Audi, Artemis layihəsi ilə birinciliyi hədəfləyir!
Teslanın uğurlu işlərindən sonra demək olar ki, bütün avtomobil istehsalçılarının elektrikli maşın sektoruna baxış çərçivəsi dəyişdi. Volkswagen-nin avtonom idarəetmə sistemindən məsul şəxs olan Alex Hitzinger, Audi-nin Artemis layihəsi üçün rəhbər təyin edildi.
Hitzinger-in, Volkswagen şirkətlər qrupuna aid olan digər şirkətlərin qaynaqlarından və texnologiyalarından yararlanmasının təmin edilməsini açıqlayan rəhbər şəxslər, Audi-nin yeni layihə ilə birlikdə elektrikli avtomobil mövzusunda lider olmaq istədiklərini bildirdi.
Audi-nin Artemis layihəsinin 2024-cü ilə qədər çatdırılacağını söyləyən rəhbər şəxslər, istehsal edəcəkləri avtomobilin yüksək səmərəli olacağını xüsusi ilə vurğuladı. Komandanın yeni bir ekosistem üzərində işləyəcəyini və bunun nəticəsində bütün istifadə ssenarisi üçün fərqli iş şəraiti yaradacaqlarını açıqlayan rəhbərlik, günümüz standartlarının çox üst səviyyəsində avtomobil istehsal edəcəklərini açıqladı.
Tesla, hal-hazırda mövcud olan internet üzərindən yenilənmə, maşını avtoparkdan avtomatik şəkildə çıxarmaq kimi xüsusiyyətlərini düşündükdə, digər şirkətlərin bu mövzuda biraz daha çox cəhd etmələri lazım olacaq.
Şirkət, avtomobillərini hansı platforma üzərindən inkişaf etdirəcəyini hələ açıqlamayıb. Ancaq, daha əvvəl inkişaf etdirilən elektrikli avtomobil platformalarından MLB evo platformasından istifadə ediləcəyi təxmin edilir.
Audi CEO-su Markus Duesmann, “2029-cu ilə qədər ümumilikdə 75 ədəd elektrikli avtomobil modeli inkişaf etdirməyi planlayırıq. Volkswagen Grup olaraq bu mövzuda mövcud layihələrimizi dayandırmadan avtomobil bazarındakı yeni fürsətləri dəyərləndirmək üçün işlərimizi incəliklə həyata keçiririk” dedi.
Tesla şirkətinin qurucusu Elon Musk-ın uğurunun sirləri ilə bağlı yazımız üçün klikləyin.
Mənbə: shiftdelete.net