Acun Ilıcalı – TV8 kanalının sahibi olan bu adamın sərvəti gündəmdə müzakirə mövzularından biridir. Fenomen hala gələn Survivor yarışması hər il həyəcanla izlənərkən aparıcı Acun Ilıcalının həyatı haqqındakı məlumatlar da gündəmdə sıxca araşdırılır.
ACUN ILICALI KİMDİR?
Ərzurumun Ilıca bölgəsində doğulan Ergün və İlknur Ilıcalının ikinci uşağı olan Acun Ilıcalı, 29 May 1969-cı ildə Ədirnədə dünyaya gəlib.
Ömer Cenker Ilıcalı adında bir böyük qardaşı vardır. Atası ticarətçi, anası isə universitet təhsili almış bir məktəb müdiridir. 5 yaşında başladığı ilk və orta məktəb təhsilini Ədirnə İstiqlal məktəbində tamamladı. Lisey təhsilinə İstanbulda Kadıköy Maarif Kollecində başlayan Acun Ilıcalı, liseydə təhsil aldığı zamanlarda dərslərinə fikir vermədiyi üçün otağa tez-tez kilidləndiyini, həmin zamanlarda kitabdakı hərflərdən liqa qurub onlar arasında yarışma etdiyini müsahibələrinin birində qeyd edir. Kadıköy Anadolu Liseyini bitirdiktən sonra İstanbul Universiteti İngilis dili müəllimlik ixtisasına qəbul oldu, amma üniversitet həyatı 7 ilin sonunda məzun olmadan bitdi.
Evləndikdən sonra bütün dostlarıyla öz evində görüşdüyünü tez-tez vurğulayır. Evində dostlarıyla görüşdüyü bir gün evi polis basdığını, polislərin balkondan girdiyini və evdəkilərin oyun oynadığını görüncə getdiklərini demişdir. Atasının verdiyi mənzil pulunu xərclədiyini və evə gələn girov sənədinin atıldığını söylədi. Bildirib ki, bir gün televizor izlərkən qapı açıldı, girov məmurları gəlib televizoru apardılar, televizoru təqdim etdikləri şəxs öz dostu olduğu üçün televizoru bir saatdan sonra geri gətirdilər. Qızının doğumundan 10 ay sonra 1990-cı ildə ana və atasını yol qəzasında itirdi. Daha sonra həyat yoldaşı Sedadan ayrıldı.
1994-cü ildə Bağdat küçəsində ağır bir motosiklet qəzası keçirmişdir. Motosiklet qəzasında sol qolu qırılmış, arxasında oturan dostunu itirmişdir. 36 tikiş atılan əməliyyatdan sonra sol qoluna platin taxılmışdır. Acun Ilıcalı 1995-ci ildə bir mağaza açaraq ticarətə atıldı, amma uğursuz oldu.
Show Tv-yə gəlişi
1996-cı il uşaqlıq dostu Göktuğ Sevinçlinin o zaman Show Tv’də idman servisində çalışdığını öyrəndikdən dərhal sonra ona zəng edib “Bizdə Esatla birlikdə gələk” sualına qarşı Göktuğ Sevinçli də “Gəlin, bura çox gözəldir” deyərək İrfan Şahini ziyarət etmişdir.
İrfan Şahin onları o zamanlar idman müdiri olan İlker Yasin ilə tanış edir. İlker Yasin, Acun Ilıcalı və futboldan çox yaxşı anladığını söhbət əsnasında anlayır. İlker Yasin Acun Ilıcalı və dostunun Show Tv-də işləməsini istəmişdir. Beləliklə Acun Ilıcalı təcrübəçi olaraq işə başlamışdır. İlk vaxtlar iş həyatı çox münaqişəli başlamışdır, bir neçə dəfə qovulmaq təhlükəsi ilə üz-üzə qalmışdır. İlk olaraq Fənərbaxça müxbiri olan Acun digər Fənərbaxça müxbirlərinin yatmış halda şəklini çəkib paylaşdığı üçün karyerasına Beşiktaş müxbiri kimi davam etmişdir. Beşiktaş müxbiri olduğu zamanda futbolçularla səmimi olub şəxsi müsahibələr etdiyi zamanlarda ulduzu bir anda parladı və daha sonra Şansal Büyükanın komandasına, Show TV-yə transfer oldu.
Show TV
2002-ci ildə “Acun Firarda” adlı əyləncə tərkibli televiziya proqramının prodüserliyini və aparıcılığını etmişdir. Acunun İspaniyada karnavala qatılması və Fildişi Sahilində Yama Sukrada etdiyi çəkilişdən sonra daha çox sevildi.
2005-ci ildə “Acun Medya” adlı media şirkəti qurmuşdur. Elə həmin ildə, 36 yaşında vergi rekordmenləri arasına girmişdir. Show Tv-nin ’81 şəhər 81 məktəb’ adlı sosial məsuliyyət proyektində yer aldı və proqramda 3 milyon 725 min 563 YTL yardım toplandı.
