Qələndər Məmmədli

Qələndər Məmmədli

1993-cü ildə Məhsulun həyat əyrisinin ilk mərhələsinə başlayaraq Azerbaycanda bazara girmiş oldum. Böyümə müddətini sakit keçirdikdən sonra, UNEC Türk Dünyası İşletme Fakültesinə daxil oldum və bu yetkinlik zamanım üçün ilk qapını araladı. Ölkə bazarına uyum baş tutduqdan sonra beynəlxalq bazara açılmaq qərarına gəldim və Türkiyənin Dövlət Universiteti olan Marmara Univeristetində Marketinq üzrə magistraturaya qəbul oldum. Bazarda yetkinlik müddətini uzadıb, mütəmadi olaraq insanlar üçün dəyər yaradacaq faydalar ortaya qoymaq əsas məqsədimdir. Hazırda UNEC TUDİFAK və SABAH Qruplarında akademik fəaliyyətim davam edir. Düşünürəm ki, müəllimsənsə öyrənmək istəyən hamı tələbən ola bilər. Ona görə də "Markzone" platformasını sizə təqdim edirəm.

Brend Personası olaraq, idealist, qəti, səmimi və yardımsevər biri olduğumu mütəxəssislər deyir. Oğuz Atayın tərcüməsiz verilməli olduğunu düşündüyüm, bu söz isə əsas şüarımdır.

“Seviyorum sizleri insan kardeşlerim .Durup dururken seviyorum işte .Sevip duruyorum.Kollarımı açıp bütün insanlığı kucaklıyorum.”

Redaktorun seçimləri

Xoş gördük!

Hesabınıza daxil olun

Yeni hesab yarat!

Qeydiyyat üçün aşağıdakı xanaları doldurun!

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın