Kommunikasiya sahəsindəki cəhdlərinizdən maksimal dərəcədə faydalanmaq üçün nail olmaq istədiyiniz məqsədi və bu yolda istifadə edəcəyiniz alətləri dəqiq şəkildə müəyyən etməlisiniz.
Məhz bu səbəbdən işə rəqəmsal kommunikasiya strategiyasının işlənib hazırlanmasından başlamaq ən doğrusudur. İlk növbədə, siz vəziyyəti təhlil etməli, məqsədləri müəyyən etməli və auditoriyanızı seçməlisiniz. Təyin etdiyiniz auditoriyanın köməyilə lazımi metod və alətləri müəyyən edə bilərsiniz. Rəqəmsal strategiyanız sizə yardımçı olacaqdır.
• Kommunikasiya sahəsindəki cəhdlərinizin təşkilatın amal və məqsədlərinə töhfə verdiyindən əmin olun.
• Resursları planlaşdırın və bölüşdürün.
• Məlumatların ötürülməsi üzrə lazımi metodların köməyilə müvafiq auditoriyaya çatmaqla onları məlumatlandırmaq, davranış və münasibətlərini dəyişdirmək üçün kommunikasiya sahəsindəki məqsədlərinizə nail olun.
Rəqəmsal strategiyanız təşkilatınızın kommunikasiya strategiyasının tərkib hissəsi olmalıdır. Strategiya mövcud deyilsə, siz onu işləyib hazırlamaq məsələsini nəzərdən keçirməlisiniz.
Təşkilatınızın işçi heyətini prosesə cəlb etməyi tövsiyə edirəm. Məsələn, həmkarlarınızın kreativ ideyalarını bölüşə bilməsi, rəhbərliyin isə onların gözləntilərini aşkar edə bilməsi üçün “beyin həmləsi” təşkil edin. Həmkarlarınızın töhfələrinə güvənməlisiniz, yalnız bu halda onlar özlərini məhsulun hazırlanması prosesinin iştirakçısı hesab edə bilər.
Strategiyanı necə işləyib hazırlamalı?
• Vəziyyəti təhlil edin: qarşılaşdığınız əsas problemlər nədən ibarətdir?
• Kommunikasiya prosesinin məqsədlərini müəyyən edin: bu proses problemləri həll etməkdə sizə necə yardımçı ola bilər?
• Hədəf auditoriyaları haqqında düşünün: hansı qrup insanlar probleminiz üçün həll yolu təklif edəcək?
• Mesajınızı və yanaşmanızı işləyib hazırlayın: insanlara hansı məlumatı ötürmək istəyirsiniz və bunu necə etməyi planlaşdırırsınız?
• Məlumatları ötürmək üçün istifadə edəcəyiniz metodu seçin: hədəf auditoriyanız məlumatlardan necə istifadə edir və ona çatmağın ən yaxşı yolu nədir?
• Yanaşmanızı sınaqdan keçirin: mesajlarınızı və ya vizual resurslarınızı real həyatda sınaqdan keçirmədən onların işə yarayıb-yaramayacağından əmin ola bilməzsiniz.
• Lazımi resursları və vaxt qrafikini özündə əks etdirən planı işləyib hazırlayın.
• Nailiyyət göstəricilərindən ibarət qiymətləndirmə mexanizmi yaradın: cədvəlin bir sütununda məqsədlər, digər sütunlarında isə hədəf auditoriyası, mesajlar, metodlar, fəaliyyətlər, vaxt qrafiki və resurslar göstərilə bilər.
• Nəticələri təhlil edin və planınıza müvafiq qaydada düzəliş edin: onlayn sorğular və statistik məlumatların təhlili sizi doğru istiqamətə yönəldəcək.
Mənbə: culturepartnership.eu/en
İncəsənət sahəsində sahibkarlıq adlı məqaləmizi oxumaq üçün bura daxil olun.