Texnologiya sahəsindəki iki nəhəng sahibkar, Bill Gates və Steve Jobs-un öz inkişaf etdirdikləri məhsullarla uşaqlarının nadirən oynamağına icazə verdiklərini bilirdinizmi?
Bill Gates, texnologiyanın şagirdlər üçün əyləncə vasitəsi kimi deyil, özlərini inkişaf etdirmələri üçün faydalı bir qaynaq olduğunu düşünür. Artıq psixoloqlar gənclərin beyinləri üçün smartfonların nə qədər təhlükəli olduğunu dərk etməyə başlayırlar. Aparılan araşdırmalara görə, səkkizinci sinifə gedən şagird mütəmadi olaraq sosial mediadan istifadə edərkən, depresiyaya düşmə riski 27% artır. Və gündə üç saatdan çox telefonda vaxt keçirən uşağın intihar etməsi ehtimalı yüksək olduğu bildirilir. Bundan əlavə, araşdırmalar gənc yaşda intihar nisbətinin digər yaşlarda intihar nisbətini üstələdiyini söyləyir. Son araşdırmaya görə, bir smartfonun istifadəsi təhlükəsi ən azı on il və ya daha çox gündəmdə olacaq.
Texnologiya sahəsindəki iki nəhəng sahibkar, Bill Gates və Steve Jobs-un öz inkişaf etdirdikləri məhsullarla uşaqlarının nadirən oynamağına icazə verdiklərini bilirdinizmi?
Bəs sizcə: “Bu iki böyük ad məhsullarıyla bağlı müştərilərinin bilmədiyi nəyi bilirlər?” Əslində, cavab çox sadədir, ətrafımızda tez-tez gördüyümüz kimi “texnologiyanın asılılıq gücünü”.
“Uşaqlarımızın evdə texnoloji cihazlardan istifadə etməyini məhdudlaşdırırıq.”
2007-ci ildə Microsoft-un keçmiş baş direktoru Bill Gates verdiyi müsahibədə qızının kompüter oyununa bağlanıb necə sağlam olmayan davranışlar göstərdiyindən bəhs edir. Bu gün edilən araşdırmaya baxanda uşaqların cib telefonuna sahib olma yaşı sadəcə 10-dur.
Digər tərəfdən məşhur sahibkar Gates, uşaqlarının ekrana baxaraq vaxt keçirmələrinin zərərlərindən qorxuğu üçün 14 yaşına qədər cib telefonu almadıqlarını söylədi.
Digər tərəfdən, Apple şirkətinin icraçı direktoru və 2012-ci ildə vəfat edən Steve Jobs 2011-ci ildə New York Times qəzetinə verdiyi müsahibədə uşaqlarına yenicə buraxılmış iPad-dən istifadəsini məhdudlaşdırdığını bildirdi: “Uşaqlarımızın evdə nə qədər texnoloji cihazlardan istifadə edəcəyini məhdudlaşdırırıq.”
Silikon Vadisindəki texnologiya sənayesinin mərkəzində texnologiya istehsal edən və inkişaf etdirən sahibkarlar; smartfonlar, planşetlər və kompüterlərin asılılıq gücünü xalqdan daha çox bilirlər. Nəticə etibarilə, müasir məktəbdə oxuyan bütün uşaqların iPad kimi texnoloji cihazlardan istifadə etməli olduğunu nəzərə alsaq, Steve Jobs-un uşaqlarının bu cihazları digər uşaqlara nisbətən daha az istifadə etdiklərini bilmək çox maraqlıdır.
Jobs-un uşaqları indi məktəbi bitirdilər. Ancaq Steve Jobs-un uşaqları bu gün orta bir şəraitdə bir Amerikan məktəbində oxusaydılar, sinifdə evdə istifadə etdiklərindən daha çox texnoloji cihazlardan istifadə edərdilər.
Əlbəttə ki, bu, heç olmasa orta şəraiti olan bir məktəb üçündür. Məsələn, Silikon Vadisində təhsil haqqında fərqli bir anlayış qəbul edən məktəblərdən biri olan Waldorf məktəbi texnologiyadan çox uzaqdır. O qədər çox ki, hələ də məktəbdə taxta löhvə və təbaşirdən istifadə olunur. Uşaqlar məktəbdə kodu necə öyrənməyin əvəzinə məktəbdə hörmət və komanda ilə işləməyi öyrənirlər. Brightworks Məktəbində isə uşaqlar yaradıcılığı bir şeylər inşa edərək və ağac evlərdə edilən dərslərdə öyrənirlər.
Mənbə: www.yeniisfikirleri.net
Stiv Cobs – bir dahidən dərslər adlı yazımızı oxumaq üçün bura daxil olun.