- 2004-2006 illəri arasında “Fear Factor” adlı qorxu və yarışma tərkibli televiziya proqramının
- 2007-2010 illəri arasında “Var mısın Yok musun” adlı yarışma tərkibli televizya proqramının
- 2006 ilində “Survivor Türkiye” adlı yarışma tərkibli proqramının
- 2007-2008 illəri arasında “Yoksa Rüya mı?” adlı aktual tərkibli televiziya proqramının
- 2008-2014 illəri arasında “Söyle Söyleyebilirsen” adlı səs yarışması televizya proqramının
- 2009-cu ildə “Devler Ligi” adlı futbol tərkibli televiziya proqramının
- 2009-cu ildə “Yetenek Sizsiniz Türkiye” adlı istedad yarışması tərkibli televiziya proqramının
- 2010-2011 illəri arasında “Yok Böyle Dans” adlı dans yarışması tərkibli televiziya proqramının
- 2011-ci ildə ; “O Ses Türkiye” adlı səs yarışması tərkibli televiziya proqramının
- 2013-cü ildə “3 Adam” adlı televiziya proqramlarının prodüserliyini və təqdimatını etmişdir. (Star TV)
İşçiləri ilə birlikdə “Acunn.com” adlı internet portalı qurmuşdur. 2013-cü ildə Show Tv-dən ayrılıb Star Tv-yə keçmişdir. İşçi heyəti ilə birlikdə “Sekiz.com” adlı geyim tərkibli İnternet saytını qurmuş, “MNG Shop” (yeni adıyla Tv8+) adlı televiziya kanalına %40 ortaq olmuş və Doğuş Yayın ortaqlığı ilə “Tv8” adlı televiziya kanalını almış (%70 sahibi) və maddi problemlər səbəbindən ayrıldığı Show TV-nin binasını almış Tv8-i oraya köçürmüşdür.
- 2014-cü ildə Star Tv-dən ayrılmış və
“Ninja Warrior Türkiye”
“Para Bende”
“Hülya Avşar Show”
“Arda’nın Mutfağı”
“Aileler Yarışıyor”
“Ver Fırına”
“Kel Alaka”
“Akademi”
“Ütopya” yarışma proqramlarının prodüserliyini etməyə başlamışdır.
- 2015-ci ildə “Rising Star Türkiye”, “İşte Benim Stilim”
- 2016-cı ildə “İşte Benim Stilim Ünlüler” adlı yarışma proqramının prodüserliyini etmişdir.
Çəkildiyi film və seriallar isə aşağıdakılar olmuşdur:
2011 – Pis Yedili
2010 – Sinyora Enrica ile İtalyan Olmak
2009 – Adab-ı Muaşeret
2005 – Dikkat Şahan Çıkabilir
2004 – 2007 – Avrupa Yakası
2002 – Mumya Firarda
2001 – Tatlı Hayatı
Acun Ilıcalı Instagram hesabından canlı yayım edərkən Avropada bir futbol komandası ala biləcəyindən bəhs etdikdən sonra sərvəti yenidən mübahisə mövzusuna çevrildi.
Sərvətinin bir qismi haqqında açıqlama verən Acun:
“Təyyarəm var. Amerikada, Dominikan və Türkiyədə 3 dənə sürət qayığım var. 12 dənə motosikletim var. 2 gəmim var. TV8-i zamanında 70 milyon dollara aldım. Böyük bir yatırım idi. Kanalı aldığım zaman ortalaması 1 sharedi. 70 milyon dolları necə qazandığımla maraqlanırsınızsa, 10 il birinci oldum. 70 milyon dolların bir hissəsini kredit, bir hissəsini nağd verdim. Show TV-dən 100 milyon alacağım var idi . 4 il mənə pul ödəmədilər. Mənim banklara 50 milyon borcum var idi. Show TV batsaydı 7 il 700 dəfə birinci olub 50 milyon borc ilə ortada qalacaqdım. Sonra TMSF girov götürdü. Bir zərrədə olsa stress yaşadımsa, Acun deyiləm. Allah məni belə yaradıb. ‘Onu satarıq, bunu alarıq, borcu ödəyərik, yenidən işimizə davam edərik” sözləri ilə çox danışılmışdı.
Gördüyümüz kimi, hər kəs uğura gedən yolda bir sıra problemlərlə üzləşir. Önəmli olan bu problemləri fürsətə çevirmək, eyni zamanda işini sevərək addımlamaqdır. Ümid edirik ki, bu yazımızı təkcə həyat hekayəsi kimi yox, uğura gedən yol olaraq da mənalandıracaqsınız.
Nike və Colin Kaepernick skandalı adlı yazımızı oxumaq üçün bura daxil olun