• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone #Evdəqal
Nəticə yoxdur
Bütün nəticələri göstər

Azərbaycan Bankları Korona müddətində

Azərbaycan Bankları tərəfindən Korona ilə mübarizəyə dəstək - Sektor Araşdırması

Səfiyyə Babazadə Səfiyyə Babazadə
Aprel 15, 2020
A A
Azərbaycan Bankları Korona müddətində

2019-cu ilin son ayında ortaya çıxan koronavirus, insanların səhhətini təhdid etməklə yanaşı, həm onların, həm də ölkələrin iqtisadiyyatı üçün ciddi bir problem yaratmaqdadır. Hökümətlər bu virusun iqtisadiyyata olan mənfi təsirlərinin qarşısını almaq üçün bir sıra tədbirlər görür. Ölkəmizdə gedən fəaliyyətlərə həm fiziki, həm də hüquqi şəxslərdən dəstək gəlməkdədir. Azərbaycan Bankları da virus ilə mübarizəyə qoşulanlar sırasındadır.

Bu araşdırmada iqtisadiyyatda mühüm rola malik olan bank sektorunun necə davrandığını, nə cür addımlar atdığını, müştəriləri və ölkədə gedən yardım faəliyyətləri üçün nələr etdiyini ortaya çıxarmağa çalışdıq.

Araşdırmada 28 bank yer almışdır. İlk öncə bu bankların aktivlərinə, kapitalına və Koronavirusla Mübarizəyə Dəstək Fonduna etdikləri ianə rəqəmlərinə baxaq. Qiymətlər Azn olaraq ifadə edilmişdir.

Bankların siyahısı Aktivləri Kapitalı Fonda İanə miqdarı
Access Bank 897milyon 94milyon 250.000
AFB Bank 574milyon 79milyon  
AG Bank     100.000
Amrah Bank 209milyon 8.8milyon 200.000
Ata Bank 532milyon 137milyon 100.000
Azerturk Bank 347milyon 55milyon 100.000
Azərbaycan Beynəlxalq Bank 9milyard 1.3milyard 2.000.000
Premium Bank 642milyon 127milyon 500.000
Azərbaycan Sənaye Bankı 916milyon 97milyon 250.000
Bank BTB     150.000
Gunay Bank 215milyon 64milyon 100.000
Kapital Bank 4,4milyard 470milyon 500.000
Muğan Bank 660milyon 87milyon 200.000
Naxçıvan Bank 232milyon 83milyon 50.000
NBC Bank 323milyon 59,7milyon 100.000
Pakistan Bank 10milyon 9,7milyon  
Bank Respublika 1,4milyard 77,8milyon 200.000
Express Bank 33,8milyon 114milyon 150.000
Bank of Baku 381milyon 64milyon 150.000
VTB Bank 157milyon 60milyon  
Xalq bank 2,4milyard 419milyon 500.000
Paşa Bank 4,7 milyard 475milyon 500.000
Rabitə Bank 730milyon   150.000
Turan Bank 489milyon 74milyon 100.000
Unibank 752milyon 111milyon 220.000
Yapıkredi 517milyon 58milyon  
YeloBank 484milyon 67milyon 150.000
Ziraat 227milyon 67milyon 25.000

Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən dəstəklərdən əlavə, bəzi banklar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yaradılan Özünüməşğulluq proqramına da dəstək verərək orada yer almışlar. Hələ ki, 8 bankın bu proqrama dəstək olduğu bilinir. Bunlar:

 

  1. Azərbaycan Beynəlxalq Bank
  2. Kapital Bank
  3. Paşa Bank
  4. Access Bank
  5. Bank Respublika
  6. Rabitəbank
  7. Turan Bank
  8. Yelo Bank

 

Özünüməşğulluq proqramı – “Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.  Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.”

Bilindiyi kimi, koronavirusun qarşısının alınması məqsədilə ölkəmizdə aprel ayının 20-nə qədər karantin rejimi tətbiq edilib. Bu vaxt ərzində bir çox firma və banklar da öz fəaliyyətlərini buna uyğunlaşdırmışdır. İş saatlarında elastikliyi artıran banklar, bir çox iş sahəsini evdən (remote) işlə əvəzləmişdir.

Rəqəmsal mediada da öz varlığını göstərən banklar, orada gedən trendlərdən də geri qalmamışdır. Xüsusən #Evdəqal kampaniyasına bir çox bank qoşulmuşdur. Bəziləri postlarla, bəziləri videoçarxlarla rəqəmsalda da trenddən geri qalmamışdır. Demək olar ki, araşdırmada yer alan bankların hamısı rəqəmsal mediada bu vaxt ərzində uğurlu və aktiv fəaliyyət göstərmişdir.

Əsas məsələ Bankların öz müştərilərinə qarşı aldıqları qərarlardır. Bu vaxt ərzində qeydə alınan və ən çox tətbiq edilən kampaniya bitən kartların müddətlərinin 3 ay ödənişsiz şəkildə uzadılması olmuşdur. Qeyd edəcəyimiz banklar bu kampaniyanı həyata keçiriblər.

 

  • AFB Bank
  • Amrah Bank
  • AG Bank
  • Azərbaycan Beynəlxalq Bankı
  • Bank BTB
  • Gunay Bank
  • Naxçıvan Bank
  • NBC Bank
  • Express Bank
  • VTB Bank
  • Xalq Bank
  • Paşa Bank
  • Rabitə Bank

 

Edilən kampaniyalar arasında biri xüsusi diqqət çəkmişdir. Access Bank 65 yaş və üzəri olan müştərilərinə özəl xidmət göstərməkdədir. Sadəcə bir zənglə bir sıra bank xidməti o müştərilər üçün evdən çıxmadan yerinə yetiriləcək.

Bank müştəriləri üçün ən əsas məqamlardan olan kredit ödənişləridir. Bəzi banklar kredit ödənişləri üçün bir sıra qərarlar alıblar. Bunlar kreditləri ləğv etmə və ya təxirə salmaq kimi deyil. Aşağıda qeyd edəcəyimiz banklar, kredit borcunu ödəməyə çalışan müştərilərə qarşı fərdi dəstək göstərəcəklər. Kreditini ödəməyə çətinlik çəkən şəxslər, bankları ilə əlaqəyə keçərək fərdi dəstək ala bilirlər. Bunlara gecikməyə qarşı olan faiz borcunun yazılmaması, müddətin uzadılıb, məbləğin azaldılması kimi addımlar daxildir. (Access Bank, xarici valyutada olan kredit borcunu, milli valyutaya çevirmə imkanı da təqdim edir) Bunlar sabit deyil, çətinlik yaşayan müştərilərlə fərdi şəkildə müəyyən ediləcək. Bu banklar:

  1. Access Bank
  2. Bank BTB
  3. Rabitə Bank

Bəzi banklar isə bu haqda düşündüklərini, ancaq hələ qərar verilmədiyini bildiriblər. (Məsələn, Turan Bank, AFB Bank və s.)

Bankların veridiyi əsas xidmətlərdən biri də İpoteka ilə bağlıdır. Qeyd etdiyimiz sadəcə AG Bank, ipoteka ödənişləri ilə bağlı bir sıra yüngülləşdirici tədbirlər alıb. Gecikmələrə qarşı əsas məbləğə tətbiq edilən faiz bu müddət ərzində ləğv olunmuşdur.

 

Bir sıra bank əlavə olaraq biznes kreditlərinə qarşı da addımlar atmışdır. NBC Bank, Kiçik və Orta biznes kreditlərində cərimə faizini dayandırır. Bank of Baku, biznes sahiblərinə 3 ay elektron kommersiya xidmətini pulsuz təklif edir. Son olaraq Paşa Bank, Biznesin davamlılığını dəstəkləmək və ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədilə ticarət mərkəzlərinin kirayəçilərinə 2020-ci ilin Mart və aprel aylarının kirayə haqqları üzrə endimlər edəcəkdir.

 

Digər bir kampaniya isə Pos terminallarda nəğdləşdirmə zamanı kommisiya haqqının tutulmamasıdır. Bu banklar:

 

  1. Access Bank
  2. Amrah Bank
  3. Kapital Bank

 

Bunlara əlavə olaraq, bəzi banklar fərqləndirici və xüsusi addımlar atmışdır. Misal olaraq, Azərbaycan Beynəlxalq Bankı 7 Aprel tibb işçiləri münasibətilə onlara bir sıra bank xidmətini ödənişsiz etmişdir. Əlavə olaraq oradan pensiya alanlar, 2 ay ərzində bütün bankların bankomatlarından və azrpoçt filiallarından əldə edə biləcəklər. Express Bank və VTB Bank rəqəmsal mediada paylaşaraq, maddi vəziyyətinə görə çətinlik çəkən bir çox ailəyə dəstək olublar.

 

Qısaca koronavirus vaxtında Azərbaycan banklarının bəzilərini gözdən keçirdik. Hansı tədbirlər alınıb və nələr düşünülür. Ancaq, bu araşdırmaya görə 2 əsas məqamı sizlərə çatdırmaqda fayda vardır.

  1. Statistik məlumatlar, bankların yayınladığı son nəticələrə əsasən tərtib edilmişdir. Araşdırma müddətindən sonra bu rəqəmlərin dəyişməsi mümkündür.
  2. Edilən kampaniyalar və onların detalları dəyişə bilər, əlavə oluna və ya ixrac oluna bilər. Qeyd etdiyimiz banklara əlavə olaraq digər banklar da yeni qərarlar almış ola bilər. Bu səbəbdən bilməliyik ki, araşdırma nəticələri araşdırma zamanında əldə olunan məlumatlara əsasən tərtib edilmişdir.

 

Araşdırmada yer alanlar: Natavan Həsənli, Şamil Abdukərimov, Əmrəli Əlyesa.

Neft barədə gözlənilən razılaşma haqqında məlumat almaq üçün buraya klikləyin.

Paylaş
Öncəki yazı

Apple kiber hücumun hədəfi oldu!

Növbəti yazı

500 mindən çox Zoom hesabı “Dark Web”-ə satıldı!

Redaktorun seçimləri

“Xızır Baba təqaüdü” – Müraciət başladı
manşet

“Xızır Baba təqaüdü” – Müraciət başladı

Fevral 8, 2021
İnsan davranışına aid 10 marketinq prinsipi
Brend

İnsan davranışına aid 10 marketinq prinsipi

Fevral 4, 2021
Expargo -dan Şok Mesaj!

Danimarkalıların Xoşbəxtlik Sirri – Arbejdsgleode

Yanvar 31, 2021
Dünya Səviyyəsində Musiqilər Dinləyə Biləcəyiniz 6 Proqram
Xəbərlər

Apple Amazon-u keçib dünyanın ən dəyərli markası oldu

Yanvar 28, 2021
Barter Sistemi Nədir?
Xəbərlər

Expargo -dan Şok Mesaj!

Yanvar 31, 2021
Serialı
manşet

2020-ci İlin Ən Yaxşı 10 Serialı!

Fevral 23, 2021

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Bütün xanalar doldurulmalıdır Daxil ol

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol