Bu yazının əsas mövzusu Game of Thrones serialındakı Starbucks stəkanıdır. Kimilərinə görə 2011-ci ildən, kimilərinə görə isə bütün zamanların ən məşhur serialıdır. Əlbəttə ki, bu seriala baxmayan kütlə hələ də var . Bu yazımızı oxuyandan sonra baxmayanların da maraq dairəsini çəkəcəyinə əmin ola bilərsiniz. Serialın son bölümündə sürpriz şəkildə bir Starbucks stəkanı peyda olacaq. Görəsən, o stəkan bizə nələr ifadə edir?
Həmin səhnədə ilk öncə gözlərimiz danışan insanları və şamları görür. Beynimiz bütün bu məlumatları qəbul edir. Amma sadəcə hekayə ilə bağlı hissələri istifadə edib, qalanını da necə deyərlər, zibil qabına atır. Əlbəttə beynimizin də “zibil qabı” var. Biz buna şüuraltı deyirik. Tamamilə silinənə qədər təfsir edilə bilməyən o məlumatlar bir müddət beynimizin zibil qabında yəni şüuraltımızda qalır. Bəzən yuxularımıza və hərəkətlərimizə də təsir edir. Bəzən də bu seriallarda və bəhs etdiyimiz səhnədə bizi narahat edir. Çünki belə bir səhnədə bu plastik stəkan olmamalı idi. Bəs niyə?
Hadisələrdə ziddiyyət
Hər nə qədər Game of Thrones tarixi bir serial olmasa da özü yaratdığı bu xəyali kainatın ardıcıl olmağını gözləyirik. İşıqlandırmanın şamlarla olunduğu bir zamanda bizim müasir dünyamıza aid ən balaca bir iz belə gördükdə bağışlaya bilmirik. Çünki beynimizdə topladığımız məlumatlarda bir ziddiyyət meydana gəlir. Bəlli bir dövrə aid bir ziddiyyət aşkar etsək buna Anakronizm deyilir. Anakronizm hər hansı bir hadisənin baş verdiyi dövrlə xronologiya baxımından uyğunsuz olmasıdır.
Bəzən bu uyğunsuzluğu hiss etmək o qədər də asan deyil. Məsələn bu tabloya baxaq. Qədim dövrə aid olan bu tablonu görsək xoşumuza gələr. Lakin yunan mifologiyasındakı musiqiçi Orpheusa 16-cı əsrdə ixtira olunan skripkanı ifa etdirmək əslində Game of Thrones səhnəsinə Starbucks stəkanı qoymaqdan fərqli deyil. Serialın yayımından sonra sosial mediada ən az 193000 dəfə Starbucksdan bəhs edildiyi məruzə edildi. Bunların hamısı marka üçün 2.3 milyard dollarlıq bir reklam dəyəri olduğu açıqlandı.
Topladığı məlumatlara məna verməyə çalışan beynimiz əlbəttə bu mövzudan da əl çəkmədi. Bir çoxları bu hadisəni bir gizli reklam kimi qiymətləndirdi. “Yəqin ki, Game of Thrones və Starbucks öz aralarında razılığa gəliblər” deyib düşünənlər oldu. Beynimiz inanmaq istədiyi şeylərə öncəlik verir. Sonra da bunu dəstəkləyəcək sübutlar axtarır.
Markanın Gücü
Amma bu bir Starbucks reklamı deyil. Əslində heç o da Starbucks stəkanı deyil. Hər hansı bir marketdən alınan Starbucks stəkanına oxşar bir stəkandır. Baxın buna Markanın gücü deyilir. Marka artıq o qədər güclənib ki, nəinki kofe deyiləndə hətta plastik stəkan görəndə ağlımıza Starbucks gəlir. Yəni beynimiz o markanın sahibləndiyi fikirlərlə bağlı hər şeyi o markayla əlaqələndirir.
Necə ola bilər ki, bu qədər zəkalı insanlar bir stəkanı yaddan çıxarda bilərlər? Çox insan bu sualı verir. Bu sualı verdirən isə digər markanın, yəni Game of Thronesin gücüdür. Serialın son yayımlanan bölümlərində artıq stəkan yoxdur. Bu da izləyicilər tərəfindən səhvlərini başa düşmüş kimi qiymətləndirilir.