• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

B2B brendin tanınma səviyyəsini ölçmək üçün 5 KPI

Güclü brend tanınması olan şirkətlər qısa müddətdə gəlir artımından və daimi alıclardan faydalanırlar, çünki insanlar tanıdıqları və etibar etdikləri markalardan alış-veriş etməyi üstün tuturlar. Bu yazıda brend tanınmasını ölçmək üçün ən yaxşı beş KPI-ni nəzərdən keçirəcəyik, beləliklə brend tanınma hədəflərinizi necə izləyəcəyinizi və cəhdlərinizi nə vaxt tənzimləyəcəyinizi daha yaxşı başa düşə bilərsiniz.

Roman Gasimov Roman Gasimov
May 2, 2020
A A
3D qapı tutqacları

Brendin məşhurluğu B2B şirkətlərinə və marketoloqlara çatmaq istədikləri izləyici auditoriyası və potensial müştərilərin onların markalarını, spesifik məhsullarını və ya xidmətlərini nə qədər yaxşı bildiklərini anlamağa imkan verir. Brend məşhurluğu alıcılar üçün vacib bir hissə olsa da, bəzən qiymətləndirilmir, çünki tam olaraq qavranması və ölçülməsi çətin ola bilər. Güclü brend tanınması olan şirkətlər qısa müddətdə gəlir artımından və daimi alıclardan faydalanırlar, çünki insanlar tanıdıqları və etibar etdikləri markalardan alış-veriş etməyi üstün tuturlar. Bu yazıda brend tanınmasını ölçmək üçün ən yaxşı beş KPI-ni nəzərdən keçirəcəyik, beləliklə brend tanınma hədəflərinizi necə izləyəcəyinizi və cəhdlərinizi nə vaxt tənzimləyəcəyinizi daha yaxşı başa düşə bilərsiniz.

I – Birbaşa hərəkət

Birbaşa  hərəkət insanların veb saytınıza daxil olmaq üçün URL-nizi axtarış yerinə bilərək yazdıqlarına istinad edir. Veb saytınızın aldığı birbaşa hərəkət (direct traffic) miqdarı marketinq kampaniyalarınızın insanlara veb saytınızı ziyarət etmək üçün necə təsir etdiyini ölçmək üçün əla bir yoldur.

Birbaşa hərəkətdə bir artım görsəniz, bu markanızın tanınma səviyyəsinin artdığını göstərir.

II – Axtarış həcmi

Brendinizin məlumatlılığının başqa bir əsas perfomans göstəricisi(KPI) axtarış həcmi ilə bağlıdır. Bu, insanların markanın adını, məhsullarını, veb saytını və ya blogunu neçə dəfə axtarış etdiklərini göstərir. Brendinizin axtarış həcmini izləmək üçün istifadə edə biləcəyiniz ən yaxşı vasitələrdən biri Google Axtarış Konsoludur. Bu, aşağıdakıları görməyə imkan verir:

⚫ İstifadəçilər markanızı tapmaq üçün hansı açar sözlərdən istifadə edir;

⚫ Bu açar sözlər neçə dəfə axtarılıb;

⚫ İstifadəçilər markanızı hansı sıxlıqda axtarır.

Əgər insanlar markanızın mövcudluğundan xəbərsizdirlərsə, axtarış edə bilməzlər. Nəzəri cəhətdən, markanıza və ya məhsullarınıza edilən axtarışların sayı artırsa, markanızın tanınması da artır

III – Səsin paylaşımı

Səsin paylaşımı rəqiblərinizlə müqayisədə markanızın sahib olduğu bazarın faizinə istinad edir. Bu, brend tanınma səviyyənizi ölçmək və sənayenizdəki danışıqlara nə qədər təsir etdiyinizi müəyyənləşdirmək üçün başqa bir yoldur.

Sənayenizdə səs paylaşımı çoxluq təşkil edirsə, ehtimal ki, rəqiblərinizdən daha çox nüfuz və populyarlıq qazanacaqsınız.

Səs payının hesablaması asandır: Brendinizi təmsil etmək üçün seçdiyiniz metriki sənayenizdəki toplam saya bölün. Bu nəticəni 100-ə vurduqda bu metrik üçün sahib olduğunuz səs paylaşımı faizini əldə etmiş olacaqsınız.

IV – Sosial mediada brendinizin təsirini ölçmək 

Brendinizin sosial mediaya təsirini ölçmək istəyirsinizsə, bəyənmələr, şərhlər və paylaşımlar kimi qarşılıqlı təsir ölçümlərinə diqqət yetirə bilərsiniz. Sosial media ölçümləri məzmununuzun izləyiciləriniz tərəfindən necə qəbul edildiyi barədə fikir verəcək ki, bu da brend tanınmanız üçün yeni ideyaların yaranmasına səbəb ola bilər.

Platformaların özləri tərəfindən verilmiş anlayışlara diqqət yetirməklə şirkətinizin sosial mediaya çatması barədə daha aydın bir şəkil əldə edə bilərsiniz.

Məsələn, Instagram-da bir iş hesabınız varsa, hər bir yazılarınızın neçə nəfərə çatmaq imkanına malik olduğunu dəqiq görə bilərsiniz. Sonra hansı növ yazıların daha çox insana çatdığını dəqiq biləcəyiniz üçün bu məlumatları kampaniyalarınızın irəliləməsi üçün istifadə edə bilərsiniz.

V – İstinadlar

Son KPI olaraq, istinadlar internetdə brendinizdən neçə dəfə bəhs olunduğunu göstərir. Onlar bu şəkildə ola bilər:

⚫ Məqalələr;

⚫ Sosial mediada etiketlər;

⚫ Brendinizdən şərhlərdə bəhs olunması;

⚫ Unikal hashtag-larınızı postlarında istifadə edən insanlar.

Brendinizin qeydlərini tapmaq üçün əla bir yol izləmək üçün sosial media idarəetmə vasitəsindən istifadə etməkdir. Brendinizin istinadlarını izləməklə, markanızdan neçə nəfərin xəbərdar olduğu barədə daha yaxşı bir fikir əldə edəcəksiniz. Hətta hər bir istinadın rəyini izləyə və bu informasiyaları gələcəkdə marketinq kampaniyalarını, müştəri dəstəyini, həmçinin məhsulları və ya xidmətləri məlumatlandırmaq üçün istifadə edə bilərsiniz.

Bu gün markanızın tanınmasını ölçməyə başlayın.

Brendinizin məşhurluğu və ya onun olmaması markanızın qavrayışına, gəlirə və ümumi marketinq cəhdlərinizə birbaşa təsir edə bilər.

Bu 5 KPI-yə diqqət yetirin və hədəf auditoriyanızın markanızdan nə dərəcədə xəbərdar olduğunu daha yaxşı təsəvvür etmək üçün qeyd olunan vasitələrdən istifadə edin. Tezliklə şirkətinizin unikal üstünlüklərini tanıyan, məhsul və ya xidmətlərinizə üstünlük verən sadiq bir auditoriyaya sahib olduğunu görəcəksiniz.

SEO -da ən son yeniləmə nədir? haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.

Paylaş
Öncəki yazı

Marketinq tədbirləriniz ləğv edildikdə nə etməlisiniz?

Növbəti yazı

Rəqəmsal marketinq üçün KPI-lar seçmək

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol