• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Biznesdə “sistem” nədir?

Biznesdə “sistem” dedikdə biznesin iş formasını – biznes modelini əmələ gətirən strukturlu proseduralar, proseslər və elementlər nəzərdə tutulur

Gulsum Hashim Gulsum Hashim
İyul 13, 2020
A A
Biznesdə “sistem” nədir?

Sistem nədir? Sistemli biznes necə olur?

Biznesdə “sistem” dedikdə biznesin iş formasını – biznes modelini əmələ gətirən strukturlu proseduralar, proseslər və elementlər nəzərdə tutulur. Məsələn, “satış sistemi” dedikdə satış funksiyasının necə strukturlu və planlı şəkildə təşkil edilməsi nəzərdə tutulur.

Biznesin peşəkar səviyyədə idarə olunması biznesin sistemli olmasını, sistemli şəkildə idarə olunmasını tələb edir. Sistemin güclü olması sistemi dominant edir, fərdləri (insanları) deyil. Misal üçün, həmişə eşidirik ki, ABŞ-da prezident kim olur olsun, dövlətin dayaqları sarsılmaz. Çünki ABŞ-da sistem dominantdır. Biznesdə də belədir.

Yaxşı, biznesin sistemli olması sistemli işləməsi nə deməkdir? Sistemli işləyən biznes necə olur? Həmin biznesi təsvir edək:

– O biznesdə strategiya olur. Aydın yol xəritəsi olur.

– O biznesdə şirkətin korporativ mədəniyyəti olur. Şirkətin korporativ mədəniyyətini formalaşdıran əvəzedilməz dəyərləri olur.

– O biznesdə strategiyadan irəli gələn güclü marketinq sistemi olur. Marketinq sisteminə şirkətin marketinq planı, marketinq alətləri, marketinq büdcəsi, marketinq hesabatlığı və s. daxildir.

– O biznesdə güclü satış sistemi olur. Satış sistemi dedikdə buraya satış işçiləri, effektiv satış prosesi, satış proqnozlaşdırma və planlaşdırma sistemi, satış hesabatlığı, satış işçilərinin bonus sistemi, müştəri portfeli, satış alətləri və s. daxildir.

– O biznesdə CRM strategiyasına əsaslanan, müştərilərlə münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan keyfiyyətli CRM sistemi olur. CRM sisteminə müştəri bazası, CRM proqramı, loyallıq proqramı, müştərilərlə iş qaydası, müştərilərlə iş prosedurları və s. daxildir.

– O biznesdə işçilərin şirkətin hədəflərinə doğru irəliləməsini təmin edən performans menecment sistemi var.

– O biznesdə effektiv və səmərəli biznes model, biznes proseslər  var.

– O biznesdə ən effektiv və səmərəli şəkildə təşkil olunmuş iş strukturu var.

– O biznesdə işçilərin özlərini maksimum rahat hiss etməsinə, bununla da maksimum potensiallarını ortaya qoymasına səbəb olan motivasiya sistemi var.

– O biznesdə şəffaf və ədalətli seçim əsasında qurulmuş, ən yaxşıları komandaya almağa çalışan işəgötürmə sistemi var.

– O biznesdə işçilərin davamlı inkişafına təkan verən təlim və öyrətmə sistemi var.

– O biznesdə məlumatların qəbul edilməsi, emalı və keyfiyyətli qərarvermədə istifadəsini nəzərdə tutan data menecment sistemi var.

– O biznesdə effektiv planlama, hesabatlıq və nəzarət sistemi var.

– O biznesdə yüksək səviyyəli keyfiyyətə nəzarət sistemi var.

Bizim bir çox bizneslərimizdə ciddi idarəçilik problemləri var. Buraya həm ümumi idarəçilik sistemi ilə bağlı problemlər, satışın idarəçiliyindəki problemlər, marketinq problemləri, əməliyyat problemləri, motivasiya ilə bağlı boşluqlar və s. daxildir.

Ümumiləşdirsək, problemlərin əsas kökü sistemsizlikdir. Bizneslərimizin əksəriyyəti sistem üzərində deyil, fərdlərin üzərində yeriyir. Sistemin nə dərəcədə vacib olduğunu bizneslər nəhayət anlamalıdır.

Sistemin olması…

– işlərin planlı olması deməkdir.

– biznesin davamlı nəzarətdə olması deməkdir.

– biznes modelin sağlam olması deməkdir.

– biznes proseslərin effektiv və səmərəli olması deməkdir.

– resursların effektiv və səmərəli istifadə olunması deməkdir.

– görülən işlərin pərakəndə deyil, bir-birini tamamlaması deməkdir.

– itkilərin minimum olması deməkdir.

– qərarların sağlam, rəqəmlərlə əsaslandırılmış olması deməkdir.

– stresin minimum olması deməkdir.

– verilən qərarların ardıcıl olması deməkdir.

Bu siyahını çox uzatmaq olar. Çox önəmli bir məsələ odur ki, biznesdə idarəetmə sistemi “immunitet” yaradır. Sistem güclü olanda kənar təsirlərə qarşı daha dözümlü olursan. Məsələn, böhran vaxtı, iqtisadi təlatümlər vaxtı və s.

Böhrandan söz düşmüşkən, qeyd etməliyəm ki, 2015-ci ildə baş vermiş iki kəskin devalvasiyadan sonra bir çox kiçik və orta bizneslərimiz nəhayət məcburiyyətdən sistemin önəmini anladılar.

 

Mənbə: “Anar Bayramov ilə Biznes idarəçiliyi” kitabı

 

360 dərəcə “Performans dəyərləndirilməsi” adlı yazımıza buradan keçid edə bilərsiniz.

 

Paylaş
Öncəki yazı

“360 dərəcə” Performans dəyərləndirilməsi

Növbəti yazı

Instagram TikTok qadağasını fürsətə çevirdi

Redaktorun seçimləri

startup
Xəbərlər

Yerli Startup-mız Qlobal Yarışmada!

Yanvar 11, 2021
ABŞ-ın Xiaomi-ni qara siyahıya almasına Xiaomi Türkiyədən açıqlama gəldi
Marketinq

Musiqi sektoru marketoloqlar üçün niyə vacibdir?

Yanvar 17, 2021
onlayn
manşet

Onlayn İş Görüşmələrində Tez-Tez Edilən Səhvlər

Yanvar 22, 2021
#3 Data əldə etmək üçün ən yaxşı 10 mənbə
Marketinq

Sosial mesaj verən 7 parlaq gerilla marketinq fikri

Yanvar 11, 2021
PR nədir? PR işləri necə olur?
Xəbərlər

Khan Akademiyası – Elon Musk 5 milyon $ ianə

Yanvar 17, 2021
məşhur
manşet

Dünyasını dəyişdikdən sonra ən çox qazanan məşhurlar

Yanvar 21, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol