• Yazı göndər
  • Komandamız
  • Müəlliflər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Login
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları
Nəticə yoxdur
Bütün nəticələri göstər
Markzone
Nəticə yoxdur
Bütün nəticələri göstər

Ehtiyacımız olmayan məhsulları niyə alırıq?- Diderot effekti

Diderot effekti - Denis Diderot (1703 - 1784) məşhur fransız yazıçısı və filosofudur. Maarif dövrünün ən vacib insanlarından biri hesab olunur.

Gülnar Qasımova Gülnar Qasımova
May 25, 2020
A A
Ehtiyacımız olmayan məhsulları niyə alırıq?- Diderot effekti

Diderot effekti – Denis Diderot (1703 – 1784) məşhur fransız yazıçısı və filosofudur. Maarif dövrünün ən vacib insanlarından biri hesab olunur. Fransa İnqilabını hazırlayan intellektual inkişaflara öz töhfəsini verib. Yeni fəlsəfi və elmi düşüncələri və biliklərini Avropaya yaymaq üçün Jean Le Rond D’alembert ilə birlikdə yazdığı ensiklopediya ən məşhur əsəridir.

Diderotun böyük borcu olduğu və pula olan ehtiyacı ən yüksək səviyyədə olduğu halda, 1765-ci ildə Rusiya İmperatoru II Yekaterina sənət və elmin qoruyucusu olaraq Diderotun kitabxanasını satın alır və daha sonralar bu kitabxananı yenidən Diderota buraxır. Bununla da xeyli miqdarda pul Diderotun əlinə keçir. Yekaterina bununla kifayətlənməyib 25 illik maaşını əvvəlcədən verərək Diderotu kitabxanaçı kimi işə almışdır.

Deni Didro — Vikipediya

Nə bəxt! Siz olsaydınız bu pulla nə edərdiniz? Görün, Diderot nə etdi?

Diderot uzun müddət bu böyük miqdarda pulla almağı düşündüyü qırmızı bahalı xalat alır. Paltar o qədər möhtəşəm idi ki, Diderot evdəki əşyaların ona yaraşmadığını başa düşür və əşyalarını xalatına uyğun yeniləri ilə əvəz etməyə başladı. Hər dəyişikliklə başqa geyimləri ilə uyğunsuzluq artdı və onları da yeniləməyə başladı. Köhnə xalçasını Şamdan gələn yenisi ilə əvəz etdi. Evini gözəl heykəllərlə doldurdu. Mətbəxi yenidən təmir etdi. Palto asmaq üçün yeni bir güzgü də aldı. Antik stullar, möhtəşəm əşyalarla və s. Evini necə deyərlər başdan yaratdı.

Nəhayət, parlaq və yeni əşyalarla təchiz etmə prosesi başa çatdıqda Diderot belə bir proses keçirdiyinə görə təəssüflənir və köhnə xalatından imtina etməyini çox böyük təəssüflə qeyd edir.

Onun fikrinə görə, gərəksiz olduğuna inandığı bu gözəl, dəbdəbəli xalat olmasaydı bütün bunlar yaşanmaz və belə mənasız addımlar atmayacaqdı.

Əslində, Diderotun bu prosesi və təcrübəsi nəticəsində, hər biri ayrı-ayrılıqda dəyişdirildiyi üçün alınan yeni əşyaların təsirinin ahəngdar, vahid bir qüvvə olduğunu başa düşdü.

“Diderot Bütövlüyü” də adlandırılan bu konsepsiya, insan həyatında yeni bir maddənin daha çox və yeni şeylərə yol açmasının səbəbini izah etməyə çalışır. Diderot effekti qısaca bildirir ki, yeni bir əşyaya və ya əmlaka sahib olmaq tez-tez daha çox yeni şeylər əldə etməyə təkan verən istehlak spiralını yaradır. Bu spiral nəticəsində insanlar əvvəllər heç ehtiyac duymadıqları və xoşbəxt ya da məmnun olmaları lazım olmayan yeni şeylər almağa başlayırlar.

Bütün bunlardan sonra Diderot “Köhnə evimi yenisiylə əvəz etdiyim üçün peşmanam” başlıqlı məqalə yazdı və istehlak hirsindən danışdı.

Diderotun bu müddət ərzində yaşadığı təcrübələri yazması və yayımlaması bu psixoloji hadisənin “Diderot effekti” adlandırılmasına səbəb oldu.

Köhnə şeylərin ustası olduğum zaman yeni şeylərin qulu olduğundan peşman olduğunu bildirən yazısından qısa bir parça:

“Niyə saxlamadım onu? O mənə öyrəşmişdi və mən də ona… Bədənimin hər tərəfini isti saxlayırdı. Digəri sərt parçalı, məni daha qabarıq göstərir. Onu bütün ehtiyaclarımı ödəmək üçün istifadə edirdim. Tozlu kitabları ətəyi ilə silə bilirdim. Üzərindəki cizgilər ədəbiyyatı, müəllifi, işləyən adamı təsvir edirdi. Amma indi özümü faydasız bir varlı kimi hiss edirəm. Kim olduğumu heç kim bilmir. Onun içində olduğum zaman özüm olurdum, indi isə özüm deyiləm.

Köhnə xalatımın mütləq ustası olduğum halda, yenisinin qulu oldum …

Hörmət və heyran olduğum bu qiymətli paltara lənət olsun. Köhnə, adi parça, təvazökar, rahat hiss etdiyim əşyalarım haradadır? Dostlarım, köhnə dostlarınızı qoruyun. Dostlarım, maddiyyatın sizə toxunmasına icazə verməyin!

Düşdüyüm bu hal sizin üçün bir dərsdir.

Yoxsulluğun öz azadlıqları var, sərvətin isə məhdudiyyətləri var.

Hələ bu hamısı deyil, dostlarım! Dəbdəbənin həyatı məhv etməyinə bir baxın, daim artan lüksün nəticələrinə baxın.”

Niyə ehtiyacımız olmayan şeyləri istəyirik?

Diderot effekti, həyatınıza girmək üçün mübarizə edəcək daha çox şeyin olacağını söyləyir.

Məsələn, yeni bir ev aldığımız zaman ona uyğunlaşacaq əşyaların alınmasında vəziyyət, bütövlüyü göstərir. Yeni bir yemək masası; yeni süfrə, yeni süfrə yeni şüşə qabların alınmasına təsir göstərəcəkdir.

Buna görə yeni bir paltar aldığımız zaman ona uyğunlaşacaq köynək, ayaqqabı kimi məhsullar alırıq.

Məsələn, işinizdə yüksəliş olduğu zaman qarderobumuzu yeni mövqeyə uyğun dəyişdirmək, həmin məkana uyğun yerlərdə yemək, məkanı tamamlamaq üçün məhsullardan istifadə etmək, markalardan istifadə etmək, digər tərəfdən köhnə üslubdan çıxmaq, əvvəlki istehlakınızdan yayınmaq kimi davranışlar mövzunu izah edir.

Diderot effekti üçün bəzi tövsiyələrimiz olacaq:

Diderot Etkisi Nedir? Neden İhtiyacımız Olmayan Şeyler Alırız?

Göstərişi  dayandırın.

Diderot Effektinin gücünü azaltmağın ən sürətli yollarından biri ilk növbədə buna səbəb olan alış-veriş aludəçiliyinin  qarşısını almaqdır. Ticarət e-poçtlarından imtina edin. Sizə kataloqlar göndərən və poçtlarını ləğv edən jurnallar axtarın. Dostlarınızla ticarət mərkəzində deyil, parkda və ya başqa bir yerdə gəzin. Ən sevdiyiniz alış-veriş saytlarını bloklayın.

Mövcud vəziyyətinizə uyğun məhsullar alın.

Hər dəfə yeni bir məhsul alarkən sıfırdan başlamaq lazım deyil. Yeni paltar almaq niyyətində olduğunuzda, qarderobunuzda olan əşyaları yadınıza salın. Mövcud paltarınızı nəzərə alaraq, mövcud əşyaya uyğunlaşdırın.

Məhdudiyyətlərinizi istehlakınıza da tətbiq edin.

Gündəlik həyatda bir çox şeyə qoyduğunuz  məhdudiyyətlər kimi istehlak etdiyiniz məhsullara da məhdudiyyət qoyaraq diqqətli bir həyat sürün.

Özünüzə bir ay yeni şeylər almamağa söz verin.

Bir ay ərzində yeni məhsullar almağa imkan verməyin. Mağazadan yeni paltar almaq əvəzinə ikinci əldən  satın alın. Özümüzü nə qədər məhdudlaşdırsaq, bunun qarşısını ala bilərik.

Bir şeydən imtina etməyi bacarın.

Ehtiyaclar sonsuzdur; imkanlar məhduddur. Keyfiyyəti və qiyməti yaxşılaşdırmaq üçün hər zaman bir şey var. Yeni bir Honda almısınız; bir Mersedesə yüksələ bilərsiniz. Yeni bir Mersedes almısınız; bir Ferrari-yə yüksələ bilərsiniz. Yeni Ferrari almısınız; şəxsi təyyarə almağı düşünə bilərsiniz. Daha çox şey istəməyin, əməl etməli olduğunuz şeylərin deyil, ağlınızla qərar verdiyiniz ehtiyacları alın.

İstehlak həddini  aşmaq

Diderot effekti – Daha çoxunu deyil, daha az istehlak edib xoşbəxt olmağın önəmini vurğulayır. Bu tendensiyanı nəzərə alaraq inanıram ki, mübahisəsiz istehlak axını azaltmaq üçün fəal addımlar atmaq həyatımızı daha yaxşı hala gətirə bilər.

Yazımı  Diderotun sözləri ilə sonlandırmaq istərdim.

“Mənim nümunəm sizə bir dərsdir. Yoxsulluğun azadlıqları, zənginliyin maneələri var.”

Paylaş
Öncəki yazı

Üz tanıma texnologiyası kabusumuz ola bilərmi?

Növbəti yazı

MINCOM nümayəndəsi UNESCAP iclasında

Redaktorun seçimləri

Mövzu tapılmadı

Markzone.az Azərbaycanda hal -hazırda marketinq sahəsində yaşanan qalıcı məzmun azlığından yaranan zərurət nəticəsində formalaşmış bir platformadır. Heyətində fərqli istedadlarda bir çox şəxs olan və ölkənin qabaqcıl gənclərinə öz istedadlarını üzə çıxarmaq üçün fürsət vermək birinci vəzifəsi və əsas missiyasıdır.

  • Xəbərlər
  • Məqalə
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

  • Login
Nəticə yoxdur
Bütün nəticələri göstər
  • Xəbərlər
    • Brend xəbərləri
    • Biznes xəbərləri
    • İqtisadiyyat xəbərləri
    • Marketinq xəbərləri
    • Data xəbərləri
    • Reklam xəbərləri
    • Texnologiya xəbərləri
    • Rəqəmsal xəbərləri
    • Mobil xəbərləri
  • Məqalə
    • Marketinq
    • Rəqəmsal
    • Reklam
    • Şəxsi inkişaf
    • Motivasiya
    • Texnologiya
    • Biznes
    • Brend
    • Data
    • Mobil
  • Araşdırmalar
  • Müsahibələr
  • Köşə yazarları

@markzone

Xoş gördük!

Hesabınıza daxil olun

Şifrəni unutmusuz?

Şifrənizi daxil edin

Şifrəni bərpa etmək üçün istifadəçi adı və ya e-poçtunuzu yazın

Daxil ol