Facebook 2019-cu ildə dünyanın ən nüfuzlu CMO-lardan biri kimi tanınan və marketinq sənayesində müxtəlifliyi dəstəkləyən, güclü bir nüfuz quran Forbes adlı marketinq rəhbərini itirdi. Daha sonra Facebook istehlakçılar, reklamçılar və tənzimləyicilər arasında imici ilə bağlı böyüyən problemlərlə üzləşdikcə bununla bağlı xəbərlər yayıldı.
İyul ayında Facebook bir reklamçının boykot hədəfi oldu. Bir neçə vətəndaş hüquqları qrupunun rəhbərlik etdiyi “Qazanc üçün nifrəti dayandırın” kampaniyası marketoloqlardan platformanın nifrət nitqinə dair siyasətinə etiraz etdi. Bunun üçün Facebookdakı reklamların dayandırılmasını istədi. Tədqiqatçı Piplsay tərəfindən aparılan bir araşdırmaya görə amerikalıların yarısından çoxu (58%) boykotun ədalətli olduğunu, yalnız 40% isə hərəkətin şirkətdə “etibarlı bir dəyişikliyə” səbəb olacağını söylədi. O vaxtdan bəzi reklamçılar Facebook-a qayıtdı, bəziləri isə təzyiqləri davam etdirmək üçün başqa yerdə səy göstərməyə davam etdi.
Eyni zamanda Facebook onun çox böyük təsirindən narahat olan tənzimləyicilər tərəfindən də artan təzyiq altındadır. Wall Street Jurnalına istinadən bu cəbhədəki son hadisələrdə qurucu Mark Zukerberq yaxın zamanlarda Federal Ticarət Komissiyası tərəfindən ABŞ-ın trestlər əleyhinə qanununun mümkün pozuntuları ilə əlaqədar sorğuya alındı.
Facebook-un reklam gəlirlərinin artması koronavirus pandemiyasının iqtisadiyyata və marketinq səylərinə məhv edici təsirinə görə azalmışdır. Buna baxmayaraq şirkət geniş reklamçı çevrəsi arasında nisbətən möhkəm qalmışdır.
Gəlir bir əvvəlki ilin II rübündə 11% artaraq 18.7 milyard dollara çatdı, bu, əvvəlki rübdəki 17% artımdan daha yavaş idi. Lakin pandemiya zamanı “Evdə qal” şüarı dilimizə gələndən daha çox insan sosial mediaya gəldiyi üçün şirkətin gündəlik aktiv istifadəçiləri (DAUs) 15% artaraq 2.47 milyarda çatdı.
Wall Street Jurnalının keçən ilki məlumatına görə Facebook-da olarkən Lusio şirkətlə işləyən reklam agentliklərindən daha çox qadın, rəngli və müxtəlif cinsi yönümlü insanlardan ibarət komandaların olmasını tələb etdi. O, şirkətin yenilik və fərqliliklərə açıq olduğunu və bunun üçün səylərini davam etdirdiyini söylədi. Fərqliliyə dair maraq HP şirkətində də oxşar səylərə səbəb oldu. Bunun ardından şirkət reklam agentliklərindən daha çox qadın və azlıqların işə götürülməsini tələb etdi.
Lusio eyni zamanda Facebook-un fevral ayında ilk Super Bowl reklamı kimi yüksək səviyyəli təqdimat səylərinə də nəzarət etmişdi. Sosial şəbəkə vasitəsilə müəyyən insanlarla ortaq maraqlar haqqında ünsiyyət qurma xüsusiyyəti olan Facebook Qrupları üçün reklamda komediya aktyorları Kris Rok və aktyor Silvester Stallon da yer aldı.
Mənbə:
“Facebook və Spotify-dan Epic Games-ə dəstək” adlı məqaləmizi oxumaq üçün buraya klikləyin.