Yeni hazırlanmış modelləri daha kiçik və ucuz etdilər və simsiz sərbəst hərəkət etməyimizə imkan yaratdılar. Sırada gerçəklik və virtuallıq arasındakı bu sərhədin daha da incəlməsinə səbəb olacaq genişləndirilmiş reallıq eynəkləri var.Apple Glass çıxış tarixi, qiyməti, xüsusiyyətləri və daha çoxu!
Apple Glass, geyilə bilən texnologiyasını yenidən təyin etməyə hazırlaşır.
Bu günə qədər Apple Glass haqqında bildiklərimiz
Şayiələri ilk eşitdiyimiz zaman, 2020-ci ildə linzaların buraxıla biləcəyi barədə şayiələr yayılmışdı. Bununla birlikdə, Apple’ın 2020 seriyasında iPhone 12, Apple Watch 6, AirPods Studio kimi çox məhsullar yer aldığından, Apple-ın yaxın gələcəkdə virtual reallıq eynəkləri buraxması çətin görünürdü. Etibarlı bir analitik, Apple Glass-ın 2021-ci ildə çıxacağını düşünsə də, başqa bir mənbə bunun 2022-dən əvvəl açıqlanmasının çətin olduğunu söyləyir. Ancaq hər iki vəziyyətdə də, Apple Glass-ın gələcəkdə bizimlə olacağı dəqiq görünür.
Apple Glass’ın iOS 13 son versiyasında ortaya çıxan xüsusi bir əməliyyat sistemi olan Starboard infrastrukturu ilə işləməsi gözlənilir. Bəhs etdiyimiz əməliyyat sisteminin alt quruluşunda genişlənmiş gerçəkliklə əlaqəli kodların olması diqqət çəkici bir detaldır. Apple-ın onsuz da kodlar verərək bir növ test etdiyini düşünürlər.
Apple Glass xüsusiyyətləri; Əslində nə edəcəklər?
Bloomberg hesabatına görə, Apple Glass iPhone’unuzdakı məlumatları üzünüzə gətirəcəkdir. Xüsusilə eynəklər istifadəçinin iPhone cihazı ilə sinxronlaşdırılacaq və şəxsin baxış sahəsindəki sms, e-poçt, xəritələr və oyunlar təqdim ediləcək. Apple’ın üçüncü tərəf tətbiqetmələri üçün də bəzi planları var, eynən Apple TV və Apple Watch kimi bir tətbiq mağazasının da yalnız bu cihaz üçün istifadəsi gözlənilir. Ən son Apple Glass prototipinin sadə görünüşlü bir plastik eynək kimi göründüyü bildirildi.Eynəklərin sağ tərəfində bir LiDAR skaneri var, dizaynın dəyişə biləcəyini unutmayaq, göründüyü kimi gizlilik səbəbi ilə başqa bir kamera yoxdur. Həm də simsiz şarj texnologiyasına sahib plastik bir dayaqla gəlir.
Bir iphone aksesuarı olmağı mütləq Apple Glass dizaynına təsir edəcəkdir. Ray-Ban eynəyi qədər yüngül olmasa da gündəlik istifadəsində problem yaratmayacaq qədər rahat və faydalı olması gözlənilir. Məhsulun ilk seriyasında istifadəçilərə rəng seçimlərinin təklif edilməsi gözlənilmir. Lakin məhsul uğurlu olarsa, gələcək nəsillərdə rəng seçimini təqdim etmək Apple tərəfindən düşünülən bir seçimdir.
Apple Glass Qiymətləri necə olacaq?
Etibarlı bir mənbəyə görə Apple Glass 499 dollar + vergilərlə qiymətləndiriləcək. Xüsusilə Microsoft Hololens 2-nin 3500 dollarlıq qiyməti ilə müqayisədə Apple Glass, rəqabət edən virtual reallıq eynəklərindən daha əlverişli bir qiymətə satışa çıxarılacaq.
“Apple avtomobilini kiminlə istehsal edəcək?” adlı yazını oxumaq üçün linkə keçid edin.