Lotereya qazanmaqdan başqa, hər hansı bir bankı qarət etmək də ömrü boyu işləməməyə şərait yaradır. Düzdür, bu daha təhlükəli üsuldur və soyğunçular, yalnız tutulmadıqları müddətdə istədiklərinə nail ola bilərlər. Lakin demək olar ki, bütün soyğunçuların əvvəl axır gedəcəkləri yer həbsdir. Yəqin təxmin edirsiniz ki, bank soymaq, filmlərdə göründüyü qədər asan deyil.
İndi isə ən böyük 10 bank qarəti ilə tanış olaq:
10. Dunbar Zirehli Soyğun – 18.9 milyon dollar
1997-ci ildə altı nəfər Amerika Birləşmiş Ştatlarının tarixindəki ən böyük nağd pul oğurluğunu etdi. Soyğunun lideri, bu günə qədər Dunbar Armored yük maşını şirkətində işə alın ən pis “təhlükəsizlik müfəttişi” olan Allen Pace idi.
Los Ancelesdəki Dunbar obyektindəki təhlükəsizlik kameraları deaktiv etdi və soyğuna köməklik etməsi üçün beş uşaqlıq dostunu oraya çağırdı. Onlar içəri girdilər, nahar fasiləsində iki mühafizəçiyə hücum etdilər və 18.9 milyon dolları yük maşınına yükləyərək qaçdılar.
Maraqlısı budur ki, aralarından bir soyğunçu oğurlanmış pulun bir hissəsini orijinal pul qayışlarını çıxarmadan dostuna hədiyyə verib.
9. Kaliforniya Bank Soyğunu – 30 milyon dollar
1972-ci ildə Ohayodan gələn peşəkar cinayətkar Amil Dinsio, altı nəfərlik quldur dəstəsini toplayaraq Kaliforniyaya uçdu. Onlar şəhərdə bir ev icarəyə götürdülər və təsadüfən prezident Riçard Niksonun çox milyon dollarlıq bir slush fondunun olduğunu eşitdilər.
Həmin sahəyə doğru irəlilədilər, 30 milyon dollar dəyərində pul və qiymətli əşyalar oğurladılar və qaldıqları evi diqqətlə təmizlədikdən sonra qaçdılar.
Polislər, quldurları taksi sürücüsünə verdikləri böyük miqdarda bəxşiş və qaldıqları evin qabyuyan maşınının içərisindən tapılan barmaq izləri ilə müəyyən edib yaxaladılar.
8. Şimali Bank Soyğunu – 41 milyon dollar
2004-cü il Miladdan bir həftə əvvəl Şimali İrlandiyanın Belfast şəhərində quldurlar polis məmuru kimi geyindi və iki bank menecerinin evinə girdilər. Ailələri girov götürüldü və menecerlərə ertəsi gün normal işə getmələri tapşırıldı.
İş günü başa çatdıqda, menecerlər oğruların banka girməsinə icazə verdilər. O günü baş verən İrlandiya tarixindəki ən böyük bank soyğununda, təqribən 26.5 milyon Britaniya funt sterlinqi və əlavə xarici valyuta oğurlandı.
İş hələ də həll edilməyib və bu günə qədər soyğunçular arasından yalnız bir nəfər həbs olunub.
7. Brink’s-Mat Oğurluğu – 41 milyon dollar
Bu, İngiltərənin başına gələn ən pis bank soyğunlarından biridir.
1983-cü ildə soyğun gününün səhəri Anthony Black adlı bir Brink’s-Mat təhlükəsizlik işçisi, bir qrup soyğunçunu Londonun Heathrow hava limanında şirkətin anbarına girməsinə şərait yaratdı. Digər mühafizəçiləri isə təhlükəsiz hala salıb bağladılar.
Heyət tez bir zamanda anbarda sadəcə pul deyil, həmçinin qızıl və brilyant da saxlandığını anladı. 41 milyon dollar talan ilə yola çıxdılar və anbardan ayrılanda mühafizəçilərə şən bir Milad dilədilər. Soyğunçuların çoxu tutulsa da, oğurladıqları qızılın böyük hissəsi hələ də qaytarılmayıb.
6. Yaxın Şərq İngilis Bankı Soyğunu – 50 milyon dollar
1976-cı ildə, Livanda vətəndaş müharibəsi olanda, bir qrup quldur soyğun etməyə qərar verdi.
Bütün dövrlərin demək olar ki, ən həyasız qarətlərindən biri sayılan bu soyğunda həmin qrup, Katolik kilsəsinin divarını partlatmaq və Yaxın Şərqin İngiltərə Bankına girmək üçün partlayıcı maddələrdən istifadə etmişdi. Kassanı açmaq üçün özləri ilə peşəkar çilingərlər də gətirmişdilər.
