Müəyyən məqsədlər çərçivəsində işinizi təşkil etməyinizi asanlaşdıran və şirkətinizin bütün sahələrini əhatə edən sistemlərdən biri də idarəetmə fəlsəfəsidir. Fərqli fəlsəfələr şirkətinizin özünəməxsus fəlsəfəsini istiqamətləndirir. Şirkətinizin hər bir departamenti ilə əlaqəli olan işlərin ümumi təşkili, işçilərinizi həvəsləndirmə metodlarınız, müştəri münasibətləri bu fəlsəfə ilə yönləndirilir. Şirkətinizin problemlərə hazır olması və qarşılaşılan məsələlərin həll edilməsi yolu da elə bununla bağlıdır.
1900-cü illərdən etibarən idarəetmə yanaşmaları idarəetmə elminin inkişafına əhəmiyyətli dərəcədə töhfə vermişdir. Haqqında danışdığımız idarəetmə fəlsəfəsi tarix boyu dörd dövrdən keçmişdir: Klassik, Neoklassik, Modern və Post Modern. Bu gün həmin dövlərdə yaşamış mütəfəkkirlər və onların irəli sürdüyü nəzəriyyələrə qısa şəkildə toxunaraq məlumatları sizə təqdim edəcəyik.
Klassik İdarəetmə Fəlsəfəsi
Klassik idarəetmə fəlsəfəsi, 1880-1930-cu illəri əhatə etmişdir. Şirkətlər daxilində effektivlik və məhsuldarlığın artırılması ehtiyacı nəticəsində həmin dövrdə klassik idarəetmə fəlsəfəsinin irəli sürdüyü nəzəriyyələrin tətbiqinə başlanılmışdır. Klassik idarəetmə fəlsəfəsi çərçivəsində ortaya çıxan nəzəriyyələr(yanaşmalar) üç qrupa ayrılır. Onlar haqqında daha ətraflı aşağıda məlumat verilmişdir.
- Elmi idarəetmə nəzəriyyəsi
Əsası Frederick Winslow Taylor tərəfindən qoyulan bu nəzəriyyə “Taylorizm” də adlandırılır. Onun əsas prinsipi işəgötürənlər və işçilər üçün rifah səviyyəsini yüksəltmək idi.

Taylorun fikrincə, elmi idarəetmə yanaşmasının ortaya çıxmasının əsas səbəbi işəgötürənlərin və işçilərin fikirlərinin bir-birinə zidd olmasıdır. O, işəgötürənlərin işçilərinə çox az pul ödəyib daha çox iş görməyə məcbur etdiklərini düşünürdü. Eyni zamanda işçilərin gördükləri işin qarşılığı olaraq ödənilən dəyərin onları qane etmədiyini qeyd edirdi.
Bütün bunlara əsaslanaraq, Taylor işçilərin və işlərin də arasında bölgü aparılmasının vacibliyinə diqqət çəkdi. İşlər üzrə tənzimləmədə ən mükəmməl təsnif edilən işlərin ən uyğun bacarıqlara sahib işçilər tərəfindən yerinə yetirilməsi əsas məqsəd idi. Bununla onların təcrübə qazanmasına və inkişafına da dəstək olmaq asanlaşacaqdı.
- İdarəetmə prosesi nəzəriyyəsi
Bu nəzəriyyənin banisi isə Henry Fayol olmuşdur. Taylor, əsasən, işçinin işi yerinə yetirərkən riayət etməli olduğu prinsip və qaydalar üzərində işləyirdi. Henry Fayol isə üst səviyyəli idarəçilər tərəfindən yerinə yetirilən işlərlə maraqlanır, bu işləri qiymətləndirirdi.

Fayol idarəetmə prosesini müəyyən funksiyalara ayırmışdı. Şirkət içində həyata keçirilən fəaliyyətləri də müəyyən qruplara bölmüşdü. O, bununla təşkilati uğurları asanlıqla qazanmağın mümkün olduğuna inanırdı. Bu qruplar aşağıda qeyd olunmuşdur:
- Texniki
- Ticari
- Maliyyə
- Muhasibat
- Təhlükəsizlik
- İdarəetmə
Bürokratiya nəzəriyyəsi
Bu nəzəriyyə alman sosioloq olan Maks Weber tərəfindən irəli sürülmüşdür.

Onun fikrincə, inkişaf edən sənayeləşmiş cəmiyyətdə ideal bir təşkilat quruluşu bürokratiya idi. Sosiologiya, din, iqtisadiyyat və siyasi elmlər mövzusunda əhəmiyyətli əsərləri olan Weber, bürokratik quruluş tərəfdarı idi. Bununla təşkilatların daha səmərəli idarə olunacaqları fikrini müdafiə edirdi. İşçilər, resursları şəxsi məqsədlər üçün deyil də, təşkilatın ümumi məqsədləri üçün sərf etməli idilər.
Neoklassik İdarəetmə Fəlsəfəsi
Bu fəlsəfə 1930-1950-ci illərdə geniş yayılmışdır. Neoklassik dövrün mütəfəkkirləri işçilərin laqeydliklə yanaşılan psixo-sosial yönləri üzərində araşdırma aparmışdırlar. Onların hissləri, ehtiyacları, davranış və dəyərlərinin önəmini vurğulamışdırlar. Yeni araşdırmalar aparılmış, nəzəriyyələr ortaya çıxarılmışdır.
- Hawthorne Araşdırmaları
George Elton Mayo və F. Roethlisberger, 1924-1932-ci illərdə işçilərə çalışma əsnasında təsir edən faktorları araşdırmışdır. Tədqiqat zamanı işıqlandırma, havalandırma, istilik, fasilələr və səmərəlilik arasındakı əlaqə araşdırılmışdır.

- Mc Gregorun X ve Y Fərziyyəsi
Mc Gregor, X və Y teoriyası ortaya çıxarmış, onları işçi xüsusiyyətləri ilə əlaqələndirərək bir-birindən fərqləndirmişdir. X tipi idarəçilərin tək tərəfli ünsiyyət quran, dözümsüz, daima təlimat verən insanlar olduğunu qeyd etmişdir. Y tipinə aid olan idarəçiləri müdafiə etmiş, onların isə xüsusiyyətlərinin bunun tam əksi olduğunu vurğulamışdır.

- Chris Argyrisin Yetkin və Yetkin Olmayan Şəxs Modeli
Argyrisin fikrincə, şəxsin məsuliyyət sahəsi artırıldığında, daha çox yetkinləşir və təşkilat üçün yararlı fəaliyyətlər həyata keçirməyə həvəsi artır. Bu modeldə, yetkin olmayan insan passiv və asılıdır; yetkin insan aktiv, müstəqillik tərəfdarı və yaxşı perspektivlərə sahibdir.

- Maslowun Ehtiyaclar İyerarxiyası
Abraham Maslowun irəli sürdüyü Ehtiyaclar İyerarxiyası nəzəriyyəsi insan ehtiyaclarını qruplaşdırmış, bu ehtiyacların qarşılanmasının önəmindən bəhs etmişdir.

Modern İdarəetmə Fəlsəfəsi
1950-1970-ci illəri əhatə etmişdir. Klassik və neoklassik idarəetmə yanaşmalarından sonra bu yanaşmaları birləşdirmək üçün yeni bir yanaşma hazırlanmışdır. Müasir idarəetmə yanaşmasına görə, çevrədən lazımi resurlar mənimsənilməli idi. Təşkilatlar əldə etdikləri resursları müəyyən prosesdən keçirməli, hazırladıqları mal və xidmətləri cəmiyyətə təqdim etməli idilər.
Bu fəlsəfənin mövcud olduğu dövrdə də yeni nəzəriyyələr yaradıldı. Mənimsənilən əsas iki nəzəriyyəni sizə təqdim edirik:
- Sistem Yanaşması
Sistem olduqca geniş anlayışdır və hər sistem içində alt sistemlərini ehtiva edir. İdarəetmədə sistemin əsas məqsədi bu alt sistemlər arasında uyğunlaşmaq və mürəkkəbliyi minimuma endirməkdir. Təşkilatlar bunu təmin etməklə effektivliyini və səmərəliliyini artırmaq istəyirlər.
- Fövqəladə Yanaşma
Fövqəladə yanaşma klassik, neoklassik və sistem yanaşmasının müstəqil və ya ümumi halda istifadə olunmasıdır. İdarəetmədə həmişə ən yaxşı çıxış yolu olmadığı iddia edilir. Təşkilatların sahib olduqları amillərin hər birinin təşkilat quruluşu ilə əhəmiyyətli bir əlaqəyə sahib olduğu müəyyən edilmişdir. Bu səbəbdən hər bir təşkilatın idarə edilməsi və təşkili forması özünəməxsus olmalıdır.
Fövqəladə yanaşmanın əsas ideyası hər vəziyyət üçün vahid bir “ən yaxşı” həll yolunun olmamasıdır. 1970-ci illərdə J. W. Lorsch və P. R. Lawrence fövqəladə yanaşmanı inkişaf etdirmişdilər. Bu yanaşmaya görə ən yaxşı yol mövcud vəziyyətə görə dəyişir.
Post Modern İdarəetmə Fəlsəfəsi
1970-ci illərdən başlayaraq günümüzə qədər olan dövrü əhatə edir. İdarəetmə baxımından bir çox yeni anlayışlar bu dövrdə də ortaya çıxmış, araşdırılaraq nəzəriyyəyə çevrilmişdir. Ümumi Keyfiyyət Menecmenti, Yalın İdarəetmə və Dəyişim Mühəndisliyi də bunlar sırasındadır.
Mənbə : bizfluent.com
“Şirkətlərin yayğın testlərə ehtiyacı var” başlıqlı məqaləyə nəzər yetimək üçün buraya klikləyin.