinq fəaliyyətinə başlamalıdır. Mala təlabatı aşkar etmək üçün o, potensial istehlakçılarla, malların alıcıları ilə, topdan satış və pərakəndə satış ticarət təşkilatları ilə əlaqəyə girir. Biznesmenlə mal alıcıları arasında bağlanmış müqavilə danışıqların rəsmən başa çatmasına xidmət edə bilər. Belə müqavilə sahibkar riskini minimuma endirməyə imkan verir.
2. Kommersiya biznesi
Biznesin bu növü daha çox yayılıb, çünki biznesin bu növünə yol hamı üçün açıqdır, o, tez nəticə verir və çox bilik tələb etmir.
Kommersiya biznesi sabit və etibarlı deyil.
Kommersiya biznesinin fəaliyyət sahəsi əmtəə birjaları və ticarət təşkilatlarıdır. Əmtəə birjası – bu, əmtəənin topdan satış bazarının bir növüdür. Burada əvvəlcədən alıcı tərəfindən əmtəə nümunəsinə baxış keçirilmir və əmtəənin minimal partiyası təyin olunmur. Kommersiya vasitəçiləri və onların qulluqçuları müştərək hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatıları aparmaq üçün könüllü olaraq birləşirlər. Belə birjanın məqsədi azad rəqabəti idarəetmə mexanizimi yaratmaq və onun köməyi ilə tələb və təklifi nəzərə almaqla, real bazar qiymətlərini aşkar etməkdir.
Belə birjalar iqtisadi inkisaf etmiş bütün ölkələrdə uzun illərdir ki, fəaliyyət göstərir. London (qiymətli metal), Liverpul (pambıq), Sinqapur (kauçuk) kimi birjalar buna klassik misal ola bilər.
Faktiki əmtəə təchizatçıları ilə adi ticarət aparmaqla yanaşı əmtəə birjalarında fyuçer sazişi adlanan razılaşma imzalamaq geniş yayılmışdır. Belə sazişlər əmtəəyə görə müqavilədə təyin olunmuş qiymətlə pul məbləğini saziş bağlandıqdan müəyyən müddət sonra ödəmək nəzərdə tutur. Əmtəə birjaları aşağıdakı fəaliyyətləri yerinə yetirir:
– ticarət sazişi bağlanması üzrə vasitəçi xidmətlərin göstərilmasi;
– əmtəə ticarətinin qaydaya salınması, ticarət əməliyyatlarının nizamlanması və ticarət mübahisələrinin həll edilməsi;
– qiymətlər, istehsalın vəziyyəti və qiymətlərə təsir edən başqa amillər haqqında məlumatın toplanması və çap olunması;
Əmtəə birjalarında dövriyyənin böyük hissəsi nəğd əmtəə deyil, gələcək əmtəədən və ya müqavilə üzrə təchizatdan ibarət olur. Əmtəə birjaları qapalı və açıq ola bilər. Qapalı birjaların hərraclarında alıcı ilə satıcı arasında ancaq birja vasitəçiləri – brokerlər iştirak edə bilərlər. Açıq birja hərraclarında müştərilər də iştirak edirlər. Birja əməliyyatlarının xarakterinə görə əmtəə birjaları real əmtəə və fyuçer birjalarına bölünür. Fyuçer birjalarında ancaq fyuçer sazişləri həyata keçirilir.
Hazırda Rusiyada 150-yə yaxın əmtəə birjası fəaliyyət götərir. Moskva və Sankt-Peterburqdan əlavə, belə birjalar ölkənin bir çox iri şəhərlərində də mövcuddur.
3. Maliyyə biznesi
Maliyyə biznesinin əsas fəaliyyət sahəsi kommersiya bankları və fond birjalarıdır.
Kommersiya bankı – pullu əsaslarla kommersiya təşkilatlarına kreditlər verən, depozitlərin qəbulunu həyata keçirən və müştərilərin tağşırığı üzrə digər hesablaşma əməliyyatlarını həyata keçirən səhmdar cəmiyyət tipli maliyyə-kredit müəssisəsidir. Kommersiya bankının gəlir mənbəyi depozitlərin (cəlb olunmuş) və borc vasitələrinin faiz dərəcələri arasıındakı fərqdən ibarətdir.
Kommersiya banklarının əməliyyatları üç qrupa bölünür:
1. Passiv – vasitələrin cəlb olunması
2. Aktiv – vasitələrin yerləşdirilməsi
3. Komisyon vasitəçilik – komissiya haqqı ödənilməklə müştərilərin tapşırığı ilə müəyyən əməliyyatların yerinə yetirilməsi
Fond birjası – müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və arasında tarazlığı əks etdirən təşkilat
4. Konsultasiya biznesi
Biznesin növləri siyahısında gələn konsaltinqin əsas məqsədi biznesə qarşıda qoyduğu məqsədlərə çatmaq üçün kömək əlini uzatmaqdır. Bazarda nəhəng konsaltinq şirkətləri ilə yanaşı, fərdi biznes-konsultantlara da rast gələ bilərsiniz. Onların əsas vəzifəsi – təhlil etmək, problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməkdir. Bununla belə, konsaltinq – pul qarşılığında problemin həll edilməsidir. Hazırda konsaltinq xidmətlərinin əsas növləri aşağıdakılarır:
1. Ümumi idarəetmə və administrasiya
2. Maliyyə konsaltinqi
3. Hüquqi konsaltinq
4. Vergi konsaltinqi
5. Marketinq konsaltinqi
6. IT- konsaltinq
7. Kadrların idarə edilməsi
8. İstehsalat konsaltinqi
9. Qiymətləndirmə fəaliyyəti
Kiçik biznesin inkişafı – markalaşma adlı yazımızı oxumaq üçün bura daxil olun.