• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

5G texnologiyası nədir və bizlərə nə vəd edir?

Müasir dövrdə ortaya çıxan son texnologiyalar və ya terminlər, həm bir-biri ilə əlaqəli, həm də 5G texnologiyası ilə bağlıdır. Hansı ki, bu texnologiya sayəsində digərləri inkişaf sürətlərini artıracaqlar.

Əlyesa Əmrəli Əlyesa Əmrəli
Mart 30, 2020
A A
5G texnologiyası nədir və bizlərə nə vəd edir?

Müasir dövrdə ortaya çıxan son texnologiyalar və ya terminlər, həm bir-biri ilə əlaqəli, həm də 5G texnologiyası ilə bağlıdır. Hansı ki, bu texnologiya sayəsində digərləri inkişaf sürətlərini artıracaqlar. Misal olaraq Əşyaların internetini göstərə bilərik. Burada 5G mühüm rol oynayır və bunun sayəsində gələcəkdə bütün yaşantımız bundan təsirlənəcək və ya buna əsasən dizayn ediləcək. Digər bütün texnologiyalarda da həmin qayda keçərlidir. Sürücüsüz avtomobillər, onlarla digər texnologiya və sahələr.

5G insanların iş görmə və gündəlik həyat tərzlərinə dərindən təsir edəcək bir texnologiyadır. Bu texnologiya əvvəlki texnologiyaların da bir öncəki ilə müqayisədə olduğu kimi, daha sürətli, daha çox imkan və yeni nəsil texnologiyaları da dəstəkləmək xüsusiyyətinə malikdir. 5G daha sürətli endirmə, daha az gecikmə, iş görmə və yaşama tərzində ciddi dəyişiklikləri özündə ehtiva edir. Bu texnologiya şirkətlərə daha effektiv biznes proseslər qurmağa dəstək verir və müştərilərinin lazım olan məlumata daha tez çatmağına imkan yaradır. Verizon CEO-su Hans Vestberg qeyd edib ki, “Gələcəkdə hər şey 5G texnologiyası tərəfindən dizayn ediləcək”. “Son onillikdə texnologiyanın necə sürətlə dəyişdiyinin şahidi olduq. Ancaq, dəqiq olaraq bilirik ki, gələcək bundan daha sürətlə dəyişəcək və inkişaf edəcək. Biz texnologiyanın insanları, biznesləri və cəmiyyətləri necə dəyişdirdiyinə şahid olacağıq.”

5G texnologiyası Amerikada fəaliyyətə başlasa da, ekspertlər bu texnologiyanın hələ ilk günlərində olduğumuzu iddia edir və bunun qat-qat böyük potensiala malik olduğuna inanırlar.

5G-dən öncəki digər mobil şəbəkələr bizə qısaca nə qatdı?

1G: Analoq səsləri

2G: Rəqəmsal səsləri

3G: Mobil Data-nı

4G: LTE Mobil interneti

5G texnologiyasının əsas faydaları nələr olacaq?

5G texnologiyası sadəcə sürət artımı demək deyil, həm də yaradacağı bant genişliyi də bir faydadır. Hansı ki bu, daha çox cihaz və servisi dəstəkləmək deməkdir və eyni zamanda onlarla əlaqədə performansı, effektivliyi və eyni zamandı xərci müsbət yöndə inkişaf etdirəcək. Bu, şəbəkə texnologiyasını istifadə edən ticarət, təhsil, nəqliyyat, əyləncə və digər bütün sektorların arasında olan əlaqəni gücləndirəcək və şəbəkə texnologiyasını yenidən dizayn etdirəcək. Günümüzün trendi olan avtomobil və elektrik əlaqəsində də bu texnologiyanın payını görəcəyik.

Araşdırmalar, 5G texnologiyasının 2035-ci ilədək, bütün iqtisadiyyata təsir göstərəcəyini və təqribən 12 trilyon $ mal və xidmət istehsalında payı olacağını iddia edir. Araşdırmalar, eyni zamanda 5G tədarük zəncirinin də 3.5 trilyon $-lıq bir məbləğ yaradacağını və 22 milyon işi dəstəkləyəcəyini ortaya qoydu.

Sürəti artırmaqla yanaşı, 5G həm də gecikmələri azaltmaqdadır. Bu bulud texnologiyalar ilə olan əlaqələri daha da gücləndirəcək və sürətləndirəcəkdir. Bu da bir çox yeni texnologiyaya qapı açmaqdadır. Xüsusi ilə Artırılmış Reallıq texnologiyası 5G vasitəsilə gecikmə olmadan əksər şeyləri təqdim edə biləcək. İnsanlar sadəcə eynəyi taxmaqla canlı gedən bir yarış və ya bir show olsun, taxdıqları eynək ilə istədikləri məlumatları, nüansları canlı və anında görə biləcək. Bundan savayı, sürücüsüz avtomobillərdə, yollardakı xüsusiyyətləri oxuma, lazımi cavabı formalaşdırıb, mərkəzə göndərib, ona uyğun gələn əmri tətbiq etməsində də bu texnologiya xüsusi rol oynayacaqdır.

Qısacası 5G-nin faydalarını bu şəkildə sıralaya bilərik 

  1. Daha yüksək
  2. Daha aşağı səviyyədə gecikmələr
  3. Daha çox və fərqli cihazın qoşula bilmə imkanı

5G Sürəti

5G şəbəkəsi 4G-dən ən az 10 dəfə daha sürətlidir. Bəzi ekspertlər iddia edir ki, bu fərq 100 dəfəyə qədər qalxa bilər. Bu o deməkdir ki, misal üçün, 2 saatlıq bir film 5G ilə 10 saniyədən daha az bir vaxta yüklənəcək, ancaq 4G-də bu 7 dəqiqə civarında olacaqdır. Qeyd etmək lazımdır ki, bu endirmə sürəti lokasyon və şəbəkədəki aktivlikdən asılıdır.

Daha öncə qeyd etdiyimiz kimi, 5G sadəcə sürət demək deyil, eyni zamanda bantlarda artan genişlik və azalan gecikmə də onun əsas göstəricilərindəndir. Hansı ki, bunlar sürətin artmasına imkan yaradır.

2020-ci il fevral ayında Amerikada bəzi şəhərlərdə edilən ölçümləri örnək üçün aşağıda qeyd edirik.

Las Vegas – 220 meqabit

New York – 350 meqabit

Los Angeles – 380 meqabit

Dallas – 450 meqabit

Chicago – 550 meqabit, saniyədə.

Təkcə bu rəqəmlərə baxdıqda necə bir texnologiyadan söhbət getdiyini xəyal etmək çətin deyil.

5G texnologiyasının istifadə sahələri

Hər bir yeni nəsil simsiz şəbəkə texnologiyasının gətirdiyi kimi, 5G də özünəməxsus yeni istifadə sahələri yaratmaqdadır.

5G texnologiyasının əsas fokuslanacağı sahələr IoT (internet of things) və kritik kommunikasiya proqramları olacaqdır.

İstifadə hallarını aşağıdakılar kimi qeyd edə bilərik:

  •  Sabitləşdirilmiş simsiz giriş
  •  İnkişaf etdirilmiş geniş mobil bant
  •  Kütləvi m2m (machine to machine) və IoT
  •  Çox aşağı səviyyədə gecikmələr (IoT kommunikasiyasinda)

Bu məqalədə, 5G texnologiyası haqqında qısa və əsas məlumatları çatdırmağa çalışdıq. Bu məqalənin davamında isə daha detallı şəkildə 5G-dən danışacağıq. Orada, 5G necə işləyir, hansı sahələrə tətbiq ediləcək, hansı ölkələrdə istifadə etmək olacaq kimi nüansları qeyd edəcəyik.

 

Mənbələr

CNN

Verizon

Qualcomm

Gemalto

 

Photo by NEOSiAM 2020 from Pexel

 

Müəllifin İş Dünyasında Rəqəmsal Transformasiya adlı yazısını bura daxil olaraq oxuya bilərsiniz.

Paylaş
Öncəki yazı

Dünyadakı şirkətlərin koronavirusa görə kömək kampaniyaları

Növbəti yazı

SEO və SEM nədir və nə üçün lazımdır?

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol