Dünyanın ən ağıllı çəliyi olaraq bilinən WeWalk 37 ölkədə istifadə olunur. Təsisçilərin məqsədi bu məhsulu gözdən əlillər üçün şəxsi köməkçi kimi təyin etməkdir.
Hekayə uzun illərin dostları olan Kürşat Ceylan, Gökhan Meriçliler və Sadık Ünlü ilə başlayır. Universitetdə oxuduqları zaman bir-biri ilə dost olan bu insanlar, görmə əlillər üçün texnologiya inkişaf etdirməyə başladılar. Əvvəllər qapalı naviqasiya sistemləri və kinoteatrlarda səs təsviri üzərində işləyən dostlar, ən böyük nəaliyyəti dünyanın ən ağıllı çəliyi hesab olunan və 37 ölkədə istifadə olunan WeWalk texnologiyası ilə qazandılar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada 284 milyon belə insan var. Bu insanların yerdəki maneələri bilməsi üçün çəliyə ehtiyacı var. WeWalk ağıllı çəliyi də 19-cu əsrdən bəri sadə bir formatda istifadə olunan bu vasitənin işini ağıllı formada edir. Məhsul Imperial College və Münhen Texniki Universiteti kimi dünyanın qabaqcıl universitetləri ilə iş birliyi içərisindədir. Təxminən bir il əvvəl bazara təqdim olundu. Cihaz görmə qabiliyyəti zəif olanlara önlərindəki maneələri aşkar etməyə və xəbərdar etməyə imkan verir. Yəni, bir ağac çubuğu kimi yerdəki maneəni, istifadə edənə bildirir. Bundan əlavə, telefona qoşulmaq və fərqli tətbiqlərlə birləşdirmək kimi üç xüsusiyyətə malikdir. Lakin məhsulun ən vacib tərəfi odur ki, daima yeni texnoloji xüsusiyyətlərlə yenilənir.
Baş hissəsi çox önəmlidir.
Həmtəsisçilərdən biri olan Kürşat Ceylan, dünyada görmə əlilləri üçün ağıllı çəlik nümunələrinin çox və baha olduğunu vurğulayaraq bəzən də ehtiyacları tam qarşılamadığını qeyd edir. WeWalk çəlikləri bluetooth ilə mobil tətbiqə bağlanır və heç telefona toxunmağa ehtiyac duymadan, çəlik üzərində olan naviqasiya istifadəçiyə məlumatlar ötürür. Hətta məlumatlara avtobus dayanacaqlarını, həmən dayanacaqlardan keçən avtobusların gəliş saatlarını da bildirən bir sistem daxildir. 1500dən çox şəhərdə effektiv olan bu sistem, Alexa ilə də inteqrasiya edilir.
Mükafatlar
Ortaqlardan biri olan Young Guru Academy-dir. Ceylan açıqlamasında bildirir ki, “YGA-da müəllimim Emre Zorlu idi. Layihəyə başlamazdan əvvəl Vestel paltaryuyan maşınının görmə qabiliyyəti zəif və ya bu qabiliyyətdən məhrum olanlar tərəfindən istifadə oluna biləcəyi ilə bağlı sualı verdim. Bu barədə düşünürdük.” Məhsulun araşdırılıb YGA-da təkminləşdirilməsi isə Vestel tərəfindən edilib.
WeWalk, ABŞ-ın 2018-ci ildə ən nüfuzlu mükafatlarından olan Edison Qızıl Mükafatına layiq görüldü və Time tərəfindən 2019-cu ilin ən yaxşı ixtiralarından biri seçildi. Eyni zamanda bu il Fast Company tərəfindən dünyanı dəyişdirən texnologiyalar kateqoriyasında nümunəvi məhsul kateqoriyasına daxil edilmişdir. Wewalk komandası ardıcıl üç il dünyanın ən nüfuzlu mükafatlarını Türkiyəyə gətirdi.
Böyük Sərmayə
Bu mükafatlar təsadüf deyil. 2016-cı ildə bunun təsadüf olmadığı, Türkcell-in Arı Pətəyi kampaniyasında bəlli olmuşdu. WeWalk bu kampaniyada 24 saat ərzində 140 min lirə dəstək əldə etmişdi. Bu, bir gündə ən çox maliyyələşdirilən kampaniya idi. İki gündə 200 min lirəni keçdi və maliyyələşdirmə prosesinin sonunda 289 min 971 lirə dəstək aldı.
Ötən həftələrdə, 750 min dollar, yəni təxminən 5 milyon lirəlik bir sərmayə aldığı bildirilmişdi. Bu yeni sərmayə Vestel Ventures, Agah Uğur, Ali Karabey, Burak Sevilengül, Erinç Özada, Orhan Ayanlar, Sanem Bilgin Erkurt, Shishir Malhotra və Uzay Kozak kimi mühüm insanlar tərəfindən əldə olunmuşdu. Şirkət bu sərmayədən istifadə edərək dünya bazarında öz texnologiyasını inkişaf etdirmək üçün istifadə edəcək. Məqsədləri, görmə əlillərinə bütün texnologiyaya bir yerdən daxil olma və bir mərkəz yaratmaqla, WeWalk-u onların şəxsi köməkçisi etməkdir.
Mənbə: Webrazzi