Koronavirus pandemiyası barədə hansı cəbhədəsiniz bilmirik, lakin bildiyimiz odur ki, ondan sonra dövran həqiqətən fərqli olacaq. Bu ortada olan 3 ayı necə keçirməyinizdən asılı olmayaraq, bildiyimiz bir şey var ki, artıq hərəkət vaxtıdır! Sizi Toğrul Ələkbərin təqdimatında “Başla!” Karyera Hazırlıq Düşərgəsi-nə dəvət edirik!
Bilirik ki, əksəriyyətimiz bu dövrə istirahət kimi baxdı və şəxsi inkişafına çox vaxt ayırmadı. Artıq olana çarə yoxdur, əsas bundan sonrakı etməli olduqlarımızdır. “Necə”sini layihə sayəsində öyrənəcəksiniz.
Əsas mövzular:
1) Post-pandemiya dövründə karyera planlaması: Bilirik ki, bu mövzuda saysız-hesabsız, pullu-pulsuz seminar olsa da çoxlu suallar hələ də açıq qalmaqda davam edir. Hələ pandemiya dövründə ələlxüsus. Bəs yaxşı nə dəyişdi? Nəyi nəzərə almalıyıq? Nə etməliyik?
2) İxtisas seçimi və məqsədlərin təyini: Xüsusən son günlər ixtisasını seçməyə və dəyişməyə çalışan adamlar çoxluq təşkil edir. Məlumdur ki, bu qərar özü özlüyündə çox çətin və hətta ağrılıdır. Yaxşı, hansı istiqaməti seçək? Seçimdə nəyə fikir verək? Dəyişmək lazımdırmı, ümumiyyətlə?
3) Şəxsi brendinqin (marketinqin) əsasları: Necə edək ki, fərqlənək və bizi tanısınlar? Hansı alətləri bu gün öyrənib, sabah istifadə edə bilərik? Ən effektiv alətlər hansılardır? Söz, emalatxanamızda hamıya uğyun nəsə tapılacaq!
4) Rezyume (CV): Bu mövzuda da bir ton seminar olub və olacaq. Lakin bizim yanaşmamız fərqlidir. Sizə satış ağırlıqlı #yoxalənət texnikalarını öyrətməyi düşünürük. Rezyumedə nəyi necə yazaq? Nə üçün yazaq? Necə yazaq? Ona baxırlar ki, ümumiyyətlə? Hər kəs yaxşı rezyume hazırlaya bilər. 3-5 əsas qaydanı bilmək gərəkdir sadəcə!
5) Müsahibə: Bu mövzu klassikadır – Qaynata(qaynana) ilə görüşdən tutmuş, xaricdə təhsil mövzusuna qədər hər addımda lazım ola biləcək alətlərlə və yanaşmalarla tanış edəcəyik Sizi. Nəyi deyək və nəyi deməyək? Ev tapşırığına nə aiddir? Ümumiyyətlə, müsahibəyə hazırlaşmaq nə qədər realdır?
Qeyd: Online olsa belə, çalışacağıq ki, maksimum ünsiyyət və praktika üçün şərait yaradaq ki, düşərgənin sonunda konkret bir nəticə ilə ayrılasınız. Buna zəmanət veririk!
Düşərgəyə cəmi 30 nəfər seçiləcək.
Ödəniş – 29 azn-dir. Düşərgədən hər hansı səbəbdən narazı qalsanız, ödənişi geri qaytaracağıq. Qısa və konkret!
Maraqlananlar 0776415067 nömrəsi ilə əlaqə saxlaya bilərlər. (WhatsApp aktivdir)
Hə, nə deyirsiniz, “BAŞLA”yaq?
Türkiyə onların adını kosmosa göndərəcək adlı yazımızı oxumaq üçün bura daxil olun.