Qəhvəni hər şeydən çox sevənlər,yolu tez-tez Starbucks-a düşənlər bu sizin üçün ideal bir yazı ola bilər. Starbucks haqqında çox fərqli və heç eşitmədiyiniz faktlar ola bilər. Bunları öyrəndikdən sonra Starbucks-a da fərqli gözlərlə baxmağa başlayacaqsız.
Hazırsınızsa başlayaq.
Pike Place ardıcıl düzülən bir balıq bazarı idi. Adını durna balığından alan Pike Place vaxtilə kəndin ən böyük sərfəli işi olan balıqçılığın günümüzə qədər uzanan mərkəzi olub. Küçədə meyvə-tərəvəz satılan dəzgahlarla birlikdə kiçik restoran və kafelər var. Elə bu kafelərdən biri də bu gün bütün dünyada qəhvə deyildiyi zaman ağla gələn Starbucks idi. 1971-ci ildə ingilis dili müəllimi Jerry Baldwin tarix müəllimi Zev Siegl və yazıçı Gordon Bowker tərəfindən Starbucks balıq bazarında açıldı. Üç yaxın dost şirkətin adını Hermen Melvillenin məşhur romanı Moby Dick-dən ilhamlanaraq qoyurlar. Kapitan Ahab-ın balina ovuna çıxdığı gəmi Pequod ağıllarına gələn ilk ad idi. Şəriklərdən biri etiraz etdiyi üçün gəminin ikinci kapitanı Starbucks adını aha uyğun görür. Loqo olaraq Yunan mifologiyasında gəmiçiləri başdan çıxaran dəniz qızını seçirlər.
Starbucks-da stolların çoxunun dairəvi olması müştərilərin özlərini daha az tək hiss etmələrini təmin etməkdir.
Seattle-da butik qəhvəçi kimi görünən gizli Starbucks-lar var və burada yeni menyularını yoxlayırlar.
Adları soruşub stəkanlara yazmayan tək qəhvə şirkəti Starbucks CIA (Central Intelligence Agency) Ümumi Mərkəzinin içində yer alan Starbucksdır.
Starbucks-ın adı Moby Dick-dəki gəminin adı olan Pequod olacaqdı.
Qəhvə şirkəti üçün ən uyğun ad seçimində digər güclü namizəd isə Cargo House idi.
Starbucks-ı iki müəllim və bir yazıçı təsis edib, lakin sonra öz hissələrini sataraq şirkətdən ayrılıblar.
Starbucks-da işləyənlərin sayı Grolland-ın nüfuzunun iki qatından da çoxdur.
Yeni Starbucks şöbəsi açılandan sonra ətrafdakı evlərin bahalaşmasına “Frappucino təsiri” deyilir.
Qəhvə dənələri bütün qoxuları çəkdiyi üçün Starbucks işçilərinin ətir vurması belə istənilmir.
Böyük ölçülü bir Starbucks qəhvəsində bir enerji içkisindəki kofeinin beş qatı qədər kofein yerləşir.
Əgər istəsəniz Starbucksa-da 87 mindən çox içkinin birləşməsini edə bilərsiniz.
Starbucks markasının marketinq kampaniyaları haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.