Video marketinq strategiyaları şirkətinizi böyük bir uğura və ya uğursuzluğa aparan yoldur. Niyə uğursuzluq? Çünki düzgün seçilməmiş marketinq strategiyası sizin biznesinizin iflasına belə səbəb ola bilər. Buna görə də tendensiyaları nəzərdən keçirmək hər zaman daha faydalıdır. Elə isə keçid alaq, strategiyalarınıza yön verəcək video marketinq trendləri siyahımıza.
- Canlı yayım edin
Hər hansı bir mövzuda mütəxəssis olaraq bildiklərinizi bölüşdüyünüz və ya tamaşaçılardan bəzilərini canlı yayıma dəvət edin. Sualları cavablayarkən onlarla virtual olaraq ünsiyyətiniz daha çox insanın marağına səbəb olacaq. Səmimi və aydın şəkildə cavablanan suallar canlı yayımda effektiv nəticə əldə olunmasına şərait yaradacaq.
- Təlim videoları
Bu kateqoriyadan bir çox insanlar video dərslər hazırlamağa başladılar. Bu formatda videolara baxanların 70%-nin Youtube-da axtarış etmələri bu platformanın video marketinq strategiyasına təsirsiz qalmadı. Əslində, bu videolar YouTube-da hər şeydən, o cümlədən, musiqidən daha çox baxış əldə etdi. Bir çox müəssisə onlara bloq açmaq, PowerPoint-dən necə istifadə etmək və sair kimi şeyləri öyrətməyə başladı.
- 360 dərəcə video
Virtual Həqiqət və 360 dərəcə videolar izləyicillərinizi cəlb etdiyi üçün daha effektivdir. Hər şeyi görmək üçün, sanki orada olduqları kimi dönməli və ya fırlanmalıdırlar. Bu videolar turizm şirkətləri və təhsil vasitələrində istifadə üçün əladır . Bir mərcan qayasında “üzmək” və ya bir yağış meşəsi ilə əhatələnmək təcrübəsi verək.
- Marka Videolar
Video marketinq trendləri siyahımızdakı növbəti video növü marka videolarıdır. Bu videolar ümumiyyətlə daha böyük bir kampaniyanın bir hissəsi olaraq veb saytlara inteqrasiya olunur. Şirkətinizi izləyiciyə tanıtmağa diqqət edirlər. Dəyərləriniz nələrdir? Sən kimsən? Missiyanız nədir? Hansı məhsullar təklif edirsiniz?
Növbəti illərd insanlar videoya baxışa daha çox vaxt sərf edəcəklər, beləliklə, cəlb olunmanı stimullaşdırmaq üçün onlayn video reklamda sərmayə qoyan reklamverənlərin sayının artmasına gətirib çıxaracaq.
Video marketinq kampaniyasına başlamadan əvvəl bazar araşdırılmalı, analiz aparılmalı və hədəf bazarın statistikası öyrənilməlidir. Bundan sonra siz ötürəcəyiniz mesaj üçün strategiya hazırlamağa başlaya bilərsiniz.
Video marketinqlə bağlı ətraflı məlumat üçün linkə keçid edin.