Koronavirus pandemiyası ilə bir çox pərakəndə mağazanın bağlanması və hər növ fotoşəkil çəkilişlərinin çətinləşdirməsi bir sıra problemlər yaradırdı. Adobe buna qarşı alıcılara, modellərə virtual şəkildə paltar sınamaq üçün yeni yolları sınaqdan keçirir.
Adobe Stanford Universiteti və İİT Hyderabad ilə birlikdə bir araşdırma etdi.
Bu araşdırmaya görə proqram şirkəti, bu həftə paltarın vizual detallarını qorumaqla insanın şəklinə, pozasına uyğun paltar parçasına çevirməyi planlaşdırdı. Bunun üçün də süni intellektdən istifadə edən yeni bir potensial xüsusiyyətini açıqladı.
Tədqiqatçılar iddia edirlər ki, onların metodu tez-tez yalnış təhriflərdən əziyyət çəkən digər oxşar texnologiyalardan üstün tuta bilər.
Bu metod əvvəlcə geyimləri bədənə çarpdırmaq, sonra bükülmüş əşyanın toxumasını hədəf modelə problemsiz görüntü ilə rahat şəkildə birləşdirməklə tətbiq edilir. Sistem təxminən 19,000 qadın modelinin və məhsul siyahılarının görüntüsü üzərində hazırlanmışdır.
Eric Matisoff
Bu barədə Adobe-un yüksək səviyyəli məlumat və analitik müjdəçisi Eric Matisoff bloq yazılarında qeyd edib. Bildirib ki, “Fiziki fotoların uzaqlaşacağını gözləməsək də, vaxt və xərc qənaətinin məcburi sayılacağı hallar olur – xüsusən, düzgün texnologiya olduqda”.
Həmçinin o vurğulayıb ki, “Bu Adobe-un uzun tarixilə, kompozisiya və bənzərindəki digər nüansları anlamaq üçün öyrədilmiş AI ilə uyğunlaşdırılır.”
ModiFace
Son illərdə görüntü tanıma və AI nəsili yaxşılaşdıqca oxşar texnologiyaya əsaslanan bir sıra vasitələr artıq bazara çıxdı. Buna Vue.ai və Zeekit və L’Oréal-ın virtual makiyaj proqramı olan ModiFace start up-larını misal göstərmək olar. Adobe tədqiqatçıları alətlərinin mövcud təkliflərin bir çoxunu inkişaf etdirə biləcəyini iddia edirlər.
Təsvirə əsaslanan virtual sınaq
“Təsvirə əsaslanan virtual sınağı hazırkı müasir sənət metodu ilə müqayisədə keyfiyyətcə və kəmiyyətcə yaxşılaşmasını göstəririk” dedilər. “Uğurlu virtual paltar sınama təcrübəsi, paltarın düzgün yerləşdirilməməsi və ya formalaşması nəticəsində yaranan artefaktlardan kənar görüntülərin sintezi və son sınağa çıxan paltarda bulanıqlıq ilə nəticələnən təsirsiz kompozisiyadan asılıdır”.
Virtual bir montaj otağı
Adobe-un bu xüsusiyyəti virtual bir montaj otağı xüsusiyyətini əks etdirir. Məhsul siyahıları üçün modellərinin dəyişdirməsindən asılı olmayaraq müəyyən bir müştəri markasının ehtiyaclarına uyğunlaşa biləcəyini də təsvir edir. Şirkət, eyni zamanda, e-ticarət saytlarında nümayiş olunan modellərin müxtəlifliyini artırmağın mümkün bir yolu olaraq da tanıtmaq istəyir.
Mənbə: Adweek.com
Twitterin Tweet planlama funksiyasını yayımlaması haqqında xəbərə nəzər yetirmək üçün buraya klikləyin.