WhatsApp-ın keçmişinə qısa şəkildə baxarsaq, keçmiş Yahoo! işçiləri olan Brian Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının Santa Clara şəhərində qurulduğunu, avqust ayında “WhatsApp 2.0” iPhone üçün App Store-da istifadəyə verildiyini, 2010-cu ilin avqust ayında mesajlaşma platformasının Android sisteminə daxil edildiyini və 2014-cü ilin fevral ayında 19 milyard dollar qarşılığında Facebook-a satıldığını öyrənmiş oluruq.
WhatsApp, şübhəsiz ki, dünyanın ən populyar mesajlaşma platformalarından biridir. Xaricə səyahət edərkən və ya uzaqdaykən WhatsApp istifadə edən dostlarınızla istədiyiniz kimi mesajlaşa və çəkdiyiniz foto və videoları həmin an paylaşa bilərsiniz.
Bu aralar isə WhatsApp xüsusi olaraq gündəmdədir. Səbəb isə istifadəçilərinə təqdim etdiyi yeni müqaviləsidir. WhatsApp gizlilik müqaviləsi 8 Fevral 2021-ci ildə qüvvəyə minəcək və edilən açıqlamaya görə; WhatsApp istifadəçi məlumatlarını Facebook ilə asanlıqla paylaşa biləcək. Yeni gizlilik müqaviləsini qəbul etməyən istifadəçilər 8 Fevral 2021-ci ildən sonra platformadan istifadə edə bilməyəcəklər. Bu müqavilədə qeyd edilənlər:
- WhatsApp xidməti və məlumatlarınızı necə işlədikləri
- Müəssisələrin WhatsApp söhbətlərini saxlamaq və idarə etmək üçün Facebook tərəfindən yerləşdirilən xidmətlərdən necə istifadə etdikləri
- Facebook Şirkət Məhsullarına inteqrasiya təklif etmək üçün Facebook ilə necə işlədikləri
Təqdim edilən bu müqavilədən sonra istifadəçilərdə fikir ayrılığı yarandı. Bəzi istifadəçilər WhatsApp hesablarını silib digər platformalara üz tuturlar, bəziləri isə WhatsApp istifadə etməyə davam edirlər.
Telegram
WhatsApp-ın yeni müqavilə qərarından sonra Telegram platforması böyük marağa səbəb oldu. Məlumat gizliliyini düşünən milyonlarla insan WhatsApp-dan imtina edərək alternativ və daha etibarlı mesajlaşma platformalarına üz tuturlar. Bu platformalar sırasında ilk başda Telegram gəlir.
Telegram etibarlı bir mesajlaşma xidmətidir. Rus proqramçı Pavel Durov tərəfindən yaradılmış və 2013-cu il Avqust ayında istifadəyə verilmişdir. Platformanın mobil və masa üstü olaraq iki versiyası var.
Telegram-ın əsas xüsusiyyəti nələrdir?
- Telefon nömrəsi ilə qeydiyyat olunur. Ancaq telefon nömrəsi verilmədən istifadəçi adı ilə də əlaqə qurula bilər.
- Bulud əsaslı mesajlaşma xüsusiyyəti ilə hər platforma saniyələr içində qarşınıza çıxır və məzmun uyğunlaşır.
- Video və səsli mesaj seçimləri var.
- Mesajın Telegram da daxil olmaqla üçüncü şəxslərə ötürülməsi qadağandır.
- Müəyyən bir müddətdən sonra özünü yox edən mesaj xüsusiyyəti var. Bu mesajlar göstərilən müddətin sonunda göndərilən və qəbul edilən cihazlardan avtomatik olaraq silinir.
- Masaüstü tətbiqetmə seçimi ilə də istifadə edilə bilər.
- Ekran görüntüsü alındıqda qarşıdakı şəxsə bildiriş göndərilir.
Hal-hazırda WhatsApp-a rəqib olan Telegram-ın gün keçdikcə istifadəçi sayı artır.
Signal
İstifadəçilərinin məlumatlarını toplayacaq və istifadə edecək olan WhatsApp digər mesajlaşma platformalarının yüksəlişinə səbəb oldu. Bu platformalar arasında Elon Musk tərəfindən təklif olunan Signal diqqət çəkməyi bacardı. Dünyanın ən təhlükəsiz mesajlaşma platforması kimi tanınan Signal, görək bizə nələr təklif edir?
Signal, Signal Foundation tərəfindən hazırlanan şifrəli mesajlaşma platformasıdır. Mesajlaşmada ucdan-uca təhlükəsizliyi şifrələyən Signal, iOS və Android platformalarında pulsuz olaraq yer alır. Play Store və ya App Store-dan yükləyə biləcəyiniz platforma, mesajlaşmanı təmin etmək üçün yalnız telefon nömrənizi tələb edir.
Platformadan birbaşa telefon nömrənizlə qeydiyyatdan keçdikdən sonra istifadə etməyə başlaya bilərsiniz. WhatsApp-da olduğu kimi, telefon nömrənizi doğrulamaq üçün gələn kodu daxil etdikdə Signal ilə etibarlı şəkildə mesajlaşa bilərsiniz.
Signal heç bir mesajınızı və ya medianızı depolamır və bu səbəbdən də məlumatlarınız istifadə edilə biməz. GPLv3 lisenziyası üzərində qurulmuş platforma, təklif etdiyi xüsusiyyətlərlə də diqqət çəkir.
Android istifadəçiləri Signal-ı, SMS / MMS tətbiqi formasına gətirərək seçə bilər və standart ucdan uca şifrəli Signal mesajlarına əlavə olaraq şifrələnmiş SMS mesajları göndərə və qəbul edə bilərlər.
Signal istifadəçilərinə mesajlar üçün taymer təyin etməyə imkan verir. Müəyyən bir müddətdən sonra həm göndərənin, həm də alıcının cihazlarından mesajlar silinəcəkdir. Zaman aralığı beş saniyədən bir həftəyə qədər ola bilər və zamanlayıcı hər alıcı üçün mesajın surətini oxuduqdan sonra başlayır.
Signal oxuma və yazma bildirişlərini deaktiv etmək xüsusiyyətinə də sahibdir.
Çinin nəhəng şirkətlərindən biri olan Tencent-in sahib olduğu WeChat, aylıq 1 milyarddan çox aktiv istifadəçisi ilə çox güclü bir mövqeyə sahibdir. Mesajlaşma platforması kimi tanınan WeChat, Çinin WhatsApp-ı olmaqdan daha çox xüsusiyyətləri özündə birləşdirir. Əslində bu xüsusiyyətlər sayəsində WeChat istifadə etmədən Çində uzun müddət qalmaq demək olar mümkün deyil. İndi isə WeChat-ın niyə bir mesajlaşma platformasından daha artıq olduğunu gəlin birlikdə öyrənək.
WhatsApp və WeChat fərqi
WhatsApp-dan fərqli olaraq, WeChat-da biri ilə dost olmaq üçün həmin şəxsin telefon nömrəsini əlavə etmək məcburi deyil. WeChat ID ilə və ya şəxsə özəl olaraq yaradılmış QR kodunu skan edərək yeni dostlar əlavə edə bilərsiniz. Bu nöqtədə ən faydalı xüsusiyyətlərdən biri şəxsin “etiketi”-dir. Deyək ki, bir tədbirdə yeni birisi ilə tanış olduqdan sonra həmin şəxsi WeChat-dan əlavə etdiniz. Dərhal özünüz üçün həmin şəxs haqqında xatırladıcı notlar və etiketlər yarada bilərsiniz. Beləliklə, WeChat, bir növ kartviziti demək olar ki əvəz etmiş olur.
Mesajlaşma hissəsi
Mesajlaşma hissəsindəki ən faydalı xüsusiyyətlərdən biri də gələn mesajı basılı tutaraq platformanı işlətdiyiniz dilə çevirə bilməyinizdir. Məsələn, sizə Çin dilində mesaj gəlibsə, mesajı basılı tutaraq mesajın Azərbaycan dilinə tərcümə edilmiş versiyasını oxuya bilərsiniz.
Moments hissəsini Facebook-la bərabər dərəcədə görmək olar. Dostlarınızın paylaşımlarını görə bilər, bəyənə və rəy yaza bilərsiniz. Bununla birlikdə WeChat, Snapchat ilə geniş yayılmış “story” bölməsini yaxından izləyərək bənzər bir xüsusiyyəti hekayə sevən istifadəçilər üçün keçən il istifadəyə verdi. Moments bölümündəki hekayələrinizi bütün sevdiklərinizlə bölüşərək öz xüsusi anlarınıza daxil edə bilərsiniz.
WeChat-ı gündəlik həyatın bir hissəsinə çevirən digər bir xüsusiyyət, bank kartınıza uyğunlaşdıraraq istifadə etməyə başladığınız WeChat Pay xüsusiyyətidir. Beləliklə, istəsəniz mesaj bölməsi vasitəsilə dostunuza pul göndərə bilərsiniz.
Artıq bank hesabınız WeChat-ınıza uyğunlaşdığına görə, WeChat içərisində mini proqram ilə yer alan və qatar-təyyarə bileti tətbiqindən, Çinin Uber-i olan Didi-yə, sinema bileti tətbiqindən, ikinci əl əşya satışı tətbiqinə qədər bir çox fərqli tətbiqlərə asanlıqla daxil ola və bütün əməliyyatları WeChat Pay ilə yekunlaşdıra bilərsiniz.
CRM nədir? adlı məqaləni mütaliə etmək üçün keçid edin.