Beynəlxalq marka qiymətləndirmə təşkilatı BrandZ tərəfindən hər il hazırlanan “Dünyanın ən yaxşı markaları” hesabatı açıqlandı. Amazon, marka dəyəri 416 milyard dollar olan ilk pillədə yerini qorudu. Pandemiyaya baxmayaraq ilk 100-dəki markaların ümumi dəyəri 5 trilyon dollara çatdı.
Siyahının 2020-ci il versiyasında, Amazon təxminən 416 milyard dollar dəyərində “Dünyanın Ən Dəyərli Markaları” siyahısında birinci yerdədir, Apple 352 milyon dollar dəyərində Amazonu təqib edir və üçüncü sırada Microsoft təqribən 327 milyard dolların marka dəyərinə çatdı.
Dünyanın ən dəyərli markası olan Amazon haqqında qısa məlumat
Bildiyimiz kimi, Amazon.com, Inc, qısaca Amazon, Amerika Birləşmiş Ştatları mərkəzli elektronik ticarət şirkətidir. Jeff Bezos tərəfindən 5 İyul 1994-cü ildə ABŞ-ın Seattle şəhərində təsis edilmişdir. Ümumi satış həcmi və bazar dəyəri baxımından dünyada ən böyük alış-veriş saytıdır. Şirkətin adı dünyadakı ən böyük çay olan Amazon çayından alınmıştır.
Dünyanın ən çox rast gəlinən alış-veriş saytlarından biri və ən böyük e-ticarət saytı olan Amazon.com-un hekayəsi qarajda başlayır. Jeff Bazosun “kitabları onlayn satması” fikri ilə ortaya çıxan marka, bu gün dünyanın ən dəyərli markası olaraq yolunu davam etdirir. Bezos, 1998-ci ildə CD və kitab satışı, sonra geyim, elektronika, oyuncaqlar və daha çox pərakəndə ortaqlıq ilə Amazonu şaxələndirməyə davam etmişdir. Amazon, 1995-ci ildəki 510.000 dollardan 2011-ci ildə 17 milyard dolları ötmüş illik satışları ilə inkişaf etmişdir.
Amazon.com-un loqosunda olan sarı ox təkcə gülümsəmə deyil, həm də a-dan z-dək hər şeyin amazon.com saytında tapılacağını şərtləndirən gizli bir simvoldur.
Bu arada Amazon.com, Alexa.com, Goodreads, a9.com, 43things.com, Audible.com, IMDb və Twitch.tv və souq.com kimi böyük İnternet şirkətlərinə sahibdir.
Marka dəyərini ən çox artıran Çin spirt markası Maotai olduğu halda, Instagram marka dəyərini 47% artıraraq ikinci sırada yer aldı.
2020-ci ildə siyahıya daxil olan 5 marka bunlardır:
Sektor olaraq dəyərləndirdiyimiz də, pərakəndə sektoru, 21 faiz nisbətində artımla lider sektor oldu. Media və əyləncə kateqoriyalarında yer alan markaların da marka kapitalları bu il olduqca yüksəkdir.
“Markaların Qürur Həftəsi ilə bağlı rəngli paylaşımları” adlı yazımıza isə buradan keçid edə bilərsiniz.