Biznes plan gələcəyi proqnozlaşdırmaq üçün universal alətdir. Başqa sözlə desək, biznes plan kritik başlanğıc nöqtəsi və müəssisənin bütün planlı və icraetmə fəaliyyətinin əsasıdır.
Bəs biznes plan nə üçün lazımdır?
Cavab: Biznesin bir zaman aralığında hansı yerə çatacağını bildirsin. Bu zaman isə qarşıya qoyulan məqsəddən asılı olaraq dəyişir.
Biznes plansız biznesin qurulması köksüz ağaca bənzəyir. Bu da onu göstərir ki, plansız qurulan biznes bir müddətlikdir. Biznes plan dedikdə yüzlərlə səhifədən ibarət məqalələr toplusu nəzərdə tutulmur. Bu bir neçə səhifədən də ibarət ola bilər.
Biznes plan qurarkən aşağıdakılara diqqət etmək lazımdır.
- Qısa və yığcam olsun.
- İşin məqsədi açıq göstərilsin.
- Qısa müddət ərzində işin hansı nöqtəyə çatacağını göstərsin.
- Və ən əsası bu biznesdə hansı işlərin görülüb hansı işlərin edilməyəcəyini qeyd etməkdir.
Biznes plan yeni yaradılmış və yeni yaradılacaq müəssisələrdə aparılır. Bu yeni layihənin həyata keçirilməsi üçün planlı iş qrafikidir, desək yanılmarıq. Biznes planında özünə uyğun məqsədləri vardır.
Bunlar aşağıdakılardır:
- Kreditin alınması və sərmayənin cəlb edilməsi.
- Nəzərdə tutulan nəticələrin reallıq dərəcəsində müəyyənləşdirilməsi.
- Şirkətdə işləyən əməkdaşların layihədə nəzərdə tutulmuş keyfiyyət və miqdar göstəricilərini əldə etmək imkanlarına inamı.
Bir şeyi də nəzərinə çatdırmaq istərdim ki, biznesi qurarkən biznes planlı başlamaq plansız başlamaqdan 2.5 dəfə irəlidə olduğunu göstərir. Yəni plansız biznes qurmaq bir biznesin bir müddətlik olduğunu göstərir.
Biznes planın strukturu dedikdə onun tərkibində olan planlamanın tərkib hissələri nəzərdə tutulur. Bunlar isə həm dəyişdirilə həm də artırıla bilər.
Biznes planın strukturu aşağıdakılardır:
1. Titul vərəqi
2. Mündəricat
3. Məxfilik haqqında memorandum
4. Biznes planın xülasəsi
5. Şirkət haqqında məlumat
6. Məhsul
7. Bazar təhlili
8. Həyata keçirmə planı
9. İstehsal planı
10. İdarəetmə ( Menecment)
11. Maliyyə planı
12. Risklər
13. Əlavələr
Bunların hər biri ayrılıqda bir mövzudur, desək yanılmarıq. Biznes planı sahibkarın özü tərəfindən də və ya bunu hazırlayan peşəkar şirkətlər tərəfindən də tərtib etmək olar. Amma bunu sahibkarın özünün yazması daha məqsədəuyğundur. Çünki bunu yazarkən sahibkar öz işinin nə dərəcədə olduğunu anlayır. Biznes plan qurarkən sahibkar elə düşüncə tərzi qurmalıdır ki, əməkdaşlar burda bir müddət gəlirsiz də olsalar işləsinlər. Yəni bu onu göstərir ki, əməkkdaşların da bu işə marağı olsun və bu işi görməkdə həvəsli olsunlar. Bunu etmək sahibkara əməkdaşlarıyla bağlılıq və birlik yaradır. Yalnız bu zaman biznes planlı və bağlılıq şəklində olacaqdır. Bunun nəticəsini isə əminliklə söyləyə bilərəm ki, qısa zamanda bəhrəsini verəcəkdir. Plansız biznes bünövrəsiz ev kimidir. Biznesə başlayarkən planını qurmağı unutmayın.