Forbes jurnalı, Türkiyənin ən zəngin 100 biznesmenin siyahısını açıqladı. Fənərbaxça prezidenti və Koç Holdinq idarə heyətininin sədr müavini olan Ali Koçun, 2018-ci ildə Fənərbaxça klubu prezidenti seçildiyi zaman 850 milyon dollar olan sərvəti, 2020 ilində 150 milyon dollar azalaraq 700 milyon dollar olmuşdur. Fənərbaxça prezidenti Ali Koç jurnalda 43. sırada yer aldı. Türkiyənin ən zəngin ailə holdinqi sayılan Koç Holdinq, 10.milyard dollardan çox dəyəri ilə 2019-cu ildə toplam 25 milyard dollar gəlir əldə edərkən, 700 milyon dollar net qazanc əldə etdi. Koç ailəsinin siyahıda yer alan üzvləri sıralanmışdır.
Qeyd : adları çəkilən şəxslər Forbesdəki ardıcıllıqla sıralanmışdır.
7.Semahat Arsel 1.9 milyard dollar
9.Rahmi Koç 1.8 milyard dollar
13.Suna Kıraç 1.6 milyard dollar
33.Ömer Koç-800 milyon dollar
43.Ali Koç-700 milyon dollar
57.İpek Kıraç-600 milyon dollar
95.Aylin Elif Koç-450 milyon dollar
95.Esra Çiğdem koç-450 milyon dollar
Ali Koç 1967-ci ildə dünyaya gəlib. Rahmi Koçun ən kiçik oğlu olan Ali Koç, bakalavr təhsilini Rice Universiteti İşlətmə Fakültəsinin (ABŞ) ardından Harvard Universitetində (ABŞ) Magistr təhsili almışdır.
Tələbəlik illərində ailə holdinqlərinin fərqli pillələrində çalışmış, iş həyatına isə 1990-cı ildə American Express Bankda Menecer Təlim Proqramı ilə başlamışdır. 1992-1994-cü illər arasında Morgan Stanleydə analist olaraq işlədi.
1997-ci ildə Koç Holdinq Strateji Planlaşdırma Qrupu daxilində Yeni İş İnkişafı Koordinatoru olaraq çalışmağa başladı və 2010-cu ilə qədər Koç Holdinq Məlumat bazası rəhbəri, Korporativ Ünsiyyət və İnformasiya Qrupu rəhbəri kimi vəzifələrdə çalışdı.
30 Yanvar 2008-ci ildən bu tərəfə Koç Holdinq İdarə heyətində yer alan Ali Koç, Fevral 2016-cı ildən bu yana Koç Holdinq İdarə heyəti sədrinin müavini olaraq davam etməkdədir.
Ali Koç daha əvvəl Fənərbaxçada idarəçilik və Fənərbaxçada dərnək müdirliyi etmişdir. 2018-ci ildən etibarən Fənərbaxça klubunun prezidentidir.
Ali Koçun sərvəti nə qədərdir?
Ali Koç Forbesin 2020-ci ildə hazırladığı ”Ən varlı 100 Türk” siyahısında 43-cü sırada yer alır.
Bu siyahıda Ali Koçun sərvəti 700 milyon dollar olaraq göstərilmişdir.
2012-ci ildə Rahmi Koçdan sonra Ford Otosan İdarə Heyətinin sədri seçildi. 2013-cü ildə Amerika Bankı daxilində 13 tanınmış liderin iştirak edəcəyi “Bank of America Qlobal Məsləhət Komitəsi”nə daxil oldu. 2016-cı ildə Koç Holdinq İdarə heyəti sədr müavini təyin edildi. 2017-ci ildə Yapı Kredi Bankın İdarə Heyətinin sədri seçildi.
Koç eyni zamanda Ark İnşaat, Bilkom, Rəqəmsal Panorama, Koç Məlumat və Müdafiə Texnologiyaları, Koç Sistemi, Koçtaş, Koç Maliyyə xidmətləri, Otokar, Otokoç və Setur kimi şirkətilərin idarə heyətini sədri, URAK – Milli Rəqabət Araşdırma Dərnəyində və Endeavour Dərnəyində idarə heyəti üzvü, DEİK İdarə Heyətinin üzvü və TÜSİAD-da idarə heyətinin sədridir.
Düşüncələri
2015-ci il G20 Antalya zirvəsindən əvvəl kapitalizmin əsl problem olduğunu, bərabərliyi təmin etmək üçün kapitalizmin məhv edilməli olduğunu, ən azından bərabərsizliyin ən azı minimuma endirilməli olduğunu müdafiə etdi.
İdarə etmə gücünə sahib olan şəxslərin həyata keçirdikləri tədbirlərin həddindən artıq çox olacağı təqdirdə , maliyyə qaynaqlarına çatmaqda problem yarana biləcəyini ifadə etdi və ölkələrin təhsildə elmi-tədqiqat və innovasiya sahələrinə diqqət yetirməli olduqlarını bildirdi.
Bərabərsizliyə vurğu edərkən təkcə iqtisadi deyil, eyni zamanda təhsildə fürsət bərabərsizlik və gender bərabərsizliyi kimi bir çox problemə diqqət çəkdi. Özünü digər fikirlərə açıq və ünsiyyətə üstünlük verən biri kimi şərh etdi.
Çoxqütblü dünyanın Türkiyə kimi ölkələrə yeni fürsətlər təklif edə biləcəyini qeyd edən Koç, Çinin çox yaxın gələcəkdə dünyanın yeni super gücü olacağını bildirdi.
O, Yaxın Şərqdəki problemlərdən başqa Avropadakı populist açıqlamaların və liderlərin diqqəti cəlb etdiyini və America First ( Amerika birinci ) və America Only (sadəcə Amerika) kimi yanaşmaların ABŞ-ın dünyadakı təsirini azaldacağını bildirdi.