Soyğunçular 44.5 milyon dollar pul, səhm, qızıl külçə, zərgərlik və digər qiymətli əşyalarla yola düşdülər. Talan olunanlardan heç biri geri qaytarıla bilmədi və heç kim də həbs olunmadı. Bu gün oğurlanmış əşyaların dəyəri 1976-cı ildəki dəyərindən üç qat artıqdır.
5. Banco Central Soyğunu – 71.6 milyon dollar
2005-ci ildə Braziliyanın Fortaleza şəhərindəki Banco Central soyğunu, bir zamanlar Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən böyük bank soyğunu olaraq tanınırdı.
Soyğunu etmək üçün 25 nəfərlik bir dəstə, saxta qazma işi qurdu. Üç ay boyunca bankın alt qatından keçən 256 metrlik bir tunel qazdılar.
İçəri girəndən sonra 160 milyon Braziliya pulu (2005-ci ildə 71.6 milyon dollar dəyərində idi) oğurladılar. Bu hadisədə yalnız səkkiz nəfər həbs olundu və cəmi 20 milyonunu geri qaytara bildilər.
4. Securitas Anbar Soyğunu – 83 milyon dollar
İngilis tarixinin ən böyük pul soyğunçuluqlarından biri 2006-cı ildə Kentdəki təhlükəsizlik xidmətləri şirkətinin anbarında baş verdi. İçəridə olan bir adam, hazırlıq zamanı Securitas deposunun iç hissəsini videoya çəkmişdi.
Daha sonra mürəkkəb maskalara bürünmüş şəxslər, filial müdirini oğurladılar və ailəsini girov götürdülər. Soyğunçular onu anbara apararaq məcbur qoydular ki, nağd qəfəslərə girsinlər.
Bu dəstə, təqribən 83 milyon dollar oğurladı. Bütün məntiqli cəhdlərə baxmayaraq, soyğunçulardan bəziləri tutuldu və maskalar hazırlayan makiyaj sənətçisi də məhkəmədə əsas şahid rolunda çıxış etdi.
3. Knightsbridge Depozit Soyğunu – 97 milyon dollar
İtaliyada 50-dən çox silahlı soyğun üçün axtarışda olan Valerio Viccei, 1987-ci ildə Londonda demək olar ki, ən mükəmməl soyğununu etdi.
Köməkçisi ilə bir banka girdi və bir kassa icarəyə götürmək istədiyini dedi. İşçi kassanı göstərəndə, soyğunçular silahlarını çıxardılar və bank müdirini girov aldı.
Mümkün qədər çox seyf qutusuna girib və milyonlarla pul və qiymətli əşyalarla bankdan ayrıldılar.
Viccei Cənubi Amerikaya qaçdı, lakin İngiltərəyə qayıdanda nəhayət həbs olundu.
2. Dar Es Salaam Bank Soyğunu – 282 milyon dollar
Bu günə qədər, İraqın Bağdaddakı özəl maliyyə qurumu olan Dar Es Salaam Bankında 2007-ci ildə baş verən soyğunçuluqla bağlı bir neçə təfərrüat hələ də məlum deyil. Hətta bankda bu qədər Amerika pulunun nə üçün olduğu da aydın deyil.
İddiaya görə, oğurluq bir neçə bank işçisi tərəfindən qurulub. Hökumət, quldurların Bağdad üzərindəki çox sayda keçid məntəqəsindən keçməsinə icazə verən yerli polislərlə əlaqələrin olduğunu güman edir.
Pulun harada olması və ya cavabdeh şəxslər barədə əlavə məlumat hələ də mövcud deyil.
1. İraq Mərkəzi Bank Soyğunu – 920 milyon dollardan çox
Bağdadda edilən digər bir soyğun, tarixin ən böyük bank oğurluğu hesab olunur. Soyğunun lideri, İraq diktatoru Səddam Hüseyndən başqası deyildi.
2003-cü ildə İraq müharibəsi başlamazdan bir gün əvvəl üç böyük yük maşınını Mərkəzi Banka göndərdi. O, oğlu Qusay-ı düşmən əllərindən saxlamaq üçün təxminən 1 milyard dollar pul götürməsini xahiş edərək, əlyazma notası göndərdi. Pullar mikroavtobuslara yüklənib aparıldı.
Nağd pulun böyük hissəsi sonradan geri qaytarıldı, ancaq bununla bitmir. Bu puldan Amerikan əsgərləri özləri və ailələri üçün yüz minlərlə dollar xərcləyib. Buna görə də otuz beş xidmət üzvü tutuldu.
Mənbə: moneywise.com
Biznesdə “sistem” nədir? adlı yazımıza buradan keçid edə bilərsiniz.