• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Keynsçi nəzəriyyə nədir?

Məşhur ingilis iqtisadçısı Con Maynard Keynsin 1936-cı ildə nəşr olunan “The General Theory of Employment, Interest and Money” (“Məşğulluq, Faiz və Pulun Ümumi Teoremi”) adlı əsəri Böyük Depressiyaya qarşı birbaşa reaksiya idi. Bu kitab və Keynsin Böyük Depressiya sonrası böhrandan qurtulmaq üçün təklif etdiyi metodika iqtisadiyyatda yeni və çox güclü bir axımın – Keynsçilərin formalaşmasına səbəb oldu.

Məzahir Musayev Məzahir Musayev
Sentyabr 3, 2020
A A
Keynsçi nəzəriyyə nədir?

Hazırkı dövrdə Koronavirus sonrası iqtisadiyyatın necə şəkillənəcəyi, iqtisadi düşüşün qarşısının necə alınıb yenidən inkişafın necə təşkil olunacağı iqtisadi gündəmin qarşısındakı ən aktual mövzulardan biridir. Bütün dünya iqtisadçılarının bu fikirlərlə məşğul olduğu bir vaxtda yada düşən iqtisadi nəzəriyyələrin başında isə təbii ki, Keynsçi nəzəriyyə dayanır.

Nəzəriyyənin ortaya çıxması

Böyük Depressiyaya qədərki dövrdə iqtisadiyyat sahəsindəki ən məşhur fikir iqtisadiyyatın öz-özünü idarə etməsi və ya məcazi olaraq “görünməz əl”in iqtisadiyyatı idarə etməsi idi. Bu nəzəriyyə, iqtisadiyyatın öz-özünü optimal səviyyəyə çatdıran avtomatik tənzimləyicilərə malik olduğu fikrini müdafiə edirdi. Bu nəzəriyyəyə bağlı iqtisadçılar, dövlətin hər hansı bir perioddakı iqtisadi durğunluğu aradan qaldırması üçün müdaxilə etməsinin bazarda problemlər yaradacağını qeyd edir, fiskal siyasət (dövlətin vergi və dövlət xərcləmələri vasitəsilə iqtisadiyyata müdaxilə etməsi) fikrinə qarşı çıxırdılar.

Keyns buna tamamilə qarşı çıxdı. Xüsusən də Böyük Depressiya sonrası iqtisadi fikir müəyyənləşərkən o, iqtisadi geriləmə dönəmlərində bazar tələbinin (alış, investisiya, hökumət xərcləmələri və xalis ixracat) aşağı düşdüyünü, bunun isə iqtisadi geriləmə və işsizliyə gətirib çıxardığını deyirdi. Keyns, bazar tələbini müəyyənləşdirən ünsürlərdən biri olan və dövlətin birbaşa olaraq dəyişdirə bildiyi hökumət xərcləmələrindən aktiv istifadəni məqbul hesab edir. Böhran dönəmlərində hökumət xərcləmələrinin artırılması (infrastruktur layihələri və s.) hesabına işsizliyin aradan qaldırılması fikrini müdafiə edirdi. Keynsə görə faiz dərəcələri üzərinə qurulu olan monetar siyasət yalnız müəyyən bir həddə qədər effektiv ola bilər. Lakin daha effektiv həll yolu fiskal siyasətdən də istifadədir.

Keyns, həmçinin dövlət tərəfindən xərclənən pulun multiplikasiya nəticəsində öz dəyərindən daha çox effekt verdiyini isbat etdi. Məsələn, yol tikintisi zamanı xərclənən 10 milyon dollar işçi maaşı işçilər tərəfindən qida, geyim, gündəlik tələbat malları və s. digər sahələrdə xərclənir. Bu xərcləmə prosesi zəncirvari olaraq davam edir və beləliklə də bazar tələbi 10 milyonluq yox, daha çox artır.

Tətbiq olunduğu dövrlər

Keynsçi nəzəriyyə Böyük Depressiyanın fəsadlarının aradan qaldırılmasında, İkinci Dünya Müharibəsi sonrası Qərb bloku ölkələrinin iqtisadi inkişafında böyük rol oynamış. Lakin 1970-ci illərdə tərk edilməyə başlandı. Buna səbəb isə iqtisadiyyatların həddən artıq inkişaf etməsi və böhrandan uzaq olmaları fonunda dövlətin daimi olaraq iqtisadiyyata müdaxilə etməsinə ehtiyac olmaması fikrinin yayılması oldu. Bu fikir 80 və 90-cı illər boyu iqtisadiyyatda dominant olsa da, 2008 maliyyə böhranı Keynsçi arqumenti bir daha haqlı çıxardı. Böhrandan sonra Keynsçi iqtisadi model yenə iqtisadiyyata yön verməyə başladı.

Ümumilikdə diqqət yetirsək, Keynsçi iqtisadi fikir böhran dönəmlərində daha çox gündəmdə olur. Eyni zamanda daha çox istifadə olunur. Səbəb isə bu fikrin özünün böhran sonrası yaranması və bir neçə böhrandan uğurla çıxmasıdır. İqtisadi yüksəliş dövrlərində gözardı edilməsi isə bu dövrdə dövlətin bazara müdaxilə stimulunun az olması, monetarist arqumentlərin bu dövrlərdə yüksəlişdə olması və s. kimi səbəblərdir. Görünən isə odur ki, Keynsçi nəzəriyyə iqtisadçıların ən yaxşı “dar gün dostu” olaraq 90 ilə yaxındır ki, ən optimal variantdır.

Ordoliberalizm nədir? adlı məqaləmizi oxumaq üçün bura daxil olun.

Paylaş
Öncəki yazı

Bədən diliniz sizi ələ verir!

Növbəti yazı

Alibaba-Biznes model və SWOT analiz

